13 Noyabr 2026 09:55
2404
Oxucu məktubları
A- A+
Rustov məscidi

Rustov məscidi


Qubanın cənub-qərbində, dağlar qoynunda yerləşən Rustov kəndi təkcə zəngin təbiəti ilə deyil, həm də əsrlərin yadigarı olan tarixi abidələri ilə tanınır. Bu kəndin ən dəyərli memarlıq nümayəndələrindən biri 1903-cü ildə ucaldılmış Rustov kənd məscididir. Abidə  2 avqust 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. 

Məscidin cənub fasadındakı dairəvi pəncərənin altında yerləşən yonulmuş əhəng daşı üzərindəki epiqrafik yazı ilk tikintinin Hacı Yusif tərəfindən aparıldığını göstərir. Lakin günümüzə çatmış əzəmətli bina 1903-cü ildə yerli sakinlərin təşəbbüsü və məşhur azərbaycanlı milyonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin böyük maddi dəstəyi ilə inşa olunmuşdur. Məscidin inşasında istifadə edilən keyfiyyətli materiallar və dulusçuluq sənətinin incəlikləri onun əsrlər boyu öz möhkəmliyini saxlamasına zəmin yaratmışdır.

Bişmiş qırmızı kərpicdən və yonulmuş yerli daşlardan tikilən məscid Şimal-Şərq Azərbaycan memarlıq məktəbinə aiddir. Binanın daxilində hündürlüyü 5 metrə çatan zərif bəzədilmiş mehrab, tağvari sütunlar, pəncərələrin xüsusi quruluşu və ağac üzərindəki incə oyma işləmələri Şərq sənətkarlığının yüksək zövqünü nümayiş etdirir. Tikilinin daxili fəzası geniş ibadət zalından ibarətdir və sütunlu tağlar dam örtüyünün dayanıqlığını təmin edir.

Sovet işğalı dövründə ibadət evi kimi fəaliyyətini dayandırmağa məcbur olan məscid binası uzun illər taxıl anbarı və mədəniyyət ocağı kimi istifadə edilsə də, kənd sakinlərinin qayğısı sayəsində öz strukturu və memarlıq bütövlüyünü qoruyub saxlaya bilmişdir. Məscidin kirəmit örtüklü damı və ümumi tikili ilə harmonik sintez təşkil edən memarlıq elementləri sovet dövrünün dağıdıcı təsirlərindən zərər görmədən bu günümüzə qədər gəlib çatmışdır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid yenidən dindarların istifadəsinə qaytarılmış və 2008-ci ildə dövlət tərəfindən ilkin görünüşü tam saxlanılmaqla əsaslı şəkildə bərpa olunmuşdur. Bərpa zamanı abidənin orijinal fasadı, kərpic bəzəkləri və daxili taxta şəbəkələri olduğu kimi qorunmuş, həyətində ibadət edənlər üçün əlavə köməkçi bina inşa edilmişdir. Hazırda məsciddə rəsmi qeydiyyatdan keçmiş dini icma fəaliyyət göstərir və abidə Quba bölgəsinə gələn turistlərin tez-tez baş çəkdiyi mühüm mədəniyyət ünvanlarından biri hesab olunur.


Səriyyə ABİDOVA,

Quba rayon sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

HONOR İstanbulda istehsala başlayıb 

18:27
18 Noyabr

Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub  

18:17
18 Noyabr

Qısa gəzintilər qan şəkərini tənzimləməkdə daha faydalıdır  

18:10
18 Noyabr

Avropanın enerji nəhəngi “Equinor” kiberhücuma məruz qalıb

17:59
18 Noyabr

“Hayabusa-2” kosmik stansiyasının uçuş marşrutu dəyişdirilib  

17:44
18 Noyabr

Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb YENİLƏNİB  

17:23
18 Noyabr

Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir  

17:16
18 Noyabr

ABŞ dəniz piyadaları yeni M7 əvəzinə daha çox alman atıcı silahı alacaq

17:05
18 Noyabr

ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi fəaliyyətini dayandırıb  

16:59
18 Noyabr

Marko Rubio: ABŞ sistemli hücuma məruz qalmayıb

16:58
18 Noyabr

10 ayda 548 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

16:57
18 Noyabr

Alzheimer xəstəliyini yavaşladan dərman aşkarlanıb

16:54
18 Noyabr

Şencendə tarixi üçtərəfli görüş: qlobal çağırışlara ortaq cavab tapılacaqmı?

16:53
18 Noyabr

Azərbaycanda startap ekosistemi böyüyür 

16:38
18 Noyabr

Rusiyada məhsuldarlığı 15 faizədək artıran biopreparatlar hazırlanıb  

16:24
18 Noyabr

Bakıda ödənişli hərəkət zonalarına daxil olan avtomobillərdən toplanan vəsait dövlət büdcəsinə köçürüləcək  

16:10
18 Noyabr

Çində keçəlliklə mübarizə üçün xüsusi daraq hazırlanıb  

16:09
18 Noyabr

Masallıda bir müəllim var...  

16:08
18 Noyabr

Kreml: APEC sammitində Putin ilə Tramp arasında tammiqyaslı danışıqlar gözlənilmir  

15:57
18 Noyabr

Sosial media qadağasının uşaqlara təsirlərini araşdırmaq üçün elmi tədqiqatlara başlanılıb  

15:52
18 Noyabr

Macarıstanda kilsə şkafında saxlanılan sümüyün krala məxsus olduğu DNT ilə təsdiqlənib  

14:49
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!