05 İyun 2026 16:29
212
CƏMİYYƏT
A- A+
Serbiyalı nazir: Metan emissiyalarının azaldılması qlobal istiləşməni yavaşlatmaq üçün ən sürətli və səmərəli imkanlardan biridir  

Serbiyalı nazir: Metan emissiyalarının azaldılması qlobal istiləşməni yavaşlatmaq üçün ən sürətli və səmərəli imkanlardan biridir  


Metan qısaömürlü, lakin çox güclü iqlim çirkləndiricisidir, onun emissiyalarının azaldılması isə qlobal istiləşməni yavaşlatmaq üçün ən sürətli və iqtisadi cəhətdən ən səmərəli imkanlardan biridir.

AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbir çərçivəsində keçirilən “Metan Emissiyalarının Azaldılması üçün Birgə Fəaliyyət: Kənd Təsərrüfatı, Enerji və Tullantılar üzrə Həll Yolları” adlı panel tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu sahədə fəaliyyət yalnız ekoloji zərurət deyil, eyni zamanda, ictimai sağlamlıq, enerji səmərəliliyi və resursların idarə olunması baxımından real faydalar gətirən inkişaf prioritetidir.

“Serbiyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyində metan emissiyalarının azaldılması onun yüksək iqlim təsiri və iqtisadi baxımdan əlçatan azaltma həllərinin mövcudluğu səbəbindən strateji prioritet hesab olunur. Bizim siyasət yanaşmamız müxtəlif sektorlarda konkret emissiya mənbələrinin müəyyənləşdirilməsinə, qısa və orta müddətdə ölçüləbilən nəticələr verən real, tətbiq edilə bilən tədbirlərin həyata keçirilməsinə əsaslanır. Serbiya 2021-ci ildə COP26 çərçivəsində Avropa İttifaqı tərəfindən irəli sürülmüş Qlobal Metan Öhdəliyinə verdiyi dəstəyə uyğun olaraq metan emissiyalarının azaldılması istiqamətində səylərini davam etdirir. Ümumilikdə son hesabat dövründən bəri Serbiyanın əldə etdiyi irəliləyişlər koordinasiyalı qanunvericilik islahatları, daha dərin analitik araşdırmalar və xüsusilə nəqliyyat sektorunda yüksəktəsirli metan azaltma tədbirlərinin prioritetləşdirilməsi ilə xarakterizə olunur. Bu isə Serbiyanın Qlobal Metan Öhdəliyi üzrə götürdüyü öhdəliklərə uyğunluğunu daha da gücləndirir. Bizim mövqeyimizə görə, metan emissiyalarının azaldılması ayrıca şəkildə həll edilə bilməz. Bu, inteqrə olunmuş siyasətlər, güclü institusional koordinasiya və ölkələr arasında sıx əməkdaşlıq tələb edir. Regional və beynəlxalq tərəfdaşlıqlar texnologiyaların paylaşılması, potensialın gücləndirilməsi və genişmiqyaslı tətbiqlər üçün zəruri investisiyaların səfərbər olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Serbiya qlobal iqlim məqsədlərinə uyğun konkret və ölçüləbilən tədbirlərin təşviqinə sadiq qalır. Eyni zamanda, keçidin real, sosial baxımdan əsaslandırılmış, balanslı və iqtisadi cəhətdən dayanıqlı olmasını vacib hesab edir. Biz tərəfdaşlarla birlikdə fəaliyyət göstərərək bütün sektorlarda metan emissiyalarının azaldılması səylərini sürətləndirməyə hazırıq”, - deyə Sara Pavkov diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib  

22:28
05 İyun

Putin Zelenski ilə mümkün görüş barədə danışıb  

22:01
05 İyun

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

21:54
05 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

 «Sabah”ın gənc ulduzu Avropada parlayır  

21:29
05 İyun

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

21:28
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

20:20
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

19:49
05 İyun

Türkiyə və Niger arasında yeni əməkdaşlıq anlaşmaları imzalanıb

19:46
05 İyun

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb 

19:44
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!