17 May 2022 13:24
492
CƏMİYYƏT
A- A+

Qanunsuz ağackəsmə və balıq ovu faktları ilə bağlı cinayət işləri başlanıb  

 

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdaş, İsmayıllı, Şəki və Füzuli rayonlarının ərazilərində qanunsuz ağackəsmə, Xaçmaz rayonunda isə qanunsuz balıq tutma faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırmalarla Quşencə bələdiyyəsinin ərazisində, həmçinin Xurcan düzündə və Köndələn çayın sahilində ağackəsmə üçün müvafiq icazə olmadan, eyni zamanda, Kiş meşəbəyiliyində meşə fonduna aid olan ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 29 min manat ziyan dəydiyi müəyyənləşdirilib.

Həmçinin Xaçmaz rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq qabaqcadan əlbir olan bir qrup şəxsin özüüzən nəqliyyat vasitəsindən istifadə etməklə nərə və Xəzər qızıl balığı cinsli balıqların qanunsuz tutulması nəticəsində xeyli miqdarda ziyan vurulması müəyyən olunub.

Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 256.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən alıq və digər su bioresurslarını qanunsuz tutma), 259.1-ci, 259.2.4-cü (qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti rayon prokurorluqlarına və daxili işlər orqanlarına göndərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video