23 Sentyabr 2026 13:36
184
Mədəniyyət
A- A+
ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub  

ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub  


Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, ADA Universiteti və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşan tədbirdə ADA Universitetinin rektoru professor Hafiz Paşayev, təhsil ocağının müəllim və tələbələri, eləcə də qonaqları iştirak ediblər.

Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Günay Ziyadova universitetin Beynəlxalq Musiqi Festivalı çərçivəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, dahi bəstəkarla bağlı layihənin bu təhsil ocağında reallaşmasından məmnunluğunu bildirib.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bu il 18-ci dəfə təşkil olunan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının müasir mədəniyyət salnaməmizin əhəmiyyətli hadisələrindən olduğunu, Üzeyir bəy fenomeninin təbliği və tanıdılmasına xidmət etdiyini bildirib. Cahangir Səlimxanov Üzeyir bəyin istedadı, bacarıq və fədakarlığı ilə hər zaman gənclər üçün əsl nümunə olduğunu diqqətə çatdırıb.

MEMİM-in direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov qeyd edib ki, layihə dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinin, onun sənət incilərinin daha geniş auditoriyaya, xüsusilə gənc nəslə çatdırılmasına töhfə vermək məqsədi daşıyır.

Tədbir MEMİM-in əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə davam edib. Sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabovanın Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə həsr olunan mühazirəsi dinlənilib.

Bədii hissədə Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xor kollektivi (bədii rəhbər: Prezident mükafatçısı Təranə Yusifova), ADA Universitetinin tələbələri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Detaşe – SABAH” violinoçular ansamblı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin ifasında Üzeyir Hacıbəyli yaradıcılığından musiqi və rəqs nümunələri təqdim olunub. Proqramda görkəmli bəstəkar Müslüm Maqomayevin “Nərgiz” operasından ariya və Emil Əfrasiyabın Ü.Hacıbəylinin əsasında yazdığı “Parafraz” kompozisiyası da səsləndirilib.

Qeyd edək ki, “Sənət inciləri” layihəsi üzrə növbəti mühazirə-konsert sentyabrın 28-də Xəzər Universitetində təşkil olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yerin altından 2 milyard dollarlıq sərvət  

15:42
23 Sentyabr

Lənkəranda çayçılıq, çəltikçilik və sitrusçuluq yeni dövlət proqramına uyğun şəkildə inkişaf etdirilməkdədir   

15:40
23 Sentyabr

Əfv sərəncamı Naxçıvanda icra olundu - iki Türkiyə vətəndaşı azadlığa buraxıldı  

15:38
23 Sentyabr

Əfv sərəncamı 2 və 17 saylı cəzaçəkmə müəssisələrində 4 nəfərə şamil olunub  

15:34
23 Sentyabr

Yeni Dövlət Proqramı iqtisadiyyatın inkişafına böyük imkanlar yaradacaq  

15:32
23 Sentyabr

2027–2030-cu illər Dövlət Proqramı: Azərbaycanın mineral-xammal potensialı yeni inkişaf mərhələsində  

15:30
23 Sentyabr

Qazaxda antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalanlar ehtiramla yad edilmişlər

15:21
23 Sentyabr

Masallıda lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilib  

15:14
23 Sentyabr

Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

15:12
23 Sentyabr

MİDA 13 qeyri-yaşayış obyekti və onlara aid zirzəmi sahələrini satışa çıxarır  

15:04
23 Sentyabr

Təhlükəsizlik Forumu: Prezident İlham Əliyevin təşəbbüsləri qlobal təhdidlərin qarşısının alınmasına yönəlib 

14:59
23 Sentyabr

Əfv sərəncamının icrasına başlanılıb

14:57
23 Sentyabr

Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib  

14:36
23 Sentyabr

ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub  

13:36
23 Sentyabr

Azərbaycan və IEC enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı dəyərləndirib  

13:29
23 Sentyabr

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək

13:22
23 Sentyabr

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

13:11
23 Sentyabr

Beynəlxalq Elektrotexniki Komissiya Azərbaycanla innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır  

12:57
23 Sentyabr

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

12:43
23 Sentyabr

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

12:39
23 Sentyabr

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

12:27
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!