Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 382

09 Oktyabr 2016
 

N 382                                     Bakı şəhəri, 5 oktyabr 2016-cı il

 

“Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası”nın və “Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr”in  təsdiq edilməsi haqqında

 

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası” təsdiq edilsin.

2. “Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr” təsdiq edilsin (əlavə olunur).

3. “Milli status almış və respublika əhəmiyyətli mədəniyyət müəssisələrinin işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 9 iyul tarixli 152 nömrəli qərarının 1-ci, 2-ci və 4-cü hissələri  ləğv edilsin.

4. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi bu qərardan irəli gələn digər məsələləri həll etsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 5oktyabr tarixli 382nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət mədəniyyət müəssisələrinə xüsusi statusların verilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Dövlət mədəniyyət müəssisələrinə tarixi və mədəni roluna, yaradıcılıq fəaliyyətinin əhəmiyyətinə, fondlarının zənginliyinə, nadirliyinə, milli dəyərlərin qorunması və təbliği sahəsində nailiyyətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən milli, akademik və respublika əhəmiyyətini təsdiq edən status verilir.

1.3.  Milli statusa malik mədəniyyət təsisatlarının fondları və əmlakı milli sərvət hesab olunur və xüsusi əhəmiyyətli obyektlər kimi dövlət tərəfindən qorunur.

1.4. Teatr müəssisələrinə xüsusi statusların verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Teatrlara “akademik” və “milli” statusun verilməsi Qaydası” ilə tənzimlənir.

1.5. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun  fəaliyyət istiqamətləri olan dövlət mədəniyyət müəssisələrinə şamil olunur.

 

2. Dövlət mədəniyyət müəssisələrinə müvafiq statusların verilmə meyarları

 

              2.1. “Milli” status aşağıdakı meyarlar nəzərə alınmaqla verilir:

2.1.1.     kitabxanalar üzrə:

2.1.1.1. oxucularının ortaillik sayı minimum 70 min nəfər, kitab fondu minimum 4 milyon nüsxə, kitab verilişi  minimum 2,5 milyon nüsxə olan;

2.1.1.2. fondlarında nadir kitabların, habelə qiymətli nəşrlərin (xüsusi kolleksiyaların) sayı 1000-dən az olmayan;

2.1.1.3. Azərbaycan milli mədəniyyətini və tarixi irsini özündə əks etdirən sənəd nümunələrinin qorunması, zənginləşdirilməsi və inkişafında xidmətlər göstərən;

2.1.1.4. milli mədəni dəyərləri qoruyub saxlayan və təbliğ edən;

2.1.1.5. asudə vaxtın səmərəli təşkilində və insanların ictimai mövqeyinin formalaşmasında iştirak edən;

2.1.1.6. dünyanın aparıcı kitabxanaları ilə əməkdaşlıq edən, beynəlxalq tədbirlərdə və Beynəlxalq Kitabxanalararası Abonementdə iştirak edən;

2.1.2. muzeylər, qoruqlar, qalereyalar üzrə:

2.1.2.1. fondunda Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına salınan dünya və ölkə əhəmiyyətli 8000-dən çox mədəni sərvət olan;

2.1.2.2.  eksponatların elmi-tədqiqi və elmi təqdimatını keçirən;

2.1.2.3. eksponatların konservasiyası, bərpası və mühafizəsini təmin edən;

2.1.2.4. Azərbaycan xalqının tarixi və mədəni ənənələrini tədqiq və təşviq etdirən, habelə  mədəni inkişaf istiqamətində əməli tədbirlər həyata keçirən;

2.1.2.5. Azərbaycan milli mədəniyyətinin qorunması, zənginləşdirilməsi və inkişafında xidmətlər göstərən;

2.1.2.6. regional və ölkə səviyyəsində böyük nüfuz qazanan, milli mədəniyyətin və incəsənətin inkişafında rolu olan;

2.1.2.7. asudə vaxtın səmərəli təşkilində və insanların ictimai mövqeyinin formalaşmasında yaxından iştirak edən;

2.1.2.8. qoruqlar “Yunesko Dünya İrs Siyahısı”na daxil edildikdə.

2.1.3. konsert müəssisələri üzrə:

2.1.3.1. tamaşa zalında oturacaq yerlərinin sayı minimum 600 olan;

2.1.3.2. tərkibində ən azı 6 kollektivi olan;

2.1.3.3. ölkə səviyyəsində böyük nüfuz qazanan, milli mədəniyyətin və incəsənətin inkişafında xüsusi rolu olan;

2.1.3.4.  istedadlı gənc kadrların yetişdirilməsində iştirak edən, kollektivin inkişafına xidmət edən “kiçik səhnə” və studiyalar yaradan;

2.1.3.5. milli mədəni dəyərləri qoruyub saxlayan və təbliğ edən;

2.1.3.6. əhalinin müxtəlif təbəqələrinin estetik zövqünü formalaşdıran və onlarda bədii yaradıcılığa meyil oyadan;

2.1.3.7. vətənpərvərlik, humanizm, vətəndaşlıq, habelə milli, mənəvi, multikultural dəyərlərə hörmət və rəğbət hissləri aşılayan;

2.1.3.8.  asudə vaxtın səmərəli təşkilində və insanların ictimai mövqeyinin formalaşmasında yaxından iştirak edən.

2.2. “Akademik” status aşağıdakı meyarlar nəzərə alınmaqla verilir:

2.2.1. konsert müəssisələri üzrə:

2.2.1.1. tamaşa zalında oturacaq yerlərinin sayı minimum 500 olan;

2.2.1.2. tərkibində ən azı  5 kollektivi olan;

2.2.1.3. ölkə səviyyəsində böyük nüfuz qazanan, milli mədəniyyətin və incəsənətin inkişafında xüsusi rolu olan;

2.2.1.4. milli mədəniyyətin və incəsənətin inkişafında xüsusi rolu olan;

2.2.1.5. istedadlı gənc kadrların yetişdirilməsində iştirak edən, kollektivin inkişafına xidmət edən “kiçik səhnə” və studiyalar yaradan;

2.2.1.6. əhalinin müxtəlif təbəqələrinin estetik zövqünü, bədii anlamını formalaşdıran və onlarda bədii yaradıcılığa meyil oyadan;

2.2.1.7. vətənpərvərlik, humanizm, vətəndaşlıq, habelə milli, mənəvi, multikultural dəyərlərə hörmət və rəğbət hissləri aşılayan;

2.2.1.8. asudə vaxtın səmərəli təşkilində və insanların ictimai mövqeyinin formalaşmasında yaxından iştirak edən.

2.3. “Respublika” əhəmiyyətli  status aşağıdakı meyarlar nəzərə alınmaqla verilir:

2.3.1. kitabxanalar üzrə:

2.3.1.1. oxucularının ortaillik sayı minimum 55 min nəfər, kitab sayı  minimum 2 milyon nüsxə, kitab verilişi  minimum 600 min nüsxə olan;

2.3.1.2. kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması və informasiyalaşdırma sahəsində müvafiq şöbələr və bölmələr yaradan, informasiya və kommunikasiya texnologiyalarından oxucuların və əməkdaşların geniş istifadəsini təmin edən;

2.3.1.3   kitab fondu ənənəvi (kağız) və elektron  informasiya daşıyıcıları ilə zəngin olan, habelə milli və xarici ədəbiyyatla müntəzəm təchiz olunan;

2.3.1.4. beynəlxalq qeydiyyatdan keçmiş avtomatlaşdırılmış kitabxana informasiya sistemi əsasında informasiyalaşdırılan kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, elektron kataloq və elektron kitabxananın yaradılması və istifadəyə verilməsini təmin edən;

2.3.1.5. əhalinin informasiyaya (o cümlədən virtual) olan tələbatının zamandan və məkandan asılı olmayaraq yüksək səviyyədə təmin edən;

2.3.1.6.  oxucu sorğularını daha dolğun cavablandırmaq üçün elektron informasiya vasitələrindən geniş şəkildə istifadə edən;

2.3.1.7. uşaqların informasiya, elm, tədris, habelə ümumi mədəni tələbatını yüksək səviyyədə ödəyən;

2.3.1.8.   respublikanın mədəni həyatında fəal iştirak edən;

2.3.1.9. dünyanın aparıcı kitabxanaları ilə əməkdaşlıq, beynəlxalq tədbirlərdə və Beynəlxalq Kitabxanalararası Abonementdə iştirak edən;

2.3.2.     muzeylər, qoruqlar, qalereyalar üzrə:

2.3.2.1 fondunda Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına salınan  ən azı 5000 mədəni sərvət olan; 

2.3.2.2. eksponatların elmi-tədqiqini və elmi təqdimatını keçirən;

2.3.2.3.  fondlarının elektron məlumat bazaları mövcud olan;

2.3.2.4. eksponatların konservasiyası, bərpası və mühafizəsini təmin edən;

2.3.2.5. cəmiyyətdə baş vermiş sosial-siyasi hadisələrin ekspozisiyalarda əyani şəkildə əks etdirilməsini təmin edən;

2.3.2.6. dünyanın aparıcı muzeyləri və muzey tipli müəssisələri ilə  birgə əməkdaşlıq edən;

2.3.2.7.    respublikanın mədəni həyatında fəal iştirak edən;

2.3.2.8.  respublika əhəmiyyətli və beynəlxalq sərgilərdə iştirak edən, qarşılıqlı sərgilər təşkil edən;

2.3.2.9. muzeyin və muzey tipli müəssisələrin profili üzrə beynəlxalq və yerli səviyyəli elmi konfransların, seminarların, simpoziumların, görüşlərin təşkili və müxtəlif layihələrin hazırlanmasını təmin edən;

2.3.2.10.  müasirinformasiyakommunikasiyasistemlərindənistifadə edən;

2.3.2.11. əhalinin, xüsusəndəgəncnəslinbiliksəviyyəsininartırılmasında, estetikzövqünün, dünyagörüşününformalaşmasında, milliənənələrinqorunmasında, tarixikeçmişimizinöyrənilməsində, hərbivətənpərvərlikhisslərininaşılanmasındamüstəsnaroluolan;

2.3.3.    konsert müəssisələri üzrə:

2.3.3.1.tamaşa zalında oturacaq yerlərinin sayı minimum 350 olan;

2.3.3.2.mədəniyyətin tədqiqinə, təhlilinə və təbliğinə xidmət edən respublika səviyyəli elmi araşdırmalar aparan;

2.3.3.3respublikada fəaliyət göstərən elmi qurumlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edən və mədəniyyətin inkişafına dair əsaslandırılmış layihələrin hazırlanmasını təmin edən;

2.3.3.4.qabaqcıl beynəlxalq elmi-metodiki təcrübənin müvafiq sahədə tətbiq olunmasını təmin edən;

2.3.3.5müvafiq sahəyə həsr olunan beynəlxalq və yerli səviyyəli elmi konfransların, seminarların, simpoziumların və görüşlərin təşkilini təmin edən.

 

3. Müəssisənin milli, akademik və respublika əhəmiyyətini təsdiq edən statusa təqdim edilməsi və müvafiq statusun verilmə qaydaları

           

3.1. Xüsusi statusun verilməsi üçün mədəniyyət müəssisələri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə (bundan sonra – Nazirlik) ərizə ilə müraciət edirlər.

3.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

3.2.1.  müəssisənin son 3 (üç) ildə fəaliyyətini əks etdirən ətraflı arayış;

3.2.2.  müəssisənin  iddia etdiyi xüsusi statusu əldə etmək üçün tələb olunan meyarlara dair mövcud vəziyyəti haqqında məlumatlar.

3.3. Ərizə Nazirliyə daxil olduğu gün qeydiyyata alınır və 30 (otuz) iş günü müddətində baxılır.

3.4. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və xüsusi status verilməsindən imtinaya səbəb olmayançatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günü müddətində bu barədə ərizəçiyə məlumat verilir.

3.5. Ərizəçi göstərilən çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 5 (beş) iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman xüsusi statusun verilməsi ilə bağlı müraciətə baxılması müddətinin axımı dayandırılır.

3.6. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 3.5-ci bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, Nazirlik ərizəni baxılmamış saxlayır və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir.

3.7. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra xüsusi statusun verilməsi üçün təkrar ərizə ilə Nazirliyə müraciət edə bilər.

3.8. Mədəniyyət müəssisəsinə xüsusi status verilməsi barədə müraciətə Nazirlikdə baxılarkən bu müəssisənin xüsusi status alınması üçün tələb olunan meyarlara uyğunluğu yoxlanılır. Xüsusi status almaq üçün müraciət etmiş mədəniyyət müəssisəsi həmin statusun verilməsi üçün tələb olunan meyarların hamısına cavab verməlidir.

3.9. Mədəniyyət müəssisəsinin xüsusi status alınması üçün tələb olunan meyarlara uyğunluğu yoxlanıldıqdan sonra məsələyə Nazirliyin kollegiyasında baxılır. Nazirliyin kollegiyası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla müraciətə baxır, xüsusi status verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimat verilməsi və ya mədəniyyət müəssisəsinin müraciətinin rədd edilməsi barədə qərar qəbul edir. Qərardan inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.           

3.10. Xüsusi status almış mədəniyyət müəssisəsi son 2 (iki) il ərzində həmin statusun əldə edilməsi üçün tələb olunan meyarlara cavab vermədikdə, Nazirliyin təqdimatına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həmin statusdan məhrum edilir.

 

4. “Milli”, “akademik” və “respublika” statusları verilmiş mədəniyyət təsisatlarının maliyyələşdirilməsi

4.1. “Milli”, “Akademik” və “Respublika” statusları verilmiş mədəniyyat təsisatlarının maliyyələşdirilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

 4.2. Dövlət büdcəsindən maliyyələşən (maliyyə yardımı alan) mədəniyyət təsisatlarına verilən xüsusi statuslar  onların tabeliyində (tərkibində, nəzdində) fəaliyyət göstərən truppalara, orkestrlərə, xor kollektivlərinə və digər yaradıcı musiqi kollektivlərinə də şamil olunur.

 

 

_____________________

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il 5 oktyabr

tarixli 382 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş

 

ƏLAVƏLƏR

 

 

 

     1. “Milli” status almış müəssisələr üzrə:

 

          1.1.        1-4-cü dərəcələr                                - 100 manat

          1.2.        5-7-ci dərəcələr                                    - 180 manat

          1.3.        8-11-ci dərəcələr                                - 240 manat

          1.4.      12-15-ci dərəcələr                    - 300 manat

          1.5.      16-17-ci dərəcələr                    - 375 manat

          1.6.      18-19-cu dərəcələr           - 500 manat

 

 

      2. “Akademik” status almış müəssisələr üzrə:

 

          2.1.       1-4-cü dərəcələr                        - 70 manat

          2.2.       5-7-ci dərəcələr                          - 110 manat

          2.3.       8-11-ci dərəcələr                      - 140 manat

          2.4.       12-15-ci dərəcələr           - 200 manat

          2.5.       16-17-ci dərəcələr           - 275 manat

          2.6.       18-19-cu dərəcələr          - 350 manat

 

           

      3. “Respublika” statusu almış müəssisələr üzrə:

 

        3.1.       1-4-cü dərəcələr                           - 40 manat

        3.2.       5-7-ci dərəcələr                 - 60 manat

        3.3.       8-11-ci dərəcələr                         - 80 manat

        3.4.       12-15-ci dərəcələr                     - 100 manat

        3.5.       16-17-ci dərəcələr                     - 130 manat

        3.6.       18-19-cu dərəcələr           -  200 manat

 

 

Qeyd. “Milli”, “Akademik”, “Respublika” statusları almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2006-cı il 29 dekabr tarixli 222-IIIQ nömrəli Qanununun 20.5-ci maddəsinə əsasən aylıq vəzifə maaşlarına əlavələr tətbiq edilən mədəniyyət təsisatlarının işçilərinə şamil edilmir.

№-li nüsxə