01 Aprel 2026 08:50
236
CƏMİYYƏT
A- A+
İş yoldaşımızın xatirəsi

İş yoldaşımızın xatirəsi


Bəzən ölüm, sadəcə, bir insanı bizdən almır. Bir səs susur, bir baxış donur, bir ömürlük xatirələr sükuta qərq olur. Elə bir sükut ki, nə söz onu doldura, nə də zaman sağalda bilir.

Martın 27-si səhərini "Azərbaycan" qəzetinin şöbə redaktoru, Vətən müharibəsi iştirakçısı Rəşad Baxşəliyevin ölüm xəbəri ilə açdıq.

Rəşadın timsalında təkcə "Azərbaycan" qəzeti yox, bütünlükdə Azərbaycan mətbuatı Vətən sevgili ləyaqətli bir oğlunu itirdi. Bu itki təkcə bir jurnalistin yoxluğu deyildi, qələmi və silahı ilə Vətənə xidmət edən, torpağı igidliklə qoruyan 48 yaşlı bir insanın yoxluğu idi.

Rəşad Baxşəliyev artıq aramızda yoxdur… Amma onun adı kollektivimizin sırasında, izi Qarabağda, amalı yazılarında yaşayır.

Rəşad savaşdan sonra Qarabağa və Şərqi Zəngəzura dəfələrlə səfər etmişdi. İşğaldan azad olunmuş torpaqlarda aparılan abadlıq və quruculuq işlərindən  reportajlar hazırlayırdı. Həmkarları ona "Vətən" deyirdi. Bu sözü çox sevirdi. Ona belə deyəndə qürurlanırdı. Çünki bu onun üçün, sadəcə, söz deyildi, ana südü qədər haqq etdiyi torpağın özü idi. O torpaq ki, bu gün qoynunda əbədi uyuyur.

Vətən müharibəsi başlayanda Rəşad könüllü olaraq qələmini silahla əvəzlədi. Torpaqlarımızın azad olunması uğrunda gedən savaşda cəsur döyüşçülərdən biri oldu. Müharibədən söz düşəndə qürurla deyirdi: "Ehtiyatda olan zabit kimi illərlə gözlədiyim an gəlmişdi. Kənarda durub seyrçi qala bilməzdim. Əgər şəhid olsaydım, dövlətimin ailəmə sahib çıxacağını bilirdim. Çox şükür, torpaqlarımızı azad edib sağ-salamat evimə, ailəmin yanına, doğma kollektivə qayıtdım. İndi hər dəfə Qarabağa, Şərqi Zəngəzura gedəndə qürurlanıram ki, həmin ərazilərin azad olunmasında mənim də payım var".

Rəşadla birgə işğaldan azad olunmuş ərazilərə səfər edən həmkarı deyir ki, ilk dəfə Cəbrayıldan keçib Ağalı kəndinə gedəndə yumruğunu necə düyünləmişdisə, dırnaqları ovcunu qanatmışdı, başının tükləri biz-biz olmuşdu. "Qardaş, məni qorxutma" deyəndə titrək səslə cavab vermişdi: "Bu, ürəyimdən axan qandır.  Burada elə oğullar itirmişik ki…" Sonra birdən susmuş, avtomobildən düşüb irəli qaçmış, dayanıb hönkürtü ilə ağlamışdı. "Burada mövqe tutmuşduq. Birdən mərmi düşdü. Döyüşçülərdən birini parça-parça etdi. Bu torpağın hər qarışı qanla suvarılıb. Biz bu torpaqları canımızla, qanımızla azad etmişik"- demişdi.

O an onun yaşadıqlarını, içində daşıdığı ağrını, Vətən sevgisinin ağırlığını bir özü bilirdi. Sanki müharibə onun içində heç vaxt bitməmişdi. Çünki ürəyi məcazi mənada müharibədə yaralanmışdı. Və bu ağrı ilə uzun yaşamağın mümkün olmadığını kollektivimiz hiss edirdi. Hiss edirdi ki, o, ağır xəstədir. Amma onu da görürdük ki, bütün təkidlərə baxmayaraq, sağlamlığına biganə idi. Fikirləşirdi ki, müharibənin cəngindən salamat çıxıbsa, xəstəlik ona nə edəcək ki...

Son dəfə telefonda danışanda da dedi ki, ağrıları azalıb. Sən demə, bizi arxayınlaşdırırmış. Səsi əvvəlki kimi olsa da, gerçək tamam başqaymış. Ermənini qanına qəltan etmək olar, ürəklə bacarmaq isə çətinmiş.

Doğmaları kimi, kollektivimiz üçün də Rəşadın yoxluğu ilə barışmaq çətindir. Amma təsəllimiz var. Özündən sonraya iki gözəl övlad, örnək bir Vətən sevgisi nümunəsi qoyub. Bir də bilirik ki, onun azad olunmuş torpaqlarda izi, Qarabağda, Şərqi Zəngəzurda  boy atan fidanlarda nəfəsi var.

Allah rəhmət eləsin!


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Apreldə Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

11:13
01 Aprel

Ötən gün axtarışda olan 233 nəfər saxlanılıb

11:12
01 Aprel

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

11:11
01 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

11:10
01 Aprel

BMT Baş Assambleyası təşkilatın fəaliyyətini gücləndirmək üçün mühüm qətnamə qəbul edib  

11:10
01 Aprel

DÇ-2026: Final mərhələsinə vəsiqə qazanan bütün yığmalar bəlli olub 

10:36
01 Aprel

İsveç nəşrində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu vurğulanıb

10:35
01 Aprel

Myanmada xunta lideri prezidentliyə namizəddir  

10:17
01 Aprel

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Azərbaycana səfərə gəlib

10:15
01 Aprel

Azərbaycan nefti 132 dolları ötüb

09:43
01 Aprel

Media: Avropa ABŞ-nin İrana qarşı tələblərinə müqaviməti artırır

09:43
01 Aprel

BƏƏ Hörmüz boğazını açmaq üçün güc tətbiq etməyə hazırdır

09:41
01 Aprel

Rubio: ABŞ-nin İrana qarşı hərbi əməliyyatı sona yaxınlaşır

09:41
01 Aprel

Tədqiqat: Yer Ayı kosmik radiasiyadan qoruyurmuş

09:39
01 Aprel

İş yoldaşımızın xatirəsi

08:50
01 Aprel

Yazda sağlam qalmağın sirri

08:45
01 Aprel

Bakı və İrəvan arasında sülh prosesi geri dönməz hal alır

08:40
01 Aprel

Qalaların kölgəsində, karvanların səsində: Gəncə, Şamaxı və Beyləqan

08:35
01 Aprel

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri

08:30
01 Aprel

ADAU-da alternativ enerji mənbələri üzrə tədqiqatlar aparılır

08:27
01 Aprel

Gələcəyə hesablanmış enerji strategiyasının tərkib hissəsi

08:25
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!