07 Aprel 2026 09:20
149
İQTİSADİYYAT
A- A+
Küləklər şəhərində bağ salan, çiçək yetişdirən bağbanlar

Küləklər şəhərində bağ salan, çiçək yetişdirən bağbanlar


Bakı yalnız böyük binaları və küçələri ilə deyil, həm də parkları, bağları-bağçaları ilə gözəl və cəlbedicidir. Bu yaşıl məkanlar şəhərin nəfəsidir, insanlar burada istirahət edir, uşaqlar oynayır, təbiət ilə ünsiyyət qururlar. Gözəlliyi yaradan, onu qoruyub saxlayanlar isə bağbanlardır. 

Bağban torpağın səsini eşidən insandır. O, səhərin ilk işıqları ilə oyanır, şəhər hələ yuxuda ikən parkların səssizliyinə addım atır, bağların təzə çiçəklərinə və yaşıllıqlarına toxunur, torpağın nəmlənmiş qoxusunu nəfəsinə çəkir. Hər bir fidan bağbanın diqqət və qayğısı ilə böyüyür, hər çiçək onun əllərində həyat tapır. Əlləri torpağa toxunduqca həyat oyanır, solğun budaqlar yenidən canlanır, toxumlar ümidə çevrilir.

Bağban  hər gün səhərdən axşama qədər park və bağların qulluğundadır. Çiçəkləri əkir, ağacları sulayır, otları biçir və kağız parçalarını toplayaraq parkların təmizliyini təmin edir. Məsələn, yaz aylarında müxtəlif güllər əkir, çiçək kolları salır, payızda isə yarpaqları təmizləyir və torpağı gələcək mövsüm üçün hazırlayır. Üstəlik,  parkın estetik görünüşünü qorumaq üçün rəng və formaya diqqət yetirir.  Hər bitkinin xüsusi qulluq tələb etdiyini bilmək, fəsillərə uyğun tədbirlər görmək bağbanın bilik və bacarığından asılıdır. 

Bağban üçün hər hansı bir çiçək, sadəcə, bitki deyil, o, zəhmətin, səbrin və sevginin bəhrəsidir. Çiçəklərə su verərkən onlarla danışır, ağaclara qulluq edərkən dilini anlayır. Külək yarpaqları yellədikcə sanki təbiət onun əməyinə təşəkkür edir. Lalənin zərifliyi, qızılgülün cazibəsi, rəngarəng gül kollarının pıçıltısı və hətta otların rəqsi -  hər şey bağbanın zəhməti ilə möhtəşəm bir orkestrə çevrilir.

Bağbanın işi sadə fiziki əməkdən çox səbirdir, məsuliyyətdir, sevgidir. Yazda əkilən gül bir ay sonra açanda, payızda toplanan yarpaqlar torpağa qayıdanda bağbanın əməyi çox aydın hiss olunur. Şəhərin yaşıllığı bağbana borcludur. Parkların və bağların al-əlvan rəngi, çiçəklərin qoxusu, ağacların səsi bağbanın əli ilə şəhərin ritmini yaradır. 

Onlar görünməz qəhrəmanlar kimi heç bir mükafat tələb etmədən, yalnız təbiətin və insanların xoşbəxtliyini düşünərək çalışırlar. Biz parkda oturub dincələndə, uşaqların gülüşünü eşidəndə və çiçəklərin açdığını görəndə bağbanın zəhmətini, sevgisini və səbrini anlayırıq. Hər təbəssüm və  gülüş, hər açan gül, hər  sükunət anı bağbanın diqqət və qayğısının əksidir. 

Ona görə də hər birimiz bu yorulmaz insanın zəhmətini dəyərləndirməli, onun qabarlı əllərinə, işıqlı gözlərinə hörmətlə yanaşmalı və minnətdar olmalıyıq. Çünki o qabarlı əllər torpağı canlandırır, işıqlı gözlər isə hər çiçəyin, hər ağacın həyatını izləyir. Bizim diqqətimiz və təşəkkürümüz bağban əməyinə verilən ən gözəl dəyərdir.


Züleyxa ƏLİYEVA, 

İlham BABAYEV (foto),

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın ilk satirik jurnalı “Molla Nəsrəddin”in nəşrindən 120 il ötür  

10:40
07 Aprel

Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı əlaqələrə yeni təkan verəcək  

10:39
07 Aprel

Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür

10:33
07 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:26
07 Aprel

Vyetnam Kommunist Partiyasının rəhbəri To Lam ölkə Prezidenti seçilib

10:14
07 Aprel

“Orion” kosmik gəmisi Aya uçuşunu başa vurub, Yerə qayıdır

10:09
07 Aprel

Küveyt hava bazasına hücum nəticəsində azı 15 amerikalı yaralanıb

10:01
07 Aprel

Xəzərdə zəlzələ olub

09:48
07 Aprel

İsfahanda neft anbarı bombalanıb

09:45
07 Aprel

ABŞ: 155-dən çox İran gəmisinə zərər vurulub və ya məhv edilib

09:43
07 Aprel

İsrail ordusu Tehrandakı SEPAH qərargahına zərbələr endirdiyini açıqlayıb

09:43
07 Aprel

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı yeni mərhələdə

09:37
07 Aprel

Küləklər şəhərində bağ salan, çiçək yetişdirən bağbanlar

09:20
07 Aprel

Əbədiyaşar musiqi, sınaqlarda keçən bəstəkar ömrü

09:15
07 Aprel

M.F.Axundzadə adına Milli Kitabxana həm bilik məbədimiz, həm də tarixi-memarlıq abidəmizdir

09:10
07 Aprel

Azərbaycan satirik mətbuatının zirvəsi 

09:05
07 Aprel

TDT hökumət başçılarının Bakı görüşü, EGYPS 2026-da əldə olunan razılaşmalar, "Rəqəmsal əkiz" layihəsinin təqdimatı

09:00
07 Aprel

Kənd təsərrüfatında rəqəmsallaşma və süni intellektin tətbiqi məsələləri müzakirə olunub

08:57
07 Aprel

Su bəşəriyyəti sınağa çəkir

08:55
07 Aprel

Sağlamlığını qorumaq hər kəsin hüququdur

08:50
07 Aprel

Zərgər dəqiqliyi, həkim ürəyi

08:45
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!