07 Oktyabr 2025 22:21
783
SİYASƏT
A- A+
Türkiyəli professor: Qəbələ Zirvəsi yenidən formalaşan güc balansına verilən ortaq cavab xarakteri daşıyır  

Türkiyəli professor: Qəbələ Zirvəsi yenidən formalaşan güc balansına verilən ortaq cavab xarakteri daşıyır  


Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşü üçün müəyyən edilmiş “Regional sülh və təhlükəsizlik” mövzusu təsadüfi seçim deyil. Bu, Türk dünyasının geosiyasi prioritetlərini, strateji baxışını və ortaq taleyə dair şüurunu əks etdirən son dərəcə mənalı seçimdir. Qarabağ Zəfərindən sonra Azərbaycanın ev sahibliyi ilə keçirilən bu Zirvə Görüşü Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması, Mərkəzi Asiyada artan təhlükəsizlik risklərinin idarə edilməsi və Avrasiyada yenidən formalaşan güc balansına verilən ortaq cavab xarakteri daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı, Türk dünyası üzrə mütəxəssis Mehmet Yüce söyləyib.

Toplantının mövzusunun TDT-nin təkcə mədəni və iqtisadi həmrəylik platforması olmaqdan çıxaraq, “ortaq təhlükəsizlik” prinsipi ətrafında təşkil olunan yeni bir strateji birlik səviyyəsinə yüksəldiyinin göstəricisi olduğunu qeyd edən professor deyib: “Doğrudan da, Zirvə Görüşündə liderlərin ortaya qoyduğu baxış, Qəbələ Bəyannaməsində yer alan qərarlar və xüsusilə xarici tərəfdaşlarla qarşılıqlı maraq sahələrində əməkdaşlıq üçün çevik diplomatik zəmin yaradan “TDT+ “ formatının təsisinə dair qərar birlikdə qiymətləndirildikdə, beynəlxalq təşkilatlara etimadın sarsıldığı bir dövrdə təşkilatın xaotik qlobal mühitdə sabitliyin, sülhün və çoxqütblü düzənin qurucu elementi olmaq iddiasını qətiyyətlə ortaya qoyduğu görünür. Zirvədə diqqət çəkən digər tarixi hadisə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yazıçı Çingiz Aytmatov haqqında kitabın, eləcə də “Oğuznamə” toplusunun Türkiyədə 2024-cü ildə Bakıda keçirilən toplantıda qəbul edilən ortaq türk əlifbası ilə nəşr olunacağı müjdəsini verməsi oldu. Bu addım, Türk dünyasında mədəni inteqrasiyanın konkret göstəricisi kimi böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, Prezident İlham Əliyevin 1926-cı ildə Bakıda təşkil edilmiş Birinci Türkoloji Qurultayının davamı mahiyyətində yeni böyük bir türkoloji qurultay keçirilməsi təklifini irəli sürməsi bu prosesi elmi əsasda taclandıran bir baxış ortaya qoydu. Beləliklə, Qəbələ Zirvəsi həm ortaq təhlükəsizlik anlayışının, həm də ortaq mədəni kimliyin gücləndirilməsi baxımından Türk dünyasının strateji gələcəyində yeni dönüş nöqtəsinə çevrildi”.

Professor bildirib ki, TDT-nin Azərbaycanda keçirilən zirvələri təşkilatın tarixi inkişafında hər zaman mühüm dönüş nöqtələri olub. 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə Görüşündə türk əməkdaşlığının təşkilatlanması təmin edilib. Bu toplantıda Türk dünyasının ortaq məqsədlərini inteqrasiya əsası üzərində quran Türk Şurasının yaradılmasına dair Naxçıvan Sazişi imzalanıb.

“İndi isə “2025-ci il Qəbələ Zirvəsi” “Regional sülh və təhlükəsizlik” mövzusu ilə Naxçıvanda başladılan prosesin strateji davamı kimi önə çıxır. Bu Zirvə Görüşü Türk dünyasının ortaq maraqlarını qoruma, regional sabitliyi möhkəmləndirmə və müstəqil Avrasiya təhlükəsizlik arxitekturasını qurma baxışını daha sıx təşkilatlanmış səviyyədə gücləndirir”, - deyə Mehmet Yüce fikirlərini tamamlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!