Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan ali təhsil müəssisələrinin Universitet Prezidentləri Beynəlxalq Assosiasiyası ilə əlaqələri genişlənir

16 Mart 2017
Martın 16-da təhsil naziri Mikayıl Cabbarov Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (IAUP) yeni seçilmiş sədri Kaxa Şengeliya ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Cabbarov qonağı üçillik müddətə IAUP–un sədri seçilməsi münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Sonra Azərbaycan ali təhsil müəssisələrinin IAUP ilə gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.