19 Mart 2026 08:10
190
SİYASƏT
A- A+
Orta dəhlizin strateji əhəmiyyəti artır

Orta dəhlizin strateji əhəmiyyəti artır


Rusiya və Ukrayna arasında müharibə ilə əlaqədar Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) əhəmiyyəti son illərdə daha da artıb. Təhlükəsizlik şəraiti, sərfəli qiymətlər isə dəhlizin cəlbediciliyini daha da yüksəldib. 

Avropa ilə Asiyanı birləşdirən koridor Çin-Qazaxıstan sərhədindən başlayaraq, Mərkəzi Asiya ölkələri və Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu gün Orta dəhliz həmçinin ortaq maraqları olan ölkələri də bir araya gətirir. Eyni zamanda Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafına da stimul verməklə, ikitərəfli ticarət əlaqələrini gücləndirir. 

Avropa və Asiya arasında ən qısa və rahat yol hesab edilən Orta dəhlizin əhəmiyyəti İranda baş verən son hadisələr fonunda yenidən gündəmdədir. Baş verən münaqişələr digər nəqliyyat dəhlizlərində vəziyyəti çətinləşdirsə də, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu yüklərin mənzilbaşına təhlükəsiz şəkildə çatdırılmasına imkan verir. 

Ötən il "Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusunda 6-cı Xəzər Biznes-Forumunun iştirakçılarına müraciətində bu marşrutun əhəmiyyəti barədə danışan Prezident İlham Əliyev qeyd edib ki, Orta dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji layihədir: "Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur. Azərbaycanın əlverişli coğrafi mövqeyi - iki qitənin tam ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanın uzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropa arasında daha yaxşı sinerjini təmin edən Orta dəhliz kimi irimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta dəhlizin tam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlik amili ilə də şərtlənmişdir". 

Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan Orta dəhlizin inkişafına töhfə verən əsas ölkələrdən biridir. Azərbaycanın prinsipial mövqeyi bu marşrutun inkişafında mühüm rol oynayıb. Respublikada bu marşrutlarla bağlı mühüm işlər görülüb, Ələt limanına, dəmir yoluna və digər vacib insfrastrukturlara böyük sərmayələr yatırılıb, rəqəmsallaşma istiqamətində vacib addımlar atılıb. 

Görülən işlərin nəticəsində bu marşrutla daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır. Belə ki, son illərdə Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi təxminən 90 faiz artıb. 2030-cu ilədək isə yükdaşıma qabiliyyətinin daha da artacağı, yüklərin keçid müddətinin isə azalacağı gözlənilir. 

Geosiyasi təlatümlər dövründə Avropanın etibarlı enerji tərəfdaşı olan Azərbaycana marağı bu dəhliz fonunda daha da artıb. Son hadisələr bunu bir daha təsdiqləyir. İranın Hörmüz boğazını bağlaması Qərbin diqqətini yenidən Orta dəhlizə  yönəldib. Avropa ölkələri də anlayır ki, Azərbaycanla qarşılıqlı etimada əsaslanan əlaqələr onun enerji böhranından çıxışında mühüm rol oynamaqla yanaşı, bu dəhliz vasitəsilə iqtisadi və logistika imkanlarını da genişləndirir.

İqtisadçı ekspert Eldəniz Əmirov da qəzetimizə açıqlamasında bildirib ki, son zamanlar baş verən geosiyasi proseslər fonunda Orta dəhliz öz aktuallığını daha da artırıb: "Çindən Avropaya yüklər Körfəz ölkələrindən keçərək daşınırdı, bir hissəsi isə Orta dəhliz vasitəsilə həyata keçirilirdi. Amma hazırda İrandakı vəziyyətlə bağlı risklər Orta dəhlizin əhəmiyyətini artırıb". 

E.Əmirov vurğulayıb ki, Hindistan, Pakistan üzərindən daşınmalı olan yüklər də trayektoriya cızaraq Orta dəhliz üzərindən Qərbə daşına bilər. 

Ekspert həmçinin bildirib ki, Yaxın Şərqdə baş verənlər bu regiondan investisiyanın qaçmasına səbəb ola bilər: "Bu isə alternativ region olan Mərkəzi Asiya respublikalarında, xüsusən Qazaxıstan və Çində iqtisadi aktivliyin və xarici investisiyaların həcminin daha da artmasına gətirib çıxaracaq. Orta və uzunmüddətli dövrdə isə belə investisiyalar Orta dəhlizin imkanlarından istifadə etmək istəyən təsərrüfat subyektlərinin sayını da çoxaldacaq. Bu isə Orta dəhlizin Azərbaycan üçün gəlirliliyini, Şərq və Qərb arasında olan əhəmiyyətini daha da artıracaq.


Ə.QABİLQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Minlərlə dənizçi Fars körfəzi bölgəsini tərk edə bilmir

09:41
19 Mart

Xocavənd sakini: Yurdumu yenidən görmək böyük sevincdir  

09:40
19 Mart

Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələr müzakirə olunub  

09:36
19 Mart

Xocalı rayonu sakini: İllərlə qəlbimizdə yaşatdığımız yurd həsrəti geridə qaldı  

09:35
19 Mart

Çempionlar Liqasında 1/4 finalın daha dörd iştirakçısı bəlli olub  

09:30
19 Mart

Rusiya İrana yardım etməyə davam edəcək

09:27
19 Mart

Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb  

09:27
19 Mart

Ceyhun Bayramov Azərbaycan-Türkiyə müttəfiqliyinin regional sülh üçün əhəmiyyətini vurğulayıb  

09:25
19 Mart

Koçaryan köhnə ssenari ilə Ermənistanı hara aparır

09:15
19 Mart

Novruz bərəkətli xeyirxahlıq ünvanı

09:10
19 Mart

Azərbaycanın taleyini yaşadı

09:05
19 Mart

Ədəbiyyatşünaslığın filosofu

09:00
19 Mart

Soyuq rənglərdən yaranan isti tablolar

08:55
19 Mart

Azərbaycan xalqının qətiyyəti, Vətən sevgisinin gücü

08:50
19 Mart

Xidmət sektoru iqtisadi inkişafın lokomotivinə çevrilir

08:45
19 Mart

Bakı "neft akademiyası" olduğunu bu gün də sübut edir

08:40
19 Mart

Azərbaycan fərqli qütblərin kəsişdiyi etibarlı məkandır

08:35
19 Mart

Humanizm prinsipləri rəsmi Bakı üçün keçici siyasi gərginliklərdən üstündür

08:30
19 Mart

Yerin təkindən istifadə ilə bağlı qanunvericilik təkmilləşdirilir

08:25
19 Mart

Prezident İlham Əliyevin sülh diplomatiyası: Aİ və ABŞ ilə strateji tərəfdaşlıq

08:20
19 Mart

Yaxın Şərqdə müharibə davam edərsə...

08:15
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!