23 Sentyabr 2026 17:13
167
SİYASƏT
A- A+
Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  

Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  


Ölkəmiz bu günlər mühüm bir beynəlxalq tədbirə - IV Bakı Təhlükəsizlik Forumuna evsahibliyi edir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu keçirilir.

Təəssüflər olsun ki, hazırda hamımızın ümumi evi olan dünyamız müxtəlif çağırışlarla, təhlükəsizlik problemləri, o cümlədən müharibələr, münaqişələr, terror hücumları, separatizm və başqa təhdidlər içində çalxalanmaqdadır. Təbiidir ki, dünyamızı insanlara ölüm və səfalət gətirən bu qlobal xarakterli təhlükəli hadislərdən xilas etmək üçün aparılan mübarizə əlaqələndirilmiş şəkildə olmalıdır. Bu və ya digər məsələlərin müzakirə olunacağı, müvafiq qərarların qəbul olunacağı IV Bakı Təhlükəsizlik Forumu dünyamız üçün olduqca mühüm əhəmiyyətə malikdir. 

Müsbət yanaşma odur ki, ölkəmizdə keçirilən bu tədbiri dünya ictimaiyyəti  də maraqla izləyir. Bu da ondan irəli gəlir ki, Bakı Təhlükəsizlik Forumu dünya ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin təmsil olunduğu, beynəlxalq münaqişələri qarşılıqlı anlayış əsasında müzakirə etmələrinə əlverişli şərait yaradan yüksək dəyərli bir platformadır. Həmçinin forum dünyamızın təhlükəsizlik məsələlərinin ətraflı müzakirə olunduğu qlobal təhlükəsizlik mühitinin üzləşdiyi müasir çağırış və təhdidlərlə effektiv mübarizənin aparılması, onun mənfi təzahürlərdən qorunması sahəsində vahid yanaşmaların formalaşması, səylərin birləşdirilməsi və artırlıması üçün beynəlxalq əhəmiyyətli tədbirdir. 

Forumun açılışında Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciəti çatdırılıb. Dövlətimizin başçısı iştirakçıları salamlayaraq Forumun beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, fikir və təcrübə mübadiləsinin aparılması baxımından böyük əhəmiyyəti olduğunu vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusuna həsr olunan IV Bakı Təhlükəsizlik Forumu aktual məsələlərin müzakirəsi baxımından mühüm platformadır.

Məlum həqiqətdir ki, dünyanın ayrı-ayrı bölgələrində baş verən hadisələr, beynəlxalq təhlükəsizlik sistemində müəyyən çətinlik və gərginliklər yaradır. Terrorçuluq, transmilli cinayətkarlıq, qeyri-qanuni miqrasiya halları, narkotik maddələrin dövriyyəsi və başqa cinayət halları durmadan artır. Təbiidir ki, belə qlobal xarakterli cinayətkarlıqla təkbaşına mübarizə aparmaq o qədər də asan iş deyil. Deməli, bu neqativ halların qarşısının qətiyyətlə alınmasında etibarlı tərəfdaşlıq olduqca vacib amildir.

Prezident İlham Əliyev müraciətində dünyamız və cəmiyyətimiz üçün bu mühüm məqama xüsusi diqqət çəkərək qeyd edib ki, dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir. Müasir çağırışların miqyası və təhdidedici xarakteri qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, çevik və əlaqələndirilmiş yanaşmaların tətbiqini zəruri edir. Çünki təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. Hər hansı bir regionda meydana gələn böhran və ya gərginlik ocağı qısa müddət ərzində digər regionlara təsir göstərə, siyasi və iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə xələl gətirə, nəqliyyat və kommunikasiya əlaqələrində ciddi fəsadlara yol aça bilir. Terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq və digər transsərhəd təhdidlər də məhz bu qarşılıqlı bağlılıqdan istifadə edərək daha mürəkkəb xarakter alır.

IV Bakı Təhlükəsizlik Forumunda dünyamız üçün həlli vacib olan qlobal məsələlər müzakirə olunub. Müzakirələr zamanı vurğulanıb ki, Bakıda keçirilən beynəlxalq Forum xüsusi xidmət və təhlükəsizlik orqanları üçün olduqca vacib dialoq və qarşılıqlı əməkdaşlıq üçün yaradılmış geniş imkandır. Forumda 600-ə yaxın yüksək səviyyəli nümayəndənin iştirak etməsi qlobal təhlükələrə qarşı 2023-cü ildən başlanan davamlı dialoqun coğrafi miqyasının genişləndiyini aydın şəkildə göstərir. 

Təhlükəsilzik qurumlarının rəhbərlərinin Forumda iştirakı Bakı platformasına olan etimadın, inamın daha da artdığını nümayiş etdirir və qarşılıqlı səmərəli müzakirələrin praktiki əməkdaşlığa gətirib çıxarmasını yüksək səviyyədə təmin edir. Forum həm də mövcud təhdidlərə qarşı indiyə qədər əldə olunan milli təcrübələrin birgə müqayisə olunması, peşəkar əlaqələrin inkişafı və birgə həllərin axtarışı üçün geniş imkanlar yaradır. Qarşlıqlı əlaqələrin daha da artırılmasına, əməkdaşlığın sistemləşdirilməsinə, nizamlanmasına güclü təkan verir. Forum siyasi yanaşmalardakı fərqlərinə baxmayaraq əməkdaşlığı təşviq etməsi, ortaq təhlükələrə qarşı ünsiyyət kanallarının etibarlı şəkildə qorunması baxımından da əhəmiyyətlidir.

Forumdakı çıxışlar zamanı o da vurğulanıb ki, təhlükəsizlik yalnız sərhədlərin qorunması deyil, enerji, nəqliyyat, bank, su ehtiyatları, rabitə və informasiya məkanı dövlət xidmətlərinin dayanıqlığının mühüm tərkib hissələridir. Zaman keçdikcə süni intellekt və kosmik sistemlər uğrunda qlobal rəqabət güclənir. Gözlənilmədən baş verən münaqişələr, qarşıdurmalar, dünyada gedən regional proseslərə, enerji və ərzaq təhlükəsizliyinə ciddi təsir göstərir. Bütün bu hallar da terrorçuluq üçün əlverişli zəmin yaradır. Buna görə də dünyanın istənilən regionunda baş verən böhranların qlobal təhlükəyə çevrilə biləcəyinin qarşısının alınması üçün təhlükəsizlik orqanlarının qarşlıqlı əməkdaşlıq etməsi zərurətə çevilməlidir.

Məhz IV Bakı Təhlükəsizlik Forumunun keçirilməsində də məqsəd ölkələrin gözlənilmədən risklər və təhdidlərlə qarşılaşdıqları zaman onunla mübarizə aparmaq üçün sistemli və etibarlı dialoqun inkişaf etdirilməsini təşkil və təmin etməkdir. Müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlığın genişləndirilməsi, müasir təhdidlərə qarşı birgə yanaşmaların müəyyənləşdirilməsi və etibarlı əlaqələrin yaradılmasıdır.

Artıq dördüncü dəfədir ki, Bakıda keçirilən Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirir. Beynəlxalq təhlükəsizlik sahəsində ciddi fikir mübadiləsi aparılır, mövcud imkanlar götür-qoy edilir və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm qərarlar qəbul olunur. İnanırıq ki, qəbul olunan bu qərarlar daha da təhlükəsiz, əmin-amanlıq hökm sürən bir dünyada yaşamağımıza və fəaliyyət göstərməyimizə böyük töhfələr verərəcək. Bakı Təhlükəsizlik Forumu müxtəlif siyasi sistemlərə malik ölkələrin bir araya gəlməsində, dünyamızı narahat edən təhdidlərə qarşı birgə mübarizə aparılmasında mühüm rol oynayacaq. Ölkəmizin paytaxtından dünyaya sülh mesajları veriləcək. 


Vahid MƏHƏRRƏMOV,

“Azərbaycan”




Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Lənkəranda şəhid məzarları ziyarət edilib

17:49
23 Sentyabr

Şəhid Əli Tağıyevin xatirəsi anılıb  

17:21
23 Sentyabr

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

17:18
23 Sentyabr

Əfv sərəncamının icrası başa çatıb

17:18
23 Sentyabr

Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

17:16
23 Sentyabr

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb

17:16
23 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma  

17:15
23 Sentyabr

Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  

17:13
23 Sentyabr

 Təbii sərvətlərimiz işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verəcək  

17:05
23 Sentyabr

Sülhün və təhlükəsizliyin ünvanı  

17:03
23 Sentyabr

Bağışlamaq qəlbin böyüklüyüdür  

16:42
23 Sentyabr

Dövlət müəssisələrinə nəzarət genişlənir: 22 qurum monitorinqdən keçdi  

16:39
23 Sentyabr

Kanada və Böyük Britaniya müdafiə proqramlarını birləşdirə bilər   

16:38
23 Sentyabr

Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  

16:36
23 Sentyabr

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

16:33
23 Sentyabr

Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  

16:26
23 Sentyabr

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

16:25
23 Sentyabr

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub  

16:23
23 Sentyabr

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

16:22
23 Sentyabr

Aleks Albon: “Bakı trası bizim bolidə uyğundur”  

16:18
23 Sentyabr

“InnMedia” Türkiyə və Özbəkistan bazarlarına çıxmağa hazırlaşır  

16:14
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!