23 Sentyabr 2026 19:35
116
CƏMİYYƏT
A- A+
Qocalıqda fiziki gücü qorumağın sadə yolu tapıldı  

Qocalıqda fiziki gücü qorumağın sadə yolu tapıldı  


Çinli alimlərin “Frontiers in Nutrition” jurnalında dərc olunan araşdırmalarına əsasən, yaşlılıq dövründə kifayət qədər ət yemək fiziki zəiflik riskini əhəmiyyətli dərəcədə azaldır.

Nankin şəhərində yaşayan 60 və daha yuxarı yaşda olan 5484 sakinin iştirak etdiyi tədqiqatda mütəxəssislər onların qidalanma vərdişlərini və qocalıq zəifliyi (orqanizmin fiziki və gündəlik yüklərə qarşı davamsızlığı) əlamətlərini təhlil ediblər. Müayinə olunanların 16,9 faizində bu cür zəiflik halı aşkar edilib. Yaş artdıqca bu göstəricinin kəskin yüksəldiyi müşahidə olunub. Daha aşağı yaş qrupundakı yaşlılarda zəiflik 13,2 faiz təşkil etdiyi halda, ən yuxarı yaş qrupunda bu rəqəm 32,8 faizə çatıb.

Araşdırma nəticəsində bəlli olub ki, tövsiyə olunan normaya qədər ət istehlak edən şəxslərdə fiziki zəiflik ehtimalı normadan az ət yeyənlərə nisbətən təxminən 30 faiz aşağıdır. Digər kənar amillər nəzərə alındıqdan sonra da bu asılılıq qorunub saxlanılıb və öyrənilən qrupların əksəriyyətində eyni nəticəni verib. Mütəxəssislər hesab edirlər ki, rasionda kifayət qədər ətin olması qocalıqda fiziki formanın saxlanılmasında vacib rol oynayır.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın sənaye inkişafında yeni mərhələnin əsasları möhkəmləndirilir

20:05
23 Sentyabr

Qocalıqda fiziki gücü qorumağın sadə yolu tapıldı  

19:35
23 Sentyabr

Neptunun almaz yağışları və sonsuz fırtınaları  

19:06
23 Sentyabr

FTB-nin xidmətlərinin ələ keçirildiyi iddia olunur   

19:01
23 Sentyabr

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

18:51
23 Sentyabr

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

18:13
23 Sentyabr

 Əfsanəvi cizgi serialı geri dönür

18:04
23 Sentyabr

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

17:56
23 Sentyabr

Lənkəranda şəhid məzarları ziyarət edilib

17:49
23 Sentyabr

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

17:47
23 Sentyabr

Şəhid Əli Tağıyevin xatirəsi anılıb  

17:21
23 Sentyabr

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

17:18
23 Sentyabr

Əfv sərəncamının icrası başa çatıb

17:18
23 Sentyabr

Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

17:16
23 Sentyabr

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb

17:16
23 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma  

17:15
23 Sentyabr

Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  

17:13
23 Sentyabr

 Təbii sərvətlərimiz işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verəcək  

17:05
23 Sentyabr

Sülhün və təhlükəsizliyin ünvanı  

17:03
23 Sentyabr

Bağışlamaq qəlbin böyüklüyüdür  

16:42
23 Sentyabr

Dövlət müəssisələrinə nəzarət genişlənir: 22 qurum monitorinqdən keçdi  

16:39
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!