23 Noyabr 2026 17:49
109
CƏMİYYƏT
A- A+
Lerikdə yeni dövlət proqramının qəbulundan sonra kənd təsərrüfatında görülən işlərlə tanışlıq olub  

Lerikdə yeni dövlət proqramının qəbulundan sonra kənd təsərrüfatında görülən işlərlə tanışlıq olub  


Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasovun, Prezident Administrasiyasının sektor müdiri Dəyanət Abdullayevin, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İzzət Talıbovun, Lerik Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Cahani Nüsrətzadənin və rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Rafət Həmidovun iştirakı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərə baxış keçirilib.

Baxış iştirakçıları Piran kəndində fəaliyyət göstərən quşçuluq müəssisələrinin, Bilnə kəndində balıqçılıq və heyvandarlıq təsərrüfatlarının, Hiveri kəndində intensiv meyvə bağının, Tatoni kəndində çiyələk təsərrüfatının, Brkandul və Nüvədi kəndlərində yaradılan xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olublar. Tanışlıq zamanı təsərrüfatların mövcud vəziyyəti, istehsal potensialı, əldə olunan nəticələr və gələcək inkişaf perspektivləri barədə məlumat verilib. Aqrar sahədə müasir texnologiyaların və innovativ istehsal üsullarının tətbiqi, məhsuldarlığın artırılması, istehsal və emal imkanlarının genişləndirilməsi, fermerlərin fəaliyyətinin stimullaşdırılması və rayonun kənd təsərrüfatı potensialından səmərəli istifadə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, dövlət proqramının icrasına başlanıldığı qısa müddət ərzində Lerikdə müxtəlif istiqamətlər üzrə yeni təsərrüfatların yaradılması, mövcud istehsal sahələrinin genişləndirilməsi və kənd təsərrüfatı məhsullarının istehsalına marağın artırılması istiqamətində mühüm addımlar atılıb. Bu sahədə həyata keçirilən tədbirlər müsbət qiymətləndirilib, fermer və sahibkarlara fəaliyyətlərinin genişləndirilməsi, istehsalın səmərəliliyinin artırılması və dövlət proqramının yaratdığı imkanlardan maksimum yararlanmaqla bağlı müvafiq tövsiyələr verilib.

Görüşlər zamanı fermer və sahibkarların aqrar sahədə qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yolları da müzakirə edilib. Mövcud problemlərin həlli, təsərrüfatların inkişafına dəstək göstərilməsi və fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə aidiyyəti qurumlar qarşısında müvafiq məsələlərin qaldırılacağı bildirilib. 

Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeni dövlət proqramı balıqçılıq və sitrusçuluğu inkişaf etdirməyə əlavə imkanlar verir  

18:07
23 Noyabr

San-Fransiskoda süni intellekt sahəsində sürətli inkişaf yaşanır  

18:00
23 Noyabr

Lerikdə yeni dövlət proqramının qəbulundan sonra kənd təsərrüfatında görülən işlərlə tanışlıq olub  

17:49
23 Noyabr

Bu vitaminin çatışmazlığı sinir sisteminin inkişafına mənfi təsir göstərir  

17:47
23 Noyabr

 Kənd təsərrüfatının inkişafında elmin rolu

17:44
23 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:24
23 Noyabr

Zelenski təhlükəsizlik zəmanətləri barədə: Ukraynanı NATO-ya qəbul etmək daha asan olardı  

16:59
23 Noyabr

“Barselona”nın “Sabah”la oyun üçün Bakıya gətirəcəyi heyət bəlli olub

16:49
23 Noyabr

NATO Parlament Assambleyasında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi vurğulanıb  

16:43
23 Noyabr

“AzerGold” Daşkəsəndə növbəti ekoloji aksiya keçirib

16:32
23 Noyabr

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

16:26
23 Noyabr

Rumıniyalı ekspert: Prezident İlham Əliyevin itkin düşmüş şəxslərlə bağlı təşəbbüsü vaxtında irəli sürülüb 

16:19
23 Noyabr

Rusiyanın Novoşaxtinsk neft emalı zavodu fəaliyyətini dayandırıb  

16:08
23 Noyabr

Masallıda şəhid Niyaməddin Sultanzadənin xatirəsi anılıb  

15:51
23 Noyabr

Qubada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tarixçi alimlər bir araya gəliblər   

15:45
23 Noyabr

Kreml Liviya sahillərində və Baltik dənizində Rusiya gəmilərinə hücumları şərh edib  

15:44
23 Noyabr

Salyanda da prioritet fəaliyyət sahəsi aqrar sektorun inkişafının sürətləndirilməsidir  

15:42
23 Noyabr

İndoneziyada baş verən yanğında 20-dən çox insan həlak olub  

15:31
23 Noyabr

Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM

15:28
23 Noyabr

Ukrayna Prezidenti: Kiyev vilayətində beşmərtəbəli binaya hücum nəticəsində 11 nəfər ölüb, iki sakin itkin düşüb

15:12
23 Noyabr

Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib

14:53
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!