Milli Məclisin oktyabrın 27-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı 12 məsələ daxil edilib:
1. Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);
2. “Texniki tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);
3. “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);
4. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
5. “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
6. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
7. “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
8. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş);
9. Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş);
10. Mülki Prosessual Məcəlləsində və İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş);
11. “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
12. Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).