23 Sentyabr 2026 15:32
207
SİYASƏT
A- A+
Yeni Dövlət Proqramı iqtisadiyyatın inkişafına böyük imkanlar yaradacaq  

Yeni Dövlət Proqramı iqtisadiyyatın inkişafına böyük imkanlar yaradacaq  


Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş hər bir Dövlət Proqramı, imzalanan fərman və sərəncamlar dövlətimizin və xalqımızın milli maraqlarına əsaslanır, iqtisadiyyatımızın inkişafına, təhlükəsizliyimizin təmin edilməsinə, ölkə vətəndaşlarının rifahının yüksəldilməsinə xidmət edir. Son aylarda qəbul edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarınn istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət Proqramı”  bunu deməyə əsas verir.

 Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir RZAYEV qəzetimizə açıqlamasında deyib ki, bu proqramları iqtisadi inkişafımızın yol xəritəsi adlandırmaq olar. Proqramlar konkretdir, bildirildiyi kimi icra və nəzarət mexanizmləri də  hazırdır. “Dövlətimizin rəhbəri dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədəki  çıxışında bildirdi ki, bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir.

Qeyd edildi ki, qəbul olunmuş proqramlar həm ölkə iqtisadiyyatını gücləndirəcək, həm də vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təmin olunmasını təmin edəcək. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə dağ-mədən və metallurgiya sənayesinin qarşıdakı illərdə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramının hazırlanması bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin və uzunmüddətli inkişaf strategiyasının növbəti göstəricisidir”,- deyə deputat bildirib 

Komitə sədri qeyd edib ki, Prezidentin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətdə qeyri-neft sektorunun inkişafı, sənaye istehsalının genişləndirilməsi, regionların iqtisadi potensialından səmərəli istifadə və yeni iş yerlərinin yaradılması əsas istiqamətlərdəndir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramı da bu məqsədlərlə uzlaşır.

Burada söhbət yalnız yeni mədənlərin istismarından və xammal hasilatının artırılmasından getmir. Əsas məsələ Azərbaycanın mineral-xammal ehtiyatlarının daha səmərəli istifadəsi, hasil olunan xammalın ölkə daxilində emalının genişləndirilməsi və yüksək əlavə dəyər yaradan məhsulların istehsalının artırılmasıdır. Bu baxımdan xammaldan hazır məhsula qədər vahid istehsal zəncirinin yaradılması xüsusi əhəmiyyət daşıyır.

T.Rzayev diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 1 aprel 2026-cı il tarixli Sərəncamı ilə 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının hazırlanması ilə bağlı konkret tapşırıqlar verilib. Sənəddə mineral-xammal bazasından səmərəli istifadə, hasilat və emal mərhələləri arasında əlaqələrin gücləndirilməsi, metal emalının genişləndirilməsi və metallurgiya məhsullarının ixrac potensialının artırılması kimi mühüm istiqamətlər müəyyənləşdirilib: “Dövlət Proqramında alüminium sənayesinin inkişafı da xüsusi yer tutur. “Xammal-emal-son məhsul” prinsipinin tətbiqi ilə istehsal imkanlarının genişləndirilməsi, elektroliz və alüminium yayma məhsullarının istehsal gücünün artırılması ölkənin sənaye potensialının gücləndirilməsinə xidmət edən mühüm addımlardır. Prezident İlham Əliyevin regionların sənaye potensialının artırılması ilə bağlı həyata keçirdiyi siyasət də bu prosesin mühüm hissəsidir. Gəncə və Şəmkir ərazilərində Qərb Sənaye Parkının yaradılması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması və sənaye infrastrukturunun genişləndirilməsi regionların iqtisadi fəallığının artırılmasına hesablanıb. Dağ-mədən sənayesinin inkişafında işğaldan azad edilmiş ərazilərin potensialından istifadə də mühüm istiqamətdir. Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyətə başlaması bunun konkret nümunələrindən biridir. Burada filizin emalı və mis konsentratının istehsalı həyata keçirilir. Belə layihələr həm ərazilərin iqtisadi potensialının reallaşdırılması, həm də ölkənin sənaye imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir”.

Komitə sədri bildirib ki, Dövlət Proqramının qarşıya qoyduğu hədəflər kifayət qədər genişdir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027-2030-cu illərdə sektora 5,3 milyard manat investisiyanın yatırılması və 5 mindən çox daimi iş yerinin yaradılması planlaşdırılır.

İnvestisiyaların həm dövlət, həm dövlət müəssisələri, həm də özəl sektor hesabına həyata keçirilməsi bu sahənin inkişafında müxtəlif maliyyə mənbələrinin səfərbər edilməsinə imkan verəcək. Özəl sektorun bu prosesə cəlb edilməsi, xüsusilə əhəmiyyətlidir, çünki iri investisiya layihələrinin həyata keçirilməsi, yeni texnologiyaların tətbiqi və istehsal imkanlarının genişləndirilməsi üçün dövlət dəstəyi ilə yanaşı, özəl kapitalın imkanlarından da istifadə olunması vacibdir.

Dövlət Proqramının aqrar sahə baxımından da müəyyən əhəmiyyət daşıdığını deyən  deputat əlavə edib ki, regionlarda sənaye və kənd təsərrüfatının paralel inkişafı yerli iqtisadiyyatın şaxələndirilməsinə, məşğulluğun artırılmasına və əhalinin gəlir imkanlarının genişlənməsinə şərait yarada bilər: “Dağ-mədən və metallurgiya layihələrinin həyata keçirildiyi rayonlarda yaradılan yeni infrastruktur və iqtisadi imkanlar digər sahələrin, o cümlədən kənd təsərrüfatının inkişafına da təsir göstərəcək.

Metallurgiya sənayesinin inkişafı aqrar sektor üçün də müəyyən imkanlar yaradır. Yerli sənaye istehsalının genişlənməsi kənd təsərrüfatında istifadə olunan müxtəlif texnika, avadanlıq və metal konstruksiyaların istehsalının inkişafına təkandır. Bu baxımdan sənaye ilə aqrar sektor arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi regionların kompleks inkişafına xidmət edən amillərdən biri ola bilər.Dövlət Proqramında dəmir filizi, alüminium, mis və qızıl kimi istiqamətlər xüsusi yer tutur. Bununla yanaşı, yeni yataqların müəyyənləşdirilməsi, geoloji-kəşfiyyat işlərinin genişləndirilməsi və iqtisadi baxımdan səmərəli ehtiyatların sənaye dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulur. Azərbaycanın təbii resurs potensialından səmərəli istifadə etməklə yanaşı, əsas məqsəd həmin resursların ölkə daxilində daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsidir. Bu, həm sənayenin inkişafı, həm ixrac imkanlarının genişləndirilməsi, həm də yeni iş yerlərinin yaradılması baxımından mühüm nəticələr verə bilər. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı ölkənin daha geniş sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Proqramın qarşıdakı illərdə icrası sənaye istehsalının genişləndirilməsi, regionların iqtisadi potensialının artırılması, qeyri-neft ixracının şaxələndirilməsi və mineral resursların iqtisadi dövriyyəyə daha geniş cəlb edilməsi baxımından yeni imkanlar yaradacaq”.

T.Rzayev vurğulayıb ki, Prezident İlham Əliyevin bu sahə ilə bağlı verdiyi tapşırıqlar və qəbul etdiyi qərarlar dağ-mədən və metallurgiya sənayesinin inkişafına kompleks yanaşıldığını göstərir. Qarşıdakı dövrdə əsas məqsəd hasilatdan emala, emaldan isə son məhsul istehsalına keçidi təmin etmək, ölkənin sənaye potensialını daha da gücləndirməkdir. Dövlət Proqramında qarşıya qoyulan vəzifələr aydın və perspektivlidir. Müşavirədə qeyd olunduğu kimi, yeni güclü sənaye istiqaməti yaradılacaq, minlərlə iş yerləri açılacaq. İşğaldan azad olunmuş Qarabağın və Şərqi Zəngəzurun inkişafı, orada məşğulluğun artırılması daha sürətlə keçəcək. Ölkə büdcəsinə vergilər şəklində böyük vəsait daxil olacaq, güclü ixrac potensialı yaradılacaq. Yeni Dövlət Proqramı ölkənin qeyri-neft sənayesinin inkişafı baxımından çox əhəmiyyətlidir və iqtisadiyyatımızın gücləndirilməsinə böyük imkanlar yaradacaq.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“InnMedia” Türkiyə və Özbəkistan bazarlarına çıxmağa hazırlaşır  

16:14
23 Sentyabr

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın yeni sənaye mərhələsidir  

16:13
23 Sentyabr

Azərbaycanın “qızıl” planı  

16:08
23 Sentyabr

Ağciyər xərçənginin müalicəsi üçün peyvənd hazırlanıb  

16:01
23 Sentyabr

Şirvanda şəhid polkovnik Rəşad Hüseynovun məzarı ziyarət olunmuşdur   

15:59
23 Sentyabr

Yerin altından 2 milyard dollarlıq sərvət  

15:42
23 Sentyabr

Lənkəranda çayçılıq, çəltikçilik və sitrusçuluq yeni dövlət proqramına uyğun şəkildə inkişaf etdirilməkdədir   

15:40
23 Sentyabr

Əfv sərəncamı Naxçıvanda icra olundu - iki Türkiyə vətəndaşı azadlığa buraxıldı  

15:38
23 Sentyabr

Əfv sərəncamı 2 və 17 saylı cəzaçəkmə müəssisələrində 4 nəfərə şamil olunub  

15:34
23 Sentyabr

Yeni Dövlət Proqramı iqtisadiyyatın inkişafına böyük imkanlar yaradacaq  

15:32
23 Sentyabr

2027–2030-cu illər Dövlət Proqramı: Azərbaycanın mineral-xammal potensialı yeni inkişaf mərhələsində  

15:30
23 Sentyabr

Qazaxda antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalanlar ehtiramla yad edilmişlər

15:21
23 Sentyabr

Masallıda lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilib  

15:14
23 Sentyabr

Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

15:12
23 Sentyabr

MİDA 13 qeyri-yaşayış obyekti və onlara aid zirzəmi sahələrini satışa çıxarır  

15:04
23 Sentyabr

Təhlükəsizlik Forumu: Prezident İlham Əliyevin təşəbbüsləri qlobal təhdidlərin qarşısının alınmasına yönəlib 

14:59
23 Sentyabr

Əfv sərəncamının icrasına başlanılıb

14:57
23 Sentyabr

Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib  

14:36
23 Sentyabr

ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub  

13:36
23 Sentyabr

Azərbaycan və IEC enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı dəyərləndirib  

13:29
23 Sentyabr

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək

13:22
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!