12 Avqust 2025 08:15
728
SİYASƏT
A- A+
Prezident İlham Əliyev bütün hədəflərinə nail olur

Prezident İlham Əliyev bütün hədəflərinə nail olur


Birgə Bəyannamə Azərbaycanın sülh çağırışında olduğunu bir daha göstərdi 


Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri və bu çərçivədə keçirdiyi görüşlər, nəticədə Birgə Bəyannamənin imzalanması Azərbaycan tarixinin qızıl səhifəsidir. Həmçinin "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" iki ölkə münasibətlərinə yeni nəfəs verir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qəzetimizə açıqlamasında bildirib ki, Vaşinqtonda imzalanan bütün sənədlər Azərbaycanın milli maraqlarına uyğundur: "Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması gözlənilən idi. Çünki Prezident İlham Əliyevin siyasi gedişləri, uğurlu diplomatiyası deməyə əsas verirdi ki, Azərbaycanla Ermənistan arasında münasibətlər mütləq yaxşılaşacaq və sülhə zəmin yaranacaq. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilən görüş, onun şahidliyi ilə imzalanan Birgə Bəyannamə bir daha göstərdi ki, Azərbaycan dünyaya sülh, əmin-amanlıq, təhlükəsizlik çağırışındadır və bu amallara sadiqdir". 

Komitə sədri qeyd edib ki, bəyannamədə əksini tapan müddəalar Azərbaycanın bilavasitə nəzərdə tutduğu məsələləri özündə əks etdirir. Təhlükəsizliyin təmin olunması, dövlətlərin sərhədlərinin toxunulmazlığı, suverenliyinin, müstəqilliyinin qorunması, eləcə də Zəngəzur dəhlizinin açılması kimi çox mühüm müddəalar göstərir ki, bu bəyannamədə Prezident İlham Əliyevin fikirləri öz əksini tapıb. Sənəd hər iki dövlətin milli maraqlarına uyğun olmaqla bərabər, həm də Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması baxımından olduqca dəyərlidir. Uzun  müddətdir ki, regionda münaqişələr, qarşıdurmalar, müharibələr hökm sürməkdədir. Azərbaycan, Gürcüstan, Ermənistan bu müharibələrdən böyük zərbələr alıb, xalqlar qurbanlar veriblər. Ancaq Azərbaycan 44 günlük Vətən müharibəsində, 23 saatlıq antiterror tədbirlərində qalib gəlməsinə baxmayaraq, ölkə rəhbəri daim sülhə, təhlükəsizliyə, qarşılıqlı münasibətlərə, əməkdaşlığa tərəfdar olduğunu bəyan edib və Ermənistanı bu yolda qətiyyətli addımlar atmağa çağırıb: "Azərbaycanla-Ermənistan arasında imzalanan Birgə Bəyannamə göstərdi ki, Prezident İlham Əliyev öz ideallarına, amallarına sadiqdir. Bəyannamədə Zəngəzur dəhlizinin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adlandırılması, gələcəkdə bu dəhlizin açılması ilə nəqliyyat infrastrukturunun genişləndirilməsi nəinki iki dövlət üçün, eləcə də region və dünya ölkələri üçün çox əhəmiyyətlidir. Ümumilikdə, bu, nəqliyyat imkanlarının artırılması üçün vacib layihədir. Bu görüşlərdə, imzalanma mərasimində ABŞ Prezidenti Donald Tramp hər iki ölkəyə sağlam münasibətlər, qarşılıqlı əməkdaşlıq arzulamaqla bərabər, həm də əlaqələrin genişləndirilməsi məsələlərinə diqqət çəkdi". 

Komitə sədri vurğulayıb ki, ABŞ kimi böyük bir dövlətlə münasibətlərin yaxşılaşdırılması, əməkdaşlığın genişləndirilməsi Azərbaycanın gələcək inkşafı üçün vacibdir. Bu, Azərbaycanı bir daha dünyaya tanıtdırmaq, Prezident İlham Əliyevin diplomatik gedişlərini, uğurlarını sübut etmək baxımından dəyərlidir. 

Ölkəmizin rəhbəri nəyi necə, nə vaxt etməyi bacarır. Bu görüşlər, imzalanan sənədlər bir daha sübut etdi ki, bu məsələ üzərində ölkə rəhbəri dönə-dönə düşünüb, planlar cızıb və reallıqları nəzərə alaraq, Birgə Bəyannamənin imzalanmasına razılıq verib. Bu gün Azərbaycan xalqı sevinir, öz prezidentinin uğurları ilə, onun diplomatik qələbələri ilə öyünür. Çünki bu qələbələr Azərbaycanı daha aydın sabahlara, xalqımızı xoşbəxt günlərə aparır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

01:04
06 Oktyabr

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

01:02
06 Oktyabr

Ladislau-Marius Vizerin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

J.F.Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:00
06 Oktyabr

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

21:55
05 Oktyabr

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

20:57
05 Oktyabr

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

20:37
05 Oktyabr

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

19:43
05 Oktyabr

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

19:40
05 Oktyabr

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

19:37
05 Oktyabr

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb  

19:33
05 Oktyabr

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar  

19:30
05 Oktyabr

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

18:57
05 Oktyabr

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

18:43
05 Oktyabr

Diabetin zəifləməsinə nail olmağın yolu tapılıb

18:41
05 Oktyabr

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib  

18:39
05 Oktyabr

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər  

18:29
05 Oktyabr

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib 

18:26
05 Oktyabr

Bloomberg NATO-nun yeni müdafiə planına çıxış əldə edib

17:58
05 Oktyabr

 Yaponiya pilotsuz nəqliyyat gəmilərinin hazırlanması haqqında qərar verib

17:39
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!