05 İyun 2026 17:13
173
CƏMİYYƏT
A- A+
Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb  

Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb  

Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Mərasimdə sözləri Sevda Əsgərovaya məxsus “Bir Məhərrəm yarası var ürəyimin” və sözləri Elşad Barata aid “Salam, alın yazısı” mahnılarının klipləri təqdim edilib. Həmçinin Məhərrəm İbrahimovun xatirəsinə həsr edilən “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub.

Mərasimdən əvvəl iştirakçılar AZƏRTAC-ın inzibati binasında Məhərrəm İbrahimovun xatirəsinə yaradılmış guşədə onun barelyefi önünə tər gül dəstələri düzüb, şəhidin xatirəsini ehtiramla yad ediblər.

Tədbir şəhid jurnalistin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Mərasimdə çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Məhərrəm İbrahimovun həm peşəkar jurnalist, həm də fədakar bir vətəndaş kimi keçdiyi qısa, lakin şərəfli ömür yolundan söz açaraq deyib: “Məhərrəm İbrahimov AZƏRTAC ailəsində hər zaman öz işinə sadiqliyi, yüksək məsuliyyəti və nəcib insani keyfiyyətləri ilə seçilib. O, işğaldan azad edilmiş torpaqlarımızdakı real vəziyyəti, mənfur düşmənin törətdiyi vəhşilikləri dünyaya çatdırmaq kimi müqəddəs bir missiyanı yerinə yetirərkən şəhadət zirvəsinə ucalıb. Məhərrəmin və onunla birlikdə şəhidlik məqamına qovuşan digər soydaşlarımızın xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Biz onun hər zaman ən çətin, ən təhlükəli tapşırıqların öhdəsindən qorxmadan, böyük bir peşə sevgisi və həvəslə gəldiyinin şahidi olmuşuq. Məhərrəm 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə öz peşə borcunu canı və qanı bahasına yerinə yetirərək milli jurnalistika tariximizə silinməz bir imza atıb.

Bu amansız xəbəri ilk dəfə eşidəndə inanmaq çox çətin idi. Bir ümidlə dərhal Məhərrəmin telefon nömrəsinə zəng etdim ki, bəlkə cavab verər, bəlkə xəbər yalandır deyə... Amma təəssüf ki, reallıq çox acı idi. Məhərrəm kimi mərd oğullar canları bahasına qəlbimizdə və tariximizdə silinməz izlər qoyublar. Onlar öz ömürlərini bu Vətənə, bu xalqa xidmətə fəda ediblər. İnanıram ki, Məhərrəmin əmanəti olan övladları hər zaman qəhrəman ataları ilə fəxr edəcək, onun adını uca tutacaqlar. Ən böyük arzumuz və təsəllimiz odur ki, şəhidlərimizin canı bahasına qazanılan bu qələbə daimi olsun və gələcək nəsillər bir daha müharibə ağrısı görməsinlər”.

AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov şəhid jurnalistin əziz xatirəsini ehtiramla yad edərək, onun peşə fəaliyyətindəki fədakarlığından və cəsarətindən söz açaraq bildirib: “Məhərrəm cismən yanımızda olmasa da, ruhu hər zaman bizimlədir, qəlbimizdədir. O, peşəsinə olan sonsuz bağlılığı, fədakarlığı və əməli ilə öz adını tarixə əbədi həkk edib. Bu gün hər birimiz fəxr edirik ki, işğaldan azad olunan müqəddəs torpaqlarımızın hər qarışında Məhərrəmin ayaq izi, alın təri var. O, təhlükələrə baxmayaraq, hər tərəfi qarış-qarış gəzir, şəkillər çəkirdi. Həmin müqəddəs günlərdə agentliyimizin xəbər lentində Məhərrəmin imzası ilə önəmli informasiyalar işıq üzü görürdü. Mənim oğlum Elgün də Birinci Qarabağ müharibəsində Kəlbəcərdə, Murovdağda şəhidlik zirvəsinə ucalıb. Bir şəhid atası olaraq mən Məhərrəmlə də məhz öz oğlum kimi fəxr edirəm, onun da xatirəsini eyni acı və qürurla qəlbimdə daşıyıram”.

Anım mərasimində çıxış edən Milli Məclisin deputatı Rizvan Nəbiyev media nümayəndələrinin işindən danışaraq, onların çətin, təhlükəli, lakin eyni zamanda, olduqca şərəfli peşə fəaliyyətlərindən söz açıb. Bildirib ki, bu gün dünyanın müxtəlif qaynar nöqtələrində, münaqişə ocaqlarında çalışan, həqiqətləri və reallıqları ictimaiyyətə çatdırmaq missiyasını daşıyan jurnalistlər öz peşə borclarını böyük məsuliyyətlə yerinə yetirirlər. Lakin təəssüf ki, neçə-neçə jurnalist peşə fəaliyyətini yerinə yetirərkən həlak olub. Deputat vurğulayıb ki, Məhərrəm İbrahimovun timsalında öz vəzifə borcunu yerinə yetirərkən, Vətən uğrunda şəhidlik zirvəsinə ucalan bütün mətbuat fədailərinin qəhrəmanlığı xalqımızın yaddaşından heç vaxt silinməyəcək, onların xatirəsi hər zaman uca tutulacaq və jurnalistlər üçün əsl örnək, fəxr mənbəyi olacaq.

Deputat Rizvan Nəbiyev “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabından da danışaraq qeyd edib ki, bu nəşr təkcə Məhərrəm İbrahimovun deyil, bütövlükdə Azərbaycan jurnalistlərinin Vətən naminə göstərdiyi qəhrəmanlığın salnaməsidir.

Anım mərasimində çıxış edən şəhid jurnalistin qardaşı, kitabın müəllifi Əsgər İbrahimov ailələri adından tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib. O, fikirlərinə belə davam edib: “Məhərrəm haqqında yazmaq, onun keçdiyi şərəfli ömür yolunu kitaba köçürmək mənim üçün bir qardaş olaraq həm olduqca ağır, həm də qürurverici bir vəzifə idi. O, hər zaman ailəmizin fəxri, baş ucalığı olub. Bu gün isə bütün Azərbaycan onun qəhrəmanlığı ilə fəxr edir. AZƏRTAC-ın rəhbərliyinə və kollektivinə qardaşımın əziz xatirəsini uca tutduqları, onun adını əbədiləşdirdikləri və göstərdikləri diqqətə görə təşəkkürümü bildirirəm”.

Kitabın ərsəyə gəlməsi barədə danışan Əsgər İbrahimov nəşrdə Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi keçdiyi şərəfli yoldan bəhs olunduğunu bildirib. Qeyd edib ki, qardaşının Ermənistanın müharibə cinayətlərini, mülki insanları hədəf almasını, işğaldan azad edilmiş ərazilərdə Ermənistan silahlı qüvvələrinin viran qoyduğu qədim yurd yerlərimizin dəhşətli mənzərəsini əks etdirən, birbaşa hadisə yerindən hazırladığı informasiyaların hər biri tarixdir. Ə.İbrahimov kitabda AZƏRTAC-ın materiallarından və fotolarından geniş istifadə olunduğunu da diqqətə çatdırıb.

Sonda çıxış edən şəhidin bacısı, “Bir Məhərrəm yarası var ürəyimin“ mahnısının sözlərinin müəllifi Sevda Əsgərova qardaşı ilə qürur duyduğunu vurğulayaraq söyləyib: “Fəxr edirəm ki, Məhərrəm Azərbaycan mətbuatının şanlı və şərəfli məbədi olan AZƏRTAC-da çalışıb. Mən hər zaman müəllim və jurnalist adı qarşısında baş əymişəm. Çünki onların yolu çox çətin və şərəflidir. Sizlərə bu yolda uğurlar arzulayıram. Həmçinin arzu edirəm ki, dünyanın hər tərəfindən ancaq xoş xəbərlər gəlsin. Məhərrəmi bu qədər sevdiyiniz üçün hər birinizə təşəkkür edirəm. O, bizim qəlbimizdə yaşayır və yaşayacaq. Şəhidlər ölmürlər, onlar yalnız unudulanda ölürlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirən media nümayəndələrini daşıyan avtomobil 2021-ci il iyunun 4-də saat 11 radələrində Susuzluq kəndi istiqamətində tankəleyhinə minaya düşüb. Ermənistan hərbçiləri tərəfindən basdırılmış minanın partlaması nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib  

22:28
05 İyun

Putin Zelenski ilə mümkün görüş barədə danışıb  

22:01
05 İyun

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

21:54
05 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

 «Sabah”ın gənc ulduzu Avropada parlayır  

21:29
05 İyun

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

21:28
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

20:20
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

19:49
05 İyun

Türkiyə və Niger arasında yeni əməkdaşlıq anlaşmaları imzalanıb

19:46
05 İyun

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb 

19:44
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!