10 Sentyabr 2026 20:43
998
DÜNYA
A- A+
Səhrada itmiş qədim sivilizasiya tapılıb

Səhrada itmiş qədim sivilizasiya tapılıb


İranın şərqində yerləşən Dəşt-e Lut dünyanın ən sərt və quraq ərazilərindən biri hesab olunur. Fars dilində adı “Boş səhra” mənasını verən bu nəhəng ərazi dərin çökəkliklər, sıldırım yarğanlar və bəzi yerlərdə hündürlüyü 300 metri aşan qum təpələri ilə əhatələnib. Ekstremal təbii şərait ilk baxışdan burada qədim şəhər həyatının mövcudluğunu mümkünsüz göstərir.

Arxeoloji tədqiqatlar isə səhranın ətrafında minilliklər əvvəl tamamilə fərqli həyatın mövcud olduğunu ortaya qoyur. Dəşt-e Lutun kənarlarında təxminən 5 min il əvvələ aid çoxsaylı qədim yaşayış məskənləri müəyyən edilib. Bu, Misir, Mesopotamiya və Hind vadisində erkən şəhər mədəniyyətlərinin inkişaf etdiyi dövrə təsadüf edir.

Bölgənin arxeoloji əhəmiyyəti hələ ötən əsrdə məlum olmuşdu. 1960-1970-ci illərdə aparılan tədqiqatlar nəticəsində Şəhr-i-Suxta və Şahdad kimi mühüm qədim yaşayış mərkəzləri araşdırılıb, daha cənubda isə Təpə Yəhya kimi əhəmiyyətli arxeoloji məkanlar tədqiqatçıların diqqətini cəlb edib. Sonrakı qazıntılar, genişmiqyaslı ərazi tədqiqatları və məsafədən zondlama texnologiyaları Şərqi İranın qədim dövrdə sıx yaşayış şəbəkəsinə malik olduğunu göstərib. Bölgədə müxtəlif ölçülü yüzlərlə yaşayış məntəqəsinin izləri qeydə alınıb.

Arxeoloji materialların və insan qalıqlarının təhlili burada yaşayan icmaların inkişaf etmiş sənətkarlıq və ticarət sisteminə malik olduğunu göstərir. Bölgədə metal emalı, dulusçuluq və toxuculuq inkişaf etmiş, bəzi mərkəzlərdə erkən yazı və inzibati sistemlərin izlərinə rast gəlinmişdir. Şərqi İranın coğrafi mövqeyi onun qədim ticarət yollarında mühüm yer tutmasına şərait yaradıb. Buradakı yaşayış mərkəzləri Mesopotamiya, İran yaylası, Mərkəzi Asiya və Hind vadisi arasında malların, texnologiyaların və mədəni ideyaların ötürülməsində vasitəçi rol oynayıb. Bolonya Universitetinin arxeoloqu Mauritsio Tosi bu bölgənin qədim dünyadakı mövqeyini “iki dünya arasındakı dünya” ifadəsi ilə xarakterizə edib.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftçalada kənd təsərrüfatında innovativ vasitələrin tətbiqi mövzusunda təcrübə öyrənilir

09:50
23 Sentyabr

Şəmkirdə dövlət proqramı üzrə görülən işlər müzakirə edilmişdir

09:40
23 Sentyabr

Azərbaycanın aqrar ixracı: artımdan keyfiyyətə

09:30
23 Sentyabr

Erməni saxtakarlığı dünyada ifşa olunur

09:20
23 Sentyabr

Alban irsinin dəyişdirilməsi cəhdləri məkrli erməni siyasətinin tərkib hissəsidir

09:10
23 Sentyabr

Dəyişən dünyanın ritmində Dördüncü Sənaye İnqilabı

09:00
23 Sentyabr

Yeni dünya nizamında Bakının güclənən mövqeyi

08:50
23 Sentyabr

Bakının sülh gündəliyi dəyişməz reallıqdır

08:40
23 Sentyabr

Milli Onkologiya Mərkəzində uşaq onkologiyasına həsr olunmuş elmi seminar keçirilib 

08:30
23 Sentyabr

Zəfərdən sülhə uzanan yol

08:20
23 Sentyabr

Forumda Orta dəhlizin Şərqlə Qərb arasında əhəmiyyətindən danışılıb

08:10
23 Sentyabr

Zəfərdən sonra başlayan yeni mərhələnin yol xəritəsi

08:00
23 Sentyabr

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb  

22:34
22 Sentyabr

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib  

22:33
22 Sentyabr

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb  

22:32
22 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib  

22:31
22 Sentyabr

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib  

22:31
22 Sentyabr

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb  

22:29
22 Sentyabr

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

Sonuncu oyun: Messidən Argentina millisində vida mesajı  

21:13
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!