18 İyun 2026 09:10
201
CƏMİYYƏT
A- A+
Şükürbəyli camaatı şükür içində

Şükürbəyli camaatı şükür içində


Kənd növbəti sakinlərinə qovuşdu


İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "Böyük qayıdış" proqramı çərçivəsində yenidən qurulan yaşayış məntəqələrindən biri də Cəbrayılın Şükürbəyli kəndidir. Uzun illər işğal altında qalan, dağıdılaraq viranəyə çevrilən kənd bu gün müasir infrastrukturu, yeni yaşayış evləri və doğma yurda qayıdan sakinləri ilə Qarabağ və Şərqi Zəngəzurun dirçəlişini simvolizə edir. 

2020-ci ildə Cəbrayılın işğaldan azad edilməsindən sonra Şükürbəyli kəndində genişmiqyaslı tikinti və bərpa işlərinə başlanıldı. Dövlət tərəfindən həyata keçirilən layihələr nəticəsində kənd tamamilə yenidən quruldu, müasir şəhərsalma və kəndsalma prinsiplərinə uyğun yaşayış məkanı yaradıldı. Kənd sakinlərin rahat yaşaması üçün bütün zəruri sosial və mühəndis infrastrukturu ilə təmin edildi.

 Şükürbəyli bu gün yalnız yenidən qurulan kənd deyil, həm də qayıdış karvanlarını qarşılayan doğma ocaqdır. Uzun illər yurd həsrəti çəkən keçmiş məcburi köçkünlərin kəndə dönüşü mərhələli olaraq həyata keçirilir. Dünən Şükürbəyli kəndi daha 196 sakininə (45 ailə) qovuşub. Bununla da kənd sakinlərinin sayı 435 ailəyə - 1888 nəfərə çatıb. Hazırda Şükürbəylidə ilkin mərhələdə tikilmiş 635 fərdi yaşayış evi istifadəyə verilib. Evlərin böyük hissəsində ailələr artıq məskunlaşıb, müəyyən hissəsi isə xidməti istifadə üçün nəzərdə tutulub. Müasir tələblərə uyğun inşa edilən yaşayış evlərində bütün zəruri kommunal şərait yaradılıb, ətraf ərazilərdə abadlıq işləri aparılıb.

Köç prosesinin hər mərhələsi kəndin sosial həyatının canlanmasına və bölgənin inkişafına yeni təkan verib.  Cəbrayıl şəhərindən təxminən 18 kilometr məsafədə yerləşən kənddə sakinlərin rahatlığı üçün zəruri infrastruktur yaradılıb, yaşayış evləri və sosial obyektlər istifadəyə verilib. Təhsil sahəsinə göstərilən diqqət kəndin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Şükürbəylidə 360 şagirdlik məktəb binası istifadəyə verilib. Müasir avadanlıqlarla təchiz olunan təhsil müəssisəsində sinif otaqları, laboratoriyalar və digər zəruri infrastruktur yaradılıb. Bu da uşaqların keyfiyyətli təhsil almasına və gələcəkdə rəqabətqabiliyyətli kadrlar kimi formalaşmasına şərait yaradır.

Sosial xidmətlərin əlçatanlığının təmin olunması məqsədilə kənddə iki uşaq bağçası, həkim məntəqəsi, musiqi məktəbi, icma mərkəzi və inzibati bina tikilib. Həmin obyektlər sakinlərin gündəlik ehtiyaclarının qarşılanmasına xidmət etməklə yanaşı, kənddə sosial həyatın canlanmasına da töhfə verir. Xüsusilə icma mərkəzləri müxtəlif tədbirlərin təşkili, sakinlər arasında əməkdaşlığın gücləndirilməsi və ictimai fəallığın artırılması baxımından mühüm rol oynayacaq.

Kommunal infrastrukturun qurulması da diqqət mərkəzindədir. İstifadəyə verilən elektrik yarımstansiyası kəndin enerji təminatını tam şəkildə həll edib. Bununla yanaşı, qaz, içməli su, rabitə və internet xidmətləri sakinlərin istifadəsinə təqdim olunub. Kənddaxili yolların asfaltlaşdırılması isə nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına imkan verib.

Növbəti mərhələdə kəndə əlavə sakinlərin köçürülməsi planlaşdırılır. Bu prosesə yalnız Şükürbəyli sakinləri deyil, həmçinin Şıxalıağalı, Dəjəl və Mahmudlu kəndlərinin sakinləri də cəlb olunacaq. Ümumilikdə 615 ailənin, yəni 2522 nəfərin burada məskunlaşdırılması nəzərdə tutulur. Bu isə Şükürbəylinin yaxın gələcəkdə regionun ən böyük yaşayış məntəqələrindən birinə çevriləcəyini göstərir.

Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni infrastruktur bölgənin iqtisadi inkişafı üçün də geniş imkanlar açır. Cəbrayılın gələcəkdə kənd təsərrüfatı, logistika və enerji sahələrində mühüm potensiala malik olacağı gözlənilir. Xüsusilə "yaşıl enerji" layihələri rayonun inkişaf perspektivlərini daha da genişləndirir.

Hazırda rayonda ümumi gücü 340 meqavat olan 3 günəş-elektrik stansiyasının tikintisi davam edir. Bu layihələr regionun enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət etməklə yanaşı, yeni iş yerlərinin açılmasına, investisiyaların cəlbinə və iqtisadi fəallığın artmasına şərait yaradacaq. Mütəxəssislərin hesablamalarına görə, 340 meqavat gücündə enerji istehsalı bütün Qarabağın elektrik enerjisi ilə təmin olunmasına imkan verə bilər.

Şükürbəylidə görülən işlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən dövlət siyasətinin real nəticələrini nümayiş etdirir. Məqsəd yalnız keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını təmin etmək deyil, eyni zamanda onların uzunmüddətli, təhlükəsiz və rahat yaşayışı üçün dayanıqlı şərait yaratmaqdır. Bu baxımdan "Böyük qayıdış" proqramı həm bugünkü, həm də gələcək nəsillərin rifahına hesablanmış strateji inkişaf konsepsiyası kimi çıxış edir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın xarici siyasətində Vatikanla münasibətlər xüsusi yer tutur  

12:20
18 İyun

Prezident: Azərbaycan bu gün boru kəməri qazının təchizatı coğrafiyası baxımından birinci yerdədir 

10:33
18 İyun

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

10:33
18 İyun

Prezident: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir 

10:18
18 İyun

Azərbaycan 2003-cü il UNESCO Konvensiyasının Baş Assambleyasının sessiyasında təmsil olunub  

10:16
18 İyun

Prezident İlham Əliyev: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib 

10:15
18 İyun

Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

10:15
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK

10:13
18 İyun

33 ildir axtarışda olan şəxs Almaniyada tutularaq ölkəyə gətirilib

10:12
18 İyun

Prezident İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var

10:08
18 İyun

Cenevrədə beynəlxalq birlik Azərbaycanın mina problemi ilə bağlı həmrəyliyə çağırılıb  

09:53
18 İyun

“Axios”: ABŞ və İran Anlaşma Memorandumunu distant şəkildə imzalayıblar

09:26
18 İyun

Dünya çempionatı: Kolumbiya Özbəkistana qalib gəlib

09:23
18 İyun

Bakıda "Milli Xalq Oyunları" Festivalı keçirilib

09:15
18 İyun

Şükürbəyli camaatı şükür içində

09:10
18 İyun

Şahbaz Şərif: Hörmüz boğazı açılır, dəniz blokadası ləğv edilir

09:07
18 İyun

İslam maliyyəsinin mahiyyəti dəyişmir

09:00
18 İyun

Azərbaycanın "yaşıl" hədəfi

08:55
18 İyun

Azərbaycan-Vatikan münasibətləri mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub

08:50
18 İyun

Dönüşü olmayan qəhrəmanlıq yolu

08:45
18 İyun

"Azərbaycan ABŞ ilə münasibətlərə qlobal və regional proseslər fonunda mühüm əhəmiyyət verir" 

08:40
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!