10 Sentyabr 2026 18:42
856
DÜNYA
A- A+
Qədim məzarlarda status nişanələri

Qədim məzarlarda status nişanələri


 
Almaniyanın şərqində, Krauşvits şəhərində aparılan arxeoloji qazıntılar zamanı təxminən 5 min il əvvələ aid 15 məzar aşkarlanıb. Burada həm kişilər, həm də qadınlar dəfn olunub və onların qəbirlərindən müxtəlif məişət və bəzək əşyaları tapılıb. Saksoniya-Anhalt Torpaq Abidələrin Qorunması və Arxeologiya İdarəsinin arxeoloqu Oliver Ditrix bildirib ki, həmin dövrdə kişi və qadın məzarlarını qəbir əşyalarına görə fərqləndirmək mümkündür. Kişilərin qəbirlərinə daha çox baltalar, qadınların məzarlarına isə zinət və bəzək əşyaları qoyulurdu.
Arxeoloqların diqqətini xüsusilə üç qadının məzarından tapılan deşilmiş it dişləri cəlb edib. Ehtimal olunur ki, bu dişlər dəri və ya parçadan hazırlanmış çantaların üzərinə bəzək kimi tikilib. Belə çantaların körpələrin daşınması üçün istifadə edilməsi də mümkün hesab olunur. Oxşar tapıntıların indiyədək əsasən yüksək sosial mövqeyə malik qadınların məzarlarında aşkarlanması onların status göstəricisi olması ehtimalını gücləndirir.
Ditrixin fikrincə, çoxlu sayda it dişinin əldə edilməsi asan olmayıb. Hətta bu məqsədlə müəyyən itlərin xüsusi olaraq yetişdirilməsi ehtimalı da nəzərdən keçirilir. Dişlərin toplanması, deşilməsi və onlardan mürəkkəb bəzəklərin hazırlanması böyük əmək tələb etdiyindən belə əşyalar qiymətli hesab edilə və sahibinin cəmiyyətdəki mövqeyini nümayiş etdirə bilərdi.
Tapıntılar İpli keramika mədəniyyətində itlərin yalnız gündəlik həyatda deyil, insanların inanclarında da xüsusi yer tutduğunu göstərir. Əvvəlki qazıntılar zamanı insanlarla birlikdə dəfn edilmiş itlərə, eləcə də ayrıca basdırılmış və ehtimal ki, qurban verilmiş heyvan qalıqlarına rast gəlinib. Tədqiqatçıların fikrincə, bu cür dəfn və qurbanvermə ənənələri insanlarla itlər arasında həm simvolik, həm də emosional bağlılığın mövcudluğuna işarə edir. Ditrix bunu “İnsan yalnız onun üçün əhəmiyyətli olan bir şeyi qurban verir” fikri ilə izah edir.

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftçalada kənd təsərrüfatında innovativ vasitələrin tətbiqi mövzusunda təcrübə öyrənilir

09:50
23 Sentyabr

Şəmkirdə dövlət proqramı üzrə görülən işlər müzakirə edilmişdir

09:40
23 Sentyabr

Azərbaycanın aqrar ixracı: artımdan keyfiyyətə

09:30
23 Sentyabr

Erməni saxtakarlığı dünyada ifşa olunur

09:20
23 Sentyabr

Alban irsinin dəyişdirilməsi cəhdləri məkrli erməni siyasətinin tərkib hissəsidir

09:10
23 Sentyabr

Dəyişən dünyanın ritmində Dördüncü Sənaye İnqilabı

09:00
23 Sentyabr

Yeni dünya nizamında Bakının güclənən mövqeyi

08:50
23 Sentyabr

Bakının sülh gündəliyi dəyişməz reallıqdır

08:40
23 Sentyabr

Milli Onkologiya Mərkəzində uşaq onkologiyasına həsr olunmuş elmi seminar keçirilib 

08:30
23 Sentyabr

Zəfərdən sülhə uzanan yol

08:20
23 Sentyabr

Forumda Orta dəhlizin Şərqlə Qərb arasında əhəmiyyətindən danışılıb

08:10
23 Sentyabr

Zəfərdən sonra başlayan yeni mərhələnin yol xəritəsi

08:00
23 Sentyabr

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb  

22:34
22 Sentyabr

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib  

22:33
22 Sentyabr

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb  

22:32
22 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib  

22:31
22 Sentyabr

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib  

22:31
22 Sentyabr

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb  

22:29
22 Sentyabr

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

Sonuncu oyun: Messidən Argentina millisində vida mesajı  

21:13
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!