06 Noyabr 2022 20:10
786
A- A+

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel GDU-da olub  

 

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel Gəncə Dövlət Universitetinin (GDU) rektoru, professor Yusif Yusibov ilə görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zeki Öztürk, Bakı Anadolu Liseyinin müdür yardımçısı Sadiq Qafarov, Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru Şahin Xurşudov və universitetin İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov iştirak edib.

Yusif Yusibov qonaqları salamlayaraq yüksək səviyyədə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin bütün türk dünyası üçün nümunə olduğunu qeyd edib. Rektor universitetdə həyata keçirilən islahatlar, tələbələrin təhsil almaları üçün yaradılan şərait, universitetin maddi-texniki bazası, yataqxana kompleksi eləcə də beynəlxalq əlaqələrin genişləndirilməsi çərçivəsində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, Gəncə Dövlət Universitetinin Türkiyə universitetləri ilə yüksək əməkdaşlıq müqavilələri mövcuddur. Gələcəkdə bu əməkdaşlıq daha da genişləndiriləcək, Türkiyə univesitetləri ilə ikili diplom layihəsi reallaşdırılacaq.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel görüşdən məmnunluğunu ifadə edib, iki ölkə arasında qardaşlıq əlaqələrinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əməkdaşlıq nümayiş etdirilir.

Fikir mübadiləsi zamanı Gəncə Dövlət Universiteti ilə reallaşması gözlənilən ikili diplom layihəsinin tezliklə həyata keçiriləcəyinə əminlik ifadə olunub.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel universitetdə təhsil alan Türkiyədən olan tələbələr haqqında maraqlanıb.

Görüşün sonunda qonaqlara hədiyyələr təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video