Prezident İlham Əliyev İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Hildi Hamid dedi:
-Zati-aliləri Prezident İlham Əliyev. İndoneziya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmağımla bağlı etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim etməkdən şərəf duyuram. İcazə verin, həmçinin Sizə Prezident Coko Vidodonun İndoneziya hökuməti və xalqı adından səmimi salamlarını çatdırım. Prezident Coko Vidodo İndoneziya ilə Azərbaycan arasında, xüsusilə iqtisadiyyat sahəsində daha güclü əməkdaşlığın və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi arzusundadır. Təşəkkür edirəm.
Səfiri salamlayan Prezident İlham Əliyev dedi:
-Xoş gəlmisiniz, cənab səfir. Sizi görməyə çox şadam. Xahiş edirəm mənim də ən xoş salamlarımı cənab Prezident Coko Vidodoya çatdırın. Mən bizim əməkdaşlıqda sürətli inkişafı görəcəyimə ümid edirəm. Siz də qeyd etdiyiniz kimi, iqtisadi sahədə daha mühüm tərəfdaşlıq istiqamətlərini müəyyən etmək üçün bizim çox böyük potensialımız var. Əlbəttə ki, müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün güclü siyasi əlaqələr çox faydalı olacaq. Biz siyasi sahədə çox uğurla əməkdaşlıq edirik, beynəlxalq təşkilatlarda, Birləşmiş Millətlər Təşkilatında bir-birimizi dəstəkləyirik. Sözsüz ki, biz səylərimizi Qoşulmama Hərəkatı Təşkilatı çərçivəsində koordinasiya edirik. Biz Qoşulmama Hərəkatında təşəbbüslərimizə dəstək nümayiş etdirdiyinə görə İndoneziyaya minnətdarıq.
Bildiyiniz kimi, Qoşulmama Hərəkatında şərəfli missiya olan sədrliyi üzərimizə götürəndə mən dedim ki, Azərbaycan öz fəaliyyətində, atdığı addımlarda beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Biz işğal illəri ərzində İndoneziya tərəfindən Azərbaycana davamlı dəstəyin göstərilməsinə görə xüsusilə minnətdarıq. İndoneziya BMT Baş Assambleyası, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı tərəfindən qəbul edilmiş dəstək xarakterli qətnamələrə həmişə qoşulmuşdur və Azərbaycanın haqq işini dəstəkləmişdir. Bu dəstək uzun illər ərzində nümayiş etdirilmişdir və münaqişənin həlli üçün bizim mövqeyimizi, çox möhkəm hüquqi bazanın yaradılması prosesini gücləndirmişdir. Münaqişə zamanı hökumətiniz Azərbaycana dəstəyini ifadə etmişdir, biz bunu yüksək qiymətləndiririk. Xarici İşlər Nazirliyi erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına dəstək olaraq bəyanat vermişdir. Biz buna görə sizə çox minnətdarıq. Həmçinin ölkənizin parlamenti, parlamentinizin bir çox üzvləri Azərbaycanla həmrəy olduqlarını ifadə etmiş və dəstəyini bildirmişdir.
Bütün bunlar Azərbaycan xalqına məlumdur və bu, Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirilir. İndoneziya Birləşmiş Millətlər Təşkilatında müzakirələr zamanı müharibə gedən vaxt bizim mövqeyimizə güclü dəstək göstərən Qoşulmama Hərəkatının digər üzvləri arasında olmuşdur. Bildiyiniz kimi, Təhlükəsizlik Şurasının bəzi üzvləri yeni qətnamələrin və qərarların qəbul edilməsi prosesinə başlamaq istəyirdilər. Bu, əslində, bizim ərazilərin işğaldan azad olunması ilə bağlı haqq işimizi dayandırmaq üçün bir cəhd idi. Bu cəhdlər və düşünülmüş bu mətnlər Təhlükəsizlik Şurasının üzv ölkələri tərəfindən qəbul edilmiş qətnamələrə istinad etmirdi. Beləliklə, İndoneziya Qoşulmama Hərəkatının üzvü olan digər dost ölkələrlə birlikdə ərazi bütövlüyümüzün bərpa edilməsinin dayandırılmasına yönəlmiş bu cəhdlərin qarşısını aldı və biz bunu çox yüksək qiymətləndiririk. Biz buna görə minnətdarıq. Bu, həmrəyliyin, dəstəyin və dostluğun ifadəsidir. Beləliklə, bu, bizim əməkdaşlığın siyasi əsasıdır.
Biz indi irəliyə baxmalıyıq. Azərbaycan öz ərazilərini azad etdikdən və ərazi bütövlüyünü bərpa etdikdən sonra iqtisadi əməkdaşlıq üçün böyük imkanlar var, həmçinin işğaldan azad olunmuş torpaqlarda da. Biz planlaşdırdığımız müxtəlif layihələri icra etmək, həmçinin birliyimizi nümayiş etdirmək üçün İndoneziya şirkətlərini tərəfdaşlarımız, podratçılarımız qismində görmək istəyirik. Bu, bizim planımızdır. Sizə burada xoş vaxt keçirməyi, çox fəal iş arzulayıram. Çünki ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün iqtisadi sahədə çoxlu işlər görülməlidir. Əminəm ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı biz yaxşı irəliləyiş görəcəyik.
Səfir Hildi Hamid: Zati-aliləri, İndoneziya ilə əlaqələrə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm. Zati-aliləri cənab Prezident, İndoneziyanın Azərbaycandakı səfiri təyin olunmağımdan şərəf hissi duyur, vəzifəmin məsuliyyətini tam dərk edirəm. Səfir olduğum müddətdə hər iki ölkənin hökumətləri və xalqları arasında dostluğu və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə, qarşılıqlı anlaşmanı və dostluğu yaxşılaşdırmağa səy göstərəcəyəm. İndoneziya ilə Azərbaycan arasındakı əlaqələrin yeni səviyyəyə çatdırılması üçün əlimdən gələni əsirgəməyəcəyəm ki, Zati-alinizin və hökumətinizin tam dəstəyi ilə ölkələrimiz arasında əməkdaşlıq davam etdirilsin. Azərbaycan Respublikasına inkişaf, Azərbaycan xalqına isə rifah diləyirəm.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədri: Azərbaycanla birgə əməkdaşlıqda maraqlıyıq ...
29 Aprel
Deputat Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 62-ci iclasında çıxış edib - AÇIQLAMA...
29 Aprel
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29 Aprel
DSMF Britaniyada 2024-cü ilin Mükəmməllik Mükafatına layiq görülüb
29 Aprel
Prezident İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib YENİLƏNİB ...
29 Aprel
May-avqust aylarında keçiriləcək imtahanlar isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq ...
29 Aprel
Azərbaycanın xarici işlər naziri Qətərə işgüzar səfərə gedib
29 Aprel
“Europorter”: Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas oyunçudur
29 Aprel
Baş Prokurorluq: Hərbi qulluqçumuzun mina partlayışında xəsarət alması ilə bağlı araşdırma aparılır ...
29 Aprel
Bakıda Birinci Beynəlxalq Opera festivalının ikinci günü başa çatıb
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!