Şairə böyük ehtiramla
"Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam məktəbimizin kollektivini də çox sevindirdi. İstiqlal şairi Əhməd Cavad gəncəlilər üçün də çox əzizdir.
Onun mənalı, eyni zamanda keşməkeşli ömrünün çox hissəsi Nizami yurdunda keçmişdir. Bizim üçün xoşdur ki, şəhərimizin ən iri təhsil ocaqlarından biri sayılan tam orta məktəb Əhməd Cavadın adını daşıyır.
Buna görə də biz yubileyə hərtərəfli hazırlıq görürük. Artıq şairin kitablarından və onun haqqında yazılmış əsərlərindən ibarət sərgi düzəldilib. Ədəbi-bədii gecə keçirilir. Əhməd Cavad şeirlərinin ən gözəl ifaçıları üçün müsabiqə elan olunub.
Filologiya elmləri üzrə fəlsəfə doktoru Rəhman Salmanlının "Əhməd Cavadın yaradıcılıq yolu" adlı kitabından da öyrəniləsi şeylər çoxdur. Bu nəşr əhatəli, geniş məlumatlı, sanballı tədqiqat əsəridir. Burada istiqlal şairinin keşməkeşli həyatı, zəngin yaradıcılıq yolu, milli müstəqillik uğrunda mübarizədə yeri və rolu öz əksini tapıb. Xüsusən ölməz şairin qardaş Türkiyə ilə möhkəm bağlılığını əks etdirən səhifələr və Xalq Cümhuriyyətini tərənnüm edən şeirləri maraqla oxunur. Biz bu yaxınlarda həmin kitabın müzakirəsini də keçirməyi nəzərdə tutmuşuq. Çünki bu kitabda çoxumuzun indiyədək bilmədiyimiz faktlar çoxdur. Axı sovet dövründə Əhməd Cavad kimi düşünən, yazıb-yaradan şair və yazıçılarımızın, ictimai-siyasi xadimlərimizin adlarını çəkmək belə yasaq edilmişdi. Halbuki bunları bilmək, vaxtı ilə buraxılan səhvlərdən nəticə çıxarmaq bizə çox lazımdır. Ona görə ki, bir daha belə səhvlər təkrar olunmasın.
Dürdanə MUSAYEVA,
Gəncədəki Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin müəllimi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfd...
27 Aprel
DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keç...
27 Aprel
Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!