10 Sentyabr 2026 19:43
1121
DÜNYA
A- A+
Roma dövrünün nəhəng mozaikası aşkarlanıb

Roma dövrünün nəhəng mozaikası aşkarlanıb


Türkiyənin şərqində yerləşən Salkaya ərazisində Roma dövrünə aid, yaxşı qorunmuş böyük mozaika üzə çıxarılıb. Təxminən 93 kvadratmetr sahəni əhatə edən əsərin eramızın III əsrinin sonu - IV əsrin ortalarına aid olduğu ehtimal edilir. Mozaikanın aşkar edilməsinə yerli fermer Mehmet Emin Sualpın təsadüfi müşahidəsi səbəb olub. O, meyvə tingləri əkmək üçün torpağı qazarkən təxminən 60 santimetr dərinlikdə rəngli daşlardan ibarət səthə rast gəlib. Bundan sonra ərazi mütəxəssislərin nəzarətinə götürülüb. Bir neçə ay sonra Elazığ Arxeologiya və Etnoqrafiya Muzeyinin arxeoloqu Emre Çayır və muzeyin direktoru Ziya Kılınçın rəhbərliyi ilə qazıntılara başlanılıb. Tədqiqatlar nəticəsində mozaikanın böyük hissəsi üzə çıxarılıb.

Mozaikada müxtəlif heyvan və quşların təsvirləri yer alır. Burada Anadolu bəbirləri, şirlər, ayılar, marallar, kəkliklər, dəvəquşuları və ov itləri təsvir edilib. Kompozisiyanın zənginliyi və işlənmə səviyyəsi onun sadə yaşayış məkanına deyil, yüksək statuslu şəxsə məxsus tikiliyə aid ola biləcəyini göstərir. Arxeoloqlar mozaikanın böyük ehtimalla geniş qəbul zalının döşəməsini bəzədiyini düşünürlər. Tikilinin əyalət idarəçiliyində mühüm vəzifə tutan şəxsə və ya yüksək rütbəli hərbi komandana məxsus olması ehtimallar arasındadır. Lakin hələlik abidənin sahibinin kimliyini müəyyənləşdirəcək kitabə və ya digər birbaşa sübut aşkarlanmayıb. Arxeoloqlar ətraf ərazilərdə aparılacaq yeni qazıntıların tikilinin funksiyasını və yaxınlıqdakı qədim yaşayış məskəninin miqyasını müəyyənləşdirməyə kömək edəcəyinə ümid edirlər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də  

10:59
09 Oktyabr

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

10:47
09 Oktyabr

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

10:40
09 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir  

10:39
09 Oktyabr

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi  

10:36
09 Oktyabr

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib  

10:23
09 Oktyabr

Qızıl 70 dollaradək bahalaşıb

10:21
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK  

10:20
09 Oktyabr

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

10:20
09 Oktyabr

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

10:17
09 Oktyabr

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

10:16
09 Oktyabr

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir  

10:15
09 Oktyabr

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

10:15
09 Oktyabr

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb  

10:14
09 Oktyabr

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

10:13
09 Oktyabr

"Azəri-Çıraq-Günəşli"nin mavi yanacağı

10:10
09 Oktyabr

"Yəqin əlim dəyib…"

10:00
09 Oktyabr

Nardaran qalası

09:50
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK  

09:41
09 Oktyabr

Müasir Azərbaycan şəhərləri: dövlət siyasətindən vətəndaş rifahına doğru

09:40
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB  

09:31
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!