Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Benedito Braqa: Azərbaycanın su sahəsinin yaxşılaşdırılmasına ayırdığı diqqət digər ölkələrə nümunə olmalıdır

15 Mart 2017
Azərbaycanın su sahəsinin yaxşılaşdırılmasına ayırdığı diqqət digər ölkələrə nümunə olmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda "Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit" mövzusunda keçirilən Beynəlxalq elmi-praktiki konfransda Dünya Su Şurasının sədri Benedito Braqa deyib.

O bildirib ki, əksər dövlətlər su sahəsinin yaxşılaşdırılmasına ümumi gəlirlərinin 3-4 faizini ayırır. Ancaq bu məbləğ minimum 6-7 faiz olmalıdır. Azərbaycan isə bu sahəyə 14 faiz maliyyə ayırır. Bu möhtəşəm və nümunə götürüləsi haldır.

B.Braqa qeyd edib ki, Azərbaycan hökuməti suyun keyfiyyət və təhlükəsizliyinə xüsusi diqqət ayırır. Ancaq Azərbaycan və onun kimi su sahəsinə diqqət edən ölkələrin az olması gələcəyimiz üçün təhlükə yaradır, su böhranını yaxınlaşdırır. Xoş haldır ki, bizim dünyaya Azərbaycan kimi nümunə göstərəcək ölkələrimiz var.

"Su təchizatının yaxşılaşdırılması üçün hər ölkədə bununla bağlı qurumlar və onların çalışdığı mütəxəssislər olmalıdır. Burada bir sıra məsələlər var: Ətraf mühitin qorunması, əhalinin artımı və iqlim dəyişikliyinin nəzərə alınması. Bu cür məsələlərin müzakirəsi üçün bu Birinci Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində keçirilən konfranslar və sessiyalar böyük əhəmiyyət kəsb edir",- deyə Dünya Su Şurasının sədri qeyd edib.