18 İyun 2026 12:20
161
SİYASƏT
A- A+
Azərbaycanın xarici siyasətində Vatikanla münasibətlər xüsusi yer tutur

Azərbaycanın xarici siyasətində Vatikanla münasibətlər xüsusi yer tutur


“Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin reallaşdırdığı strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan hədəflərə çatmağa imkan verir, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Ölkəmiz ikitərəfli münasibətlərini inkişaf etdirməklə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir”. 
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, ölkəmizin xarici siyasətində Müqəddəs Taxt-Tacla münasibətlər xüsusi yer tutur. Eyni zamanda, Müqəddəs Taxt-Tac da Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir. Bugünlərdə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadın ölkəmizə səfəri də bunun göstəricisidir. Prezident İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib. Söhbət zamanı ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrimizin inkişafında roluna toxunulub.
Millət vəkilinin sözlərinə görə, dünyanın ayrı-ayrı ölkələrindən, regionlarından olduğu kimi,  Vatikandan da Azərbaycana mənəvi-siyasi baxış müsbət çalarlarla zəngindir: “Bu isə təsadüfi deyil və bir sıra amillərlə şərtlənir. Əvvəla, Azərbaycanda dini etiqad və vicdan azadlığı tam təmin edilib, ölkədə çoxlu sayda dini icma fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Müxtəlif dini dünyagörüşünə malik olan insanlar öz vicdan və etiqad azadlıqlarından sərbəst istifadə edirlər. Azərbaycanda milli, dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, cəmiyyətin üstün dəyəri kimi çıxış edir. Azərbaycanda multikulturalizm, dinlərə və mədəniyyətlərə tolerant yanaşma cəmiyyətin həyat tərzidir, bütün dinlərə hörmətlə yanaşılır. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı da eyni yanaşma tətbiq olunur. Ölkəmizdə katolik icmasının nümayəndələri də sülh, təhlükəsizlik və mehriban birgəyaşayış şəraitində yaşayırlar, fəaliyyət göstərirlər. Buna nümunə kimi, 2008-ci ildə Bakıda Katolik Kilsəsinin açılışını da göstərmək olar. 2012-ci ildə isə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilib. Bu, Vatikanda ilk müsəlman ölkəsinin sərgisi idi. 2016-cı ildə isə Roma Papası Fransisk ölkəmizə səfər etmiş, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşmüşdü. Səfər zamanı Prezident  İlham Əliyev və Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxışları zamanı çox mühüm məqamlara toxunmuşdular”.
Samir Vəliyev qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Vatikanda da müsbət qiymətləndirilir. Bu da təsadüfi deyil, çünki Fond genişmiqyaslı quruculuq fəaliyyəti ilə xalqımızın ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir. Azərbaycanın müxtəlif guşələrində məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən təmir - bərpa edilir, yenidən qurulur. Bu prosesdə Heydər Əliyev Fondunun fəal rol oynaması isə xüsusi qeyd edilməlidir. Fondun tolerantlıq prinsipinə və multikultural dəyərlərə əsaslanan bu cür tədbirləri - sistemli fəaliyyəti respublikamızın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır, bir çox ölkələri əhatə edir.
Millət vəkili, Azərbaycan-Vatikan əlaqələrinin inkişafında ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri, cənab İlqar Muxtarovun diplomatik fəaliyyətini də  xüsusi qeyd edib. Onun fikrincə, səfirimiz əlaqələrin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və Azərbaycanla Vatikan arasında olan bugünkü əlaqələrin bu cür formalaşmasında da cənab səfirin xüsusi xidmətləri vardır.
“Ümumiyyətlə, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət, o cümlədən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr Müqəddəs Taxt-Tac ilə münasibətlərin inkişafına xidmət etməklə, dövlətimizin imicini möhkəmləndirməklə yanaşı, ölkəmizə beynəlxalq miqyasda mənəvi-siyasi dəstəyi gücləndirir”,-deyə deputat vurğulayıb.

“Azərbaycan”|

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın xarici siyasətində Vatikanla münasibətlər xüsusi yer tutur

12:20
18 İyun

Ombudsmanların Beynəlxalq Bakı Sammiti süni intellekt dövrünün çağırışlarını gündəmə gətirib 

11:28
18 İyun

Moskvaya son iki ilin ən kütləvi dron hücumu edilib

11:18
18 İyun

Prezident: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq  

11:13
18 İyun

Qızılın bir troya unsiyasının qiyməti 4327 dollara enib 

11:08
18 İyun

Ombudsman İnsan Hüquqları Günü münasibətilə Fəxri xiyabanı ziyarət edib

11:07
18 İyun

Azərbaycan nefti 82 dollara satılıb

10:58
18 İyun

Azərbaycan Prezidenti: İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik 

10:53
18 İyun

Prezident İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır 

10:48
18 İyun

Azərbaycan Prezidenti: Biz infrastruktura çox böyük sərmayələr yatırırıq 

10:41
18 İyun

Prezident: Azərbaycan bu gün boru kəməri qazının təchizatı coğrafiyası baxımından birinci yerdədir 

10:33
18 İyun

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

10:33
18 İyun

Prezident: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir 

10:18
18 İyun

Azərbaycan 2003-cü il UNESCO Konvensiyasının Baş Assambleyasının sessiyasında təmsil olunub  

10:16
18 İyun

Prezident İlham Əliyev: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib 

10:15
18 İyun

Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

10:15
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK

10:13
18 İyun

33 ildir axtarışda olan şəxs Almaniyada tutularaq ölkəyə gətirilib

10:12
18 İyun

Prezident İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var

10:08
18 İyun

Cenevrədə beynəlxalq birlik Azərbaycanın mina problemi ilə bağlı həmrəyliyə çağırılıb  

09:53
18 İyun

“Axios”: ABŞ və İran Anlaşma Memorandumunu distant şəkildə imzalayıblar

09:26
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!