13 Dekabr 2024 18:16
461
CƏMİYYƏT
A- A+
Qida məhsullarının ticarəti sahəsində çalışan sahibkarların müraciətləri dinlənilib

Qida məhsullarının ticarəti sahəsində çalışan sahibkarların müraciətləri dinlənilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli vətəndaşların müraciətlərini dinləyib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 13-də qida məhsullarının topdan və pərakəndə satışı, bazarlar, satış şəbəkələri və qida məhsullarının ticarətinə aid digər sahələrdə fəaliyyət göstərən sahibkarların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb. Aidiyyəti üzrə göstərişlər verilib və sahibkarlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Qida məhsullarının ticarəti zamanı qida təhlükəsizliyinə dair tələblərin yerinə yetirilməsinin zəruriliyi vurğulanıb.

Q.Təhməzli bundan əvvəl pestisid, aqrokimyəvi maddə və gübrə istehsalı, saxlanması, satışı və idxalı, çörək istehsalı, dəyirman və taxıl idxalı, süd və süd məhsulları, ət və ət məhsulları, balıqçılıq, həmçinin alkoqollu və alkoqolsuz içkilərin, unlu qənnadı məmulatlarının, yem, yem əlavələri, baytarlıq preparatları və vaksinlərin istehsalı, ixracı və idxalı sahələrində, eləcə də ictimai iaşə xidmətləri, o cümlədən restoranlar, şadlıq evləri, otellərin qida blokları, kafelər, dönər emalı və satışı, keytrinq xidməti və digər istiqamətlərdə fəaliyyət göstərən sahibkarları qəbul edib.

Qeyd edək ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı AQTA sədri ilə görüşə bilərlər. Görüşlərdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

13:03
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  

12:57
08 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

12:43
08 Noyabr

Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Azərbaycana səfərə gəlib  

12:41
08 Noyabr

Binəli Yıldırım: Bu zəfər dünyaya inamın, qətiyyətin və qardaşlığın gücünü göstərdi  

12:40
08 Noyabr

Alimlər nəhəng hörümçək toru aşkar ediblər  

12:35
08 Noyabr

Azərbaycanın gənclər və könüllü təşkilatları Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat yayıb  

12:33
08 Noyabr

Şuşada Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir  

12:29
08 Noyabr

Qələbəyə bir neçə saat qalırdı...  

12:26
08 Noyabr

“Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” adlı tədbir keçirilib  

12:24
08 Noyabr

Bakıda Zəfər muzeyinin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

12:11
08 Noyabr

Şəhidlərin xatirəsinə ehtiram

12:09
08 Noyabr

Moskvada Azərbaycanın Zəfər Günü qeyd olunub  

12:07
08 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər  

12:05
08 Noyabr

Ağdamın Kəngərli kəndində bazarın açılışı olub, Zəfər yarmarkası keçirilib  

11:56
08 Noyabr

Mesut Gülaçtı: Qarabağ Zəfəri Türk dünyasının birliyinin və qardaşlığının simvoludur  

11:55
08 Noyabr

Şuşaya köçürülmüş sakinlərdən 600-dək şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

11:52
08 Noyabr

“Apple” və “Google”dan milyard dollarlıq süni intellekt əməkdaşlığı  

11:36
08 Noyabr

Kürşad Zorlu: Türk dünyasına qürur gətirən bu gün Azərbaycan xalqının mərdliyinin rəmzidir  

10:52
08 Noyabr

Türkiyə XİN: Azərbaycan xalqının əzm və qəhrəmanlıqla qazandığı Zəfərin beşinci ildönümünü təbrik edirik  

10:50
08 Noyabr

Azərbaycanın tamblinq millisi dünya çempionu olub  

10:49
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!