23 Noyabr 2026 15:42
82
CƏMİYYƏT
A- A+
Salyanda da prioritet fəaliyyət sahəsi aqrar sektorun inkişafının sürətləndirilməsidir  

Salyanda da prioritet fəaliyyət sahəsi aqrar sektorun inkişafının sürətləndirilməsidir  


“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Salyanda görülən işlərlə yerində tanışlıq olub. 

RİH başçısı Rüstəm Xəlilov, Prezident Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, Kənd Təsərrüfatı Nazirliyi Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev rayonun iri fermer - “Şirvan Poultry Kompany”, "İlkin-N" və "SN KFT"-MMC-lərin təsərrüfatlarına baş çəkərək onların fəaliyyəti, istehsal prosesləri, tətbiq edilən texnologiyalar, mövcud infrastruktur və inkişaf perspektivləri ilə maraqlanıblar. Baxış zamanı istehsalın artırılması, emal imkanlarının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, istehsal proseslərinin təkmilləşdirilməsi və mövcud resurslardan səmərəli istifadə istiqamətində görülən işlər nəzərdən keçirilib, müəssisələrin fəaliyyəti ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb.

Baxışdan sonra rayon icra hakimiyyətinin inzibati binasında dövlət proqramının icrası ilə bağlı yaradılmış qərargah üzvlərinin iştirakı ilə görüş keçirilib. Çıxış edən RİH-in başçısı Rüstəm Xəlilov ölkəmizdə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sektorun rəqabət qabiliyyətinin artırılması və regionların iqtisadi potensialının reallaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, Salyanın kənd təsərrüfatı sahəsində zəngin potensialı mövcuddur və bu imkanlardan məqsədyönlü  istifadə olunması rayonun iqtisadi inkişafına, əhalinin məşğulluğunun artırılmasına və yerli istehsalın genişləndirilməsinə mühüm töhfə verə bilər. O, aqrar sahədə innovativ yanaşmaların tətbiqinin, müasir texnologiyalardan istifadənin genişləndirilməsinin, fermer və sahibkarların dövlət dəstəyi mexanizmlərindən səmərəli yararlanmasının, habelə istehsal və emal proseslərinin müasir tələblərə uyğun təşkilinin vacibliyini diqqətə çatdırıb.

Prezident Administrasiyasının sektor müdiri Vəfadar Bağırov isə çıxışında dövlət proqramının məqsəd və əsas istiqamətləri barədə məlumat verib. O, aqrar sahədə müasir texnologiyaların və innovasiyaların tətbiqinin genişləndirilməsinin, kənd təsərrüfatı məhsullarının istehsal həcminin və məhsuldarlığının artırılmasının, su və torpaq ehtiyatlarından səmərəli istifadənin, fermerlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinin, həmçinin istehsal və emal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsinin proqramın icrasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüş çərçivəsində dövlət proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr, rayonun aqrar sektorunda mövcud vəziyyət, inkişaf imkanları, fermer və sahibkarların qarşılaşdıqları çətinliklər, eləcə də kənd təsərrüfatı sahəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında geniş müzakirələr aparılıb. Fermer və sahibkarların müraciətləri, təklifləri və onları narahat edən məsələlər dinlənilib, səsləndirilən problemlərlə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən izahatlar verilib, məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar müəyyənləşdirilib.

Görüşün sonunda fermer və sahibkarlar kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyini, aqrar sahədə həyata keçirilən təşviq və inkişaf tədbirlərini yüksək qiymətləndirərək yaradılmış imkanlardan səmərəli istifadə etməklə istehsalın genişləndirilməsi, məhsuldarlığın artırılması, yeni texnologiyaların tətbiqi və dövlət proqramında müəyyən edilmiş məqsəd və hədəflərin reallaşdırılması istiqamətində səylərini davam etdirəcəklərini bildiriblər. 

Seyran CAVADOV,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Özbəkistanda qədim mağara məskənləri və qayaüstü rəsmlər aşkarlanıb  

18:13
23 Noyabr

Yeni dövlət proqramı balıqçılıq və sitrusçuluğu inkişaf etdirməyə əlavə imkanlar verir  

18:07
23 Noyabr

San-Fransiskoda süni intellekt sahəsində sürətli inkişaf yaşanır  

18:00
23 Noyabr

Lerikdə yeni dövlət proqramının qəbulundan sonra kənd təsərrüfatında görülən işlərlə tanışlıq olub  

17:49
23 Noyabr

Bu vitaminin çatışmazlığı sinir sisteminin inkişafına mənfi təsir göstərir  

17:47
23 Noyabr

 Kənd təsərrüfatının inkişafında elmin rolu

17:44
23 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:24
23 Noyabr

Zelenski təhlükəsizlik zəmanətləri barədə: Ukraynanı NATO-ya qəbul etmək daha asan olardı  

16:59
23 Noyabr

“Barselona”nın “Sabah”la oyun üçün Bakıya gətirəcəyi heyət bəlli olub

16:49
23 Noyabr

NATO Parlament Assambleyasında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi vurğulanıb  

16:43
23 Noyabr

“AzerGold” Daşkəsəndə növbəti ekoloji aksiya keçirib

16:32
23 Noyabr

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

16:26
23 Noyabr

Rumıniyalı ekspert: Prezident İlham Əliyevin itkin düşmüş şəxslərlə bağlı təşəbbüsü vaxtında irəli sürülüb 

16:19
23 Noyabr

Rusiyanın Novoşaxtinsk neft emalı zavodu fəaliyyətini dayandırıb  

16:08
23 Noyabr

Masallıda şəhid Niyaməddin Sultanzadənin xatirəsi anılıb  

15:51
23 Noyabr

Qubada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tarixçi alimlər bir araya gəliblər   

15:45
23 Noyabr

Kreml Liviya sahillərində və Baltik dənizində Rusiya gəmilərinə hücumları şərh edib  

15:44
23 Noyabr

Salyanda da prioritet fəaliyyət sahəsi aqrar sektorun inkişafının sürətləndirilməsidir  

15:42
23 Noyabr

İndoneziyada baş verən yanğında 20-dən çox insan həlak olub  

15:31
23 Noyabr

Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM

15:28
23 Noyabr

Ukrayna Prezidenti: Kiyev vilayətində beşmərtəbəli binaya hücum nəticəsində 11 nəfər ölüb, iki sakin itkin düşüb

15:12
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!