05 May 2018 06:05
105
SİYASƏT
A- A+
Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb

Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb

Şuşa Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin adan olmasının 95 illiyi münasibətilə tədbir keçirib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri - icmanın rəhbəri Bayram Səfərov ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ölkəmizdə sabitliyin qorunmasında, hüquqi dövlətin qurulmasında, dövlətçiliyin və iqtisadiyyatın möhkəmləndirilməsində, 1990-cı illərdə erməni təcavüzünün qarşısının alınmasında, doğma Azərbaycanımızın beynəlxalq miqyasda tanınmasında Ulu Öndərin xidmətləri əvəzsizdir. Ermənistanın təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi daim Ümummilli Liderin diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb.

Tədbirdə Ulu Öndərin şərəfli həyat yolu ilə bağlı sənədli film nümayiş etdirilib.

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev Ümummilli Liderin hakimiyyətə qayıtdıqdan sonra atəşkəsə nail olunmasında, dünyanın aparıcı ölkələri ilə neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında, müstəqil dövlətin ilk Konstitusiyasının qəbul olunmasında, 1992-ci ildə YAP-ın yaranmasında Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.

Deputat Elman Məmmədov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsalə Fətəliyeva və Əkbər Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, Şuşa Humanitar Kollecinin gənclər təşkilatının üzvü Şəms Qəhrəmanova Ümummilli Liderin fəaliyyəti dövründə ölkəmizin dinamik inkişafından, onun xalqın rifahı üçün yorulmadan çalışmasından danışıb, müstəqillik illərində Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və yüksək mövqe qazanmasında əvəzsiz rolunu qeyd ediblər.

Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında ulu öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tələbə və şagirdlərin ifasında Ulu Öndərə həsr edilmiş şeirlər və mahnılar maraqla qarşılanıb.

Daha sonra təhsildə və idmanda uğur qazanan rayon məktəbliləri diplomlarla və hədiyyələrlə təltif ediliblər.

Tədbirin sonunda bir qrup gəncə YAP-ın vəsiqələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: Final mərhələsinə vəsiqə qazanan bütün yığmalar bəlli olub 

10:36
01 Aprel

İsveç nəşrində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu vurğulanıb

10:35
01 Aprel

Myanmada xunta lideri prezidentliyə namizəddir  

10:17
01 Aprel

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Azərbaycana səfərə gəlib

10:15
01 Aprel

Azərbaycan nefti 132 dolları ötüb

09:43
01 Aprel

Media: Avropa ABŞ-nin İrana qarşı tələblərinə müqaviməti artırır

09:43
01 Aprel

BƏƏ Hörmüz boğazını açmaq üçün güc tətbiq etməyə hazırdır

09:41
01 Aprel

Rubio: ABŞ-nin İrana qarşı hərbi əməliyyatı sona yaxınlaşır

09:41
01 Aprel

Tədqiqat: Yer Ayı kosmik radiasiyadan qoruyurmuş

09:39
01 Aprel

İş yoldaşımızın xatirəsi

08:50
01 Aprel

Yazda sağlam qalmağın sirri

08:45
01 Aprel

Bakı və İrəvan arasında sülh prosesi geri dönməz hal alır

08:40
01 Aprel

Qalaların kölgəsində, karvanların səsində: Gəncə, Şamaxı və Beyləqan

08:35
01 Aprel

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri

08:30
01 Aprel

ADAU-da alternativ enerji mənbələri üzrə tədqiqatlar aparılır

08:27
01 Aprel

Gələcəyə hesablanmış enerji strategiyasının tərkib hissəsi

08:25
01 Aprel

Myanmada xunta lideri prezidentliyə namizəddir

08:20
01 Aprel

Quba Soyqırımı Memorial Kompleksində anım tədbiri keçirilib

08:15
01 Aprel

31 Mart xalqımızın qan yaddaşıdır

08:10
01 Aprel

Daşnak-bolşevik cəlladları Salyana girə bilmədilər

08:05
01 Aprel

Milli yaddaşımızın ağrılı səhifəsi

08:00
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!