12 İyun 2024 09:52
694
PARLAMENT
A- A+
Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub  

Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub  

 

İyunun 11-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Tahir Rzayev müzakirəyə Torpaq Məcəlləsində dəyişiklik olunması haqqında qanun layihəsinin (birinci oxunuş) təqdim edildiyini bildirib. O diqqətə çatdırıb ki, qanun layihəsi Azərbaycan Prezidentinin “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” 2021-ci il 15 iyul tarixli Fərmanından irəli gələn tələbləri özündə ehtiva edir. Layihənin bu günün tələblərinə uyğun hazırlandığını deyən Tahir Rzayev sənəddə təklif olunan dəyişikliklərin ölkədə kənd təsərrüfatının və emal sənayesinin inkişafı, kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyinin artırılması baxımından əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Sonra Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firudin Tağıyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev təklif olunan dəyişikliklər barədə deputatlara məlumat veriblər. Onlar kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin və kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşasının (quraşdırılmasının) tənzimlənməsinin sənəddə təklif olunan çevik mexanizmləri barədə danışıblar. Qeyd olunub ki, qanun layihəsi yalnız kənd təsərrüfatı yerlərində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün tikinti obyektlərinin həyata keçirilməsini nəzərdə tutur.

Sənədin müzakirəsində komitə sədrinin müavini Sabir Hacıyev, komitə üzvləri Cavanşir Paşazadə, İqbal Məmmədov, Azər Badamov, Emin Hacıyev layihədə təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab edib, bəzi fikir və qeydlərini səsləndiriblər.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firudin Tağıyev və Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, sualları cavablandırıblar.

Müzakirənin sonunda qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daha bir nəfərə beyin implantı köçürülüb  

16:45
14 Yanvar

“Təbiət səfirləri” ekoloji maarifləndirilmə layihəsi keçirilib  

16:44
14 Yanvar

Ötən il istehlakçılara qaytarılan ƏDV 179 milyon manatdan çox olub

16:39
14 Yanvar

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir

16:38
14 Yanvar

HƏMAS və İsrail atəşkəs sazişini bu gün elan edə bilərlər  

16:36
14 Yanvar

Türkiyə telekanalı: Paris terrorçuları dəstəkləmək yolu ilə Suriyanı zəiflətməyə çalışır

16:03
14 Yanvar

Azərbaycan Asiya Parlament Assambleyasının komitə iclasında təmsil olunub

15:55
14 Yanvar

Los-Ancelesdəki yanğınlar ABŞ tarixində ən baha başa gələn təbii fəlakət ola bilər  

15:49
14 Yanvar

20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçiriləcək  

15:49
14 Yanvar

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb  

15:48
14 Yanvar

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının cari il üzrə ilk iclası keçirilib  

15:45
14 Yanvar

Sergey Lavrov: Rusiya və Azərbaycan Xəzər məsələlərini həll etmək üçün işçi qrupu yaradıb  

15:44
14 Yanvar

Ötən həftə Liviya sahillərində 493 miqrant xilas edilib

15:21
14 Yanvar

DİN-in Daxili Qoşunlarının ötənilki fəaliyyəti yüksək qiymətlənirilib  

15:00
14 Yanvar

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən

14:59
14 Yanvar

Zelenski hərbi vəziyyət və səfərbərlik müddətinin uzadılmasına dair qanun layihələrini parlamentə göndərib  

14:58
14 Yanvar

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

14:17
14 Yanvar

Polis Nərimanovda əməliyyat keçirib, 11 kiloqram narkotik vasitə və 9 odlu silah aşkarlanıb 

14:16
14 Yanvar

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

14:14
14 Yanvar

Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur

14:13
14 Yanvar

Rusiyada Amur pələngi insan ölümünə səbəb olub

14:10
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!