07 Aprel 2026 08:30
191
SİYASƏT
A- A+
"Real Ermənistan" xəstə təfəkkürə qarşı

"Real Ermənistan" xəstə təfəkkürə qarşı


N.Paşinyanın seçkiqabağı proqramının uğuru onun icrasından asılı olacaq


Ermənistan Baş naziri Nikol Paşinyan parlament seçkilərinə dair seçkiqabağı proqramını açıqlayaraq, ölkənin inkişaf modelini "real Ermənistan" ideologiyası üzərində qurduğunu bəyan edib. Bu ideologiya, əslində, Paşinyanın bir neçə il ərzində tədricən formalaşdırmağa çalışdığı yeni siyasi konsepsiyanın davamıdır və bu, Ermənistanın regional siyasətinin təhlükəsizlik sistemində və milli ideologiyasında dəyişikliklərə yönəlmiş yanaşma kimi təqdim olunur. 

Proqramda sülh gündəliyi, regionda kommunikasiyaların açılması, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və yeni konstitusiyanın qəbul edilməsi kimi məsələlərə xüsusi diqqət ayrılıb. Bununla belə bu proqramın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına real töhfə verib - verməyəcəyi məsələsi daha yeni siyasi institusional konteksdə qiymətləndirilməlidir. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev qəzetimizə açıqlamasında bildirib ki, "real Ermənistan" ideologiyası müəyyən mənada İrəvanın müstəqillik dövründə formalaşmış ənənəvi milli siyasi konsepsiyasından fərqlənir: "Belə ki, Ermənistan siyasətində uzun müddət dominant olan "tarixi Ermənistan" kimi ideoloji xətt, xüsusilə Qarabağ məsələsi dövlət siyasətinin əsas elementi kimi təqdim olunurdu. Bu yanaşma təkcə xarici siyasətdə deyil, həm də daxili siyasi legitimliyin formalaşmasında rol oynayırdı. Lakin 44 günlük Vətən müharibəsi, birgünlük antiterror əməliyyatı və ondan sonrakı proseslər Ermənistanın siyasi elitasını və cəmiyyətini yeni reallıqlarla üzləşdirdi. Paşinyanın "real Ermənistan" konsepsiyası da məhz bu geosiyasi vəziyyətə uyğunlaşma cəhdi kimi qiymətləndirilə bilər". 

Ekspert qeyd edib ki, Paşinyanın proqramında sülh məsələsinə toxunulması Azərbaycanla münasibətlərin normallaşdırılması kontekstində mühüm element kimi təqdim olunur. Son illərdə Bakı və İrəvan arasında danışıqlar müxtəlif platformalarda davam edir. Tərəflər arasında aparılan danışıqlar nəticəsində proseslərdə ciddi irəliləyişlər əldə olunub. Bu baxımdan, Paşinyanın seçki proqramında sülh gündəliyini ön plana çıxarması Ermənistanın rəsmi mövqeyinin dəyişməsi kimi təqdim edilir. Amma bu məsələyə daha realist yanaşmaq lazımdır. İlk növbədə Ermənistanın sülh gündəliyini real nəticəyə gətirib çıxarması üçün yalnız siyasi bəyanatlar kifayət deyil, bunun üçün hüquqi və institusional dəyişikliklər tələb olunur. Bu səbəbdən Paşinyan yeni konstitusiyanın qəbul edilməsini proqramın əsas elementlərindən biri kimi təqdim edir. "Məlumdur ki, Ermənistanın hazırki konstitusiyasında və bəzi hüquqi sənədlərdə dolayısı ilə Azərbaycana qarşı ərazi iddialarının interpretasiyasına imkan verən müddəalar mövcuddur. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, sülh sazişinin imzalanması üçün Ermənistanın hüquqi sənədlərində ərazi iddialarına əsas yaradan müddəalar aradan qaldırılmalıdır. Bu baxımdan, Paşinyanın yeni konstitusiya təşəbbüsü müəyyən mənada regionda sülh prosesinə hüquqi zəmin yaratmaq cəhdi kimi qiymətləndirilə bilər. Lakin burada iki mühüm amil nəzərə alınmalıdır. Birincisi, Ermənistan cəmiyyətində və siyasi elitasında bu dəyişikliklərə ciddi müqavimət mövcuddur, müxalifət qüvvələri bu addımı "milli maraqlardan imtina" kimi təqdim edir və seçki kampaniyası dövründə bu mövzudan fəal şəkildə istifadə edirlər. İkincisi, konstitusiya dəyişiklikləri mürəkkəb siyasi və hüquqi prosesdir və bunun həyata keçirilməsi yalnız hökumətin qərarı ilə deyil, həm də geniş ictimai və siyasi konsensus tələb edir. Digər tərəfdən, Paşinyanın "real Ermənistan" konsepsiyası bu baxımdan daha praqmatik siyasətə keçidi nəzərdə tutur. Bu ideologiyanın əsas tezislərindən biri Ermənistanın beynəlxalq hüquq çərçivəsində tanınmış sərhədləri daxilində inkişaf etməsi və regional əməkdaşlığa daha açıq yanaşmasıdır. Bu yanaşma nəzəri baxımdan Azərbaycanla münasibətlərin normallaşmasına xidmət edə bilər, çünki belə bir model Ermənistanın xarici siyasətində ərazi iddiaları və illüzionist diskussiyaların zəifləməsi deməkdir", - deyə o əlavə edib.

Lakin siyasi reallığın daha mürəkkəb olduğunu deyən F.Abdullayevin fikrincə, Ermənistan siyasətində Qarabağ məsələsi uzun müddət "siyasi legitimliy"in əsas elementlərindən biri olub. Buna görə də, ilk növbədə, "Qarabağsız Ermənistan" ideyası ictimai şüurda qəbul edilməlidir. Bu isə uzun bir prosesdir. Paşinyanın ideologiyası faktiki olaraq Ermənistanın postmünaqişə dövrünə uyğunlaşmasını nəzərdə tutur. Bu isə yalnız siyasi qərar deyil, həm də ideoloji transformasiyanı tələb edir. Seçki prosesinə təsiri baxımından bu məsələ xüsusilə həssasdır. Belə ki, Ermənistan cəmiyyətində Qarabağ məsələsi ilə bağlı emosiyalar və siyasi reaksiyalar hələ də güclüdür. Müxalifət qüvvələri Paşinyanı "Qarabağı itirməkdə" hələ də günahlandırır, onun sülh gündəliyini kapitulyasiya kimi təqdim etməyə çalışırlar. Buna görə seçki kampaniyası dövründə "real Ermənistan" ideologiyası həm də daxili siyasi mübarizənin əsas mövzularından birinə çevrilə bilər. Digər tərəfdən, Ermənistan cəmiyyətində müharibə və iqtisadi böhranlardan yorulmuş müəyyən sosial qruplar da mövcuddur. Təbii ki, bu qruplar regionda sabitliyin və iqtisadi əməkdaşlığın Ermənistan üçün yeni imkanlar yarada biləcəyini düşünür və buna inanırlar. Paşinyanın proqramında kommunikasiyaların açılması, regional ticarət və nəqliyyat layihələrində iştirak məsələlərinin vurğulanması məhz bu sosial auditoriyaya yönəlib. Yəni bu kontekstdən Azərbaycanla münasibətlərin normallaşması məsələsi Ermənistanın daxili siyasi demokratiyasından ciddi şəkildə asılıdır. Əgər Paşinyan seçkilərdə güclü mandat əldə edə bilsə, o zaman sülh gündəliyinin həyata keçirilməsi üçün daha geniş siyasi imkanlar yarana bilər. Əks halda isə Ermənistan siyasətində revizionist diskursun yenidən güclənməsi də istisna edilmir. 

Siyasi şərhçi vurğulayıb ki, ümumilikdə Paşinyanın seçki proqramının və "real Ermənistan" ideologiyasının müəyyən mənada regiondakı yeni siyasi reallıqları qəbul etməyə yönəldiyini, bu ideologiyanın Ermənistanın uzun illər davam edən maksimalist siyasət konsepsiyasından daha praqmatik və realist yanaşmaya keçidi nəzərdə tutduğunu demək olar. Bu isə nəzəri olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün daha əlverişli siyasi mühit yarada bilər. Nəticə etibarilə, Paşinyanın proqramını Azərbaycanla əlaqələrin normallaşmasına yönəlmiş siyasi siqnal kimi qiymətləndirmək mümkündür. Lakin bu proqramın real təsiri onun praktiki icrasından və Ermənistanın daxili siyasi mühitindən asılı olacaq.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın ilk satirik jurnalı “Molla Nəsrəddin”in nəşrindən 120 il ötür  

10:40
07 Aprel

Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı əlaqələrə yeni təkan verəcək  

10:39
07 Aprel

Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür

10:33
07 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:26
07 Aprel

Vyetnam Kommunist Partiyasının rəhbəri To Lam ölkə Prezidenti seçilib

10:14
07 Aprel

“Orion” kosmik gəmisi Aya uçuşunu başa vurub, Yerə qayıdır

10:09
07 Aprel

Küveyt hava bazasına hücum nəticəsində azı 15 amerikalı yaralanıb

10:01
07 Aprel

Xəzərdə zəlzələ olub

09:48
07 Aprel

İsfahanda neft anbarı bombalanıb

09:45
07 Aprel

ABŞ: 155-dən çox İran gəmisinə zərər vurulub və ya məhv edilib

09:43
07 Aprel

İsrail ordusu Tehrandakı SEPAH qərargahına zərbələr endirdiyini açıqlayıb

09:43
07 Aprel

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı yeni mərhələdə

09:37
07 Aprel

Küləklər şəhərində bağ salan, çiçək yetişdirən bağbanlar

09:20
07 Aprel

Əbədiyaşar musiqi, sınaqlarda keçən bəstəkar ömrü

09:15
07 Aprel

M.F.Axundzadə adına Milli Kitabxana həm bilik məbədimiz, həm də tarixi-memarlıq abidəmizdir

09:10
07 Aprel

Azərbaycan satirik mətbuatının zirvəsi 

09:05
07 Aprel

TDT hökumət başçılarının Bakı görüşü, EGYPS 2026-da əldə olunan razılaşmalar, "Rəqəmsal əkiz" layihəsinin təqdimatı

09:00
07 Aprel

Kənd təsərrüfatında rəqəmsallaşma və süni intellektin tətbiqi məsələləri müzakirə olunub

08:57
07 Aprel

Su bəşəriyyəti sınağa çəkir

08:55
07 Aprel

Sağlamlığını qorumaq hər kəsin hüququdur

08:50
07 Aprel

Zərgər dəqiqliyi, həkim ürəyi

08:45
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!