Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Birinci mikrorayonda yeni hündürmərtəbəli binalara toxunulmayacaq

15 Mart 2017
Bakı şəhərinin 1-ci mikrorayon ərazisində tikinti işləri aparılacaq ərazi 29 hektardan ibarətdir.

AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov mətbuat konfransında deyib. Onun sözlərinə görə, həmin ərazidə 29 ədəd 5 mərtəbəli 4 bloklu və 4 ədəd 9 mərtəbəli 4 bloklu iri panellərdən tikilmiş binalar var.

E.Əsədov həmçinin diqqətə çatdırıb ki, bu ərazidə Bakıda tikinti bumu başladıqdan sonra 6 ədəd 10, 12, 14 və 17 mərtəbəli binalar tikilib ki, onlara toxunulmayacaq.

Qeyd olunub ki, bu binalar müasir dövrdə tikildiyindən müəyyən resurslara malikdir.