19 Mart 2026 08:05
162
SİYASƏT
A- A+
Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq


Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin möhkəm təməllər üzərində qurub yaratdığı müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə davamlı və dayanıqlı tərəqqi yolunda inamla addımlayaraq qüdrətli və qalib dövlətə çevrilib. Sabitliyin və əmin-amanlığın ən yüksək səviyyədə təmin edildiyi Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi böyük nüfuz qazanıb.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, ölkəmizin milli maraqlarına əsaslanan məqsədyönlü və qətiyyətli siyasət tarixi qələbələrimizin əldə olunmasına yol açıb: "2020-ci il 27 sentyabr tarixində torpaqlarımızın azadlığı uğrunda başlayan Vətən müharibəsi parlaq Zəfərlə yekunlaşdı. Prezident-xalq-ordu birliyinin təcəssümü olan 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın müdrik və qətiyyətli sərkərdəliyi, rəşadətli ordumuzun nümayiş etdirdiyi yüksək peşəkarlıq və böyük şücaət əzəli torpaqlarımızın işğaldan azad edilməsini, tarixi ədalətin bərqərar olmasını təmin etdi. 2023-cü ildə bir gün davam edən antiterror tədbirləri ilə ölkəmizdə separatizmin kökü kəsildi, dövlət suverenliyimiz tam bərpa edildi". 

Ş.İsmayılov qeyd edib ki, inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycan bu gün tarixin ən nəhəng bərpa-quruculuq işlərini də uğurla icra edir. Vətən müharibəsindən dərhal sonra azad edilmiş torpaqlarımızda genişmiqyaslı quruculuq və bərpa prosesinə start verilib: "Təbii ki, bu mərhələdə prioritet istiqamət Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıdışının təmin edilməsidir. Ötən beş ildən çox müddət ərzində qüdrətli Azərbaycan dövləti "Böyük qayıdış" proqramının uğurlu icrası istiqamətində mühüm addımlar atır. Otuz il Vətən həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı istiqamətində sistemli iş həyata keçirilir, müasir infrastruktura malik şəhər, qəsəbə və kəndlər inşa olunur. Azərbaycan Respublikasının Prezidentinin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılan Əlaqələndirmə Qərargahı işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli istiqamətində səmərəli fəaliyyət həyata keçirir". 

Komitə sədri vurğulayıb ki, Qarabağda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə məsələlərə kompleks yanaşma tətbiq olunmaqla, iqtisadiyyatın ayrı-ayrı sahələri inkişaf etdirilir, eləcə də kənd təsərrüfatı, sənaye müəssisələrinin yaradılması, sosial, ekoloji, şəhərsalma, nəqliyyat, mədəniyyət və digər mühüm istiqamətlərdə önəmli layihələr uğurla icra olunur.  İşğal dövründə tamamilə dağıdılmış şəhər və kəndlər yeni inkişaf modelinə uyğun olaraq müasir urbanizasiya prinsipləri əsasında qurulur. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi bu bölgənin ölkəmizin ən müasir və innovativ regionlarından birinə çevrilməsinə zəmin yaradır.

Ş.İsmayılov deyib ki, tarixi torpaqlarımızda həyat yenidən canlanır, yeni yaşayış məntəqələrinə köç edən sakinlər doğma yurdlarında firavan və təhlükəsiz ömür sürürlər: "Bu gün digər milli bayramlarımız kimi, Novruz artıq 6-cı ildir doğma torpaqlarımızda da qeyd olunur, bayram tonqalları qalanır.  Beləliklə, öz gücü hesabına tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan dövləti öz imkanları hesabına keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını da uğurla təmin edir". 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Minlərlə dənizçi Fars körfəzi bölgəsini tərk edə bilmir

09:41
19 Mart

Xocavənd sakini: Yurdumu yenidən görmək böyük sevincdir  

09:40
19 Mart

Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələr müzakirə olunub  

09:36
19 Mart

Xocalı rayonu sakini: İllərlə qəlbimizdə yaşatdığımız yurd həsrəti geridə qaldı  

09:35
19 Mart

Çempionlar Liqasında 1/4 finalın daha dörd iştirakçısı bəlli olub  

09:30
19 Mart

Rusiya İrana yardım etməyə davam edəcək

09:27
19 Mart

Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb  

09:27
19 Mart

Ceyhun Bayramov Azərbaycan-Türkiyə müttəfiqliyinin regional sülh üçün əhəmiyyətini vurğulayıb  

09:25
19 Mart

Koçaryan köhnə ssenari ilə Ermənistanı hara aparır

09:15
19 Mart

Novruz bərəkətli xeyirxahlıq ünvanı

09:10
19 Mart

Azərbaycanın taleyini yaşadı

09:05
19 Mart

Ədəbiyyatşünaslığın filosofu

09:00
19 Mart

Soyuq rənglərdən yaranan isti tablolar

08:55
19 Mart

Azərbaycan xalqının qətiyyəti, Vətən sevgisinin gücü

08:50
19 Mart

Xidmət sektoru iqtisadi inkişafın lokomotivinə çevrilir

08:45
19 Mart

Bakı "neft akademiyası" olduğunu bu gün də sübut edir

08:40
19 Mart

Azərbaycan fərqli qütblərin kəsişdiyi etibarlı məkandır

08:35
19 Mart

Humanizm prinsipləri rəsmi Bakı üçün keçici siyasi gərginliklərdən üstündür

08:30
19 Mart

Yerin təkindən istifadə ilə bağlı qanunvericilik təkmilləşdirilir

08:25
19 Mart

Prezident İlham Əliyevin sülh diplomatiyası: Aİ və ABŞ ilə strateji tərəfdaşlıq

08:20
19 Mart

Yaxın Şərqdə müharibə davam edərsə...

08:15
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!