14 May 2026 08:25
371
Mədəniyyət
A- A+
Paytaxtımız yaşıllıqlar və parklar şəhərinə çevrilir

Paytaxtımız yaşıllıqlar və parklar şəhərinə çevrilir


Yaxşı yadımdadır, 1957-ci ildə mən Bakıya ali təhsil almağa gələndə şəhərdə cəmi 4 park vardı - "Qara şəhər"də Nizami parkı, Respublika stadionunun yanında Orconikidze parkı, Dağüstü park və Dənizkənarı park -bulvar. Bir neçə bağ da vardı - Sabir bağı, Pionerlər (keçmiş Qubernator) bağı, Botanika bağı (indiki Mərkəzi Nəbatat Bağı) və s. Küçələr boyu ağaclara az təsadüf edilirdi.

İndi paytaxtımızda 300-ə yaxın park və bağ var. Heydər parkı, Zərifə Əliyeva adına park, Dədə Qorqud parkı, Nizami Gəncəvi adına park, Mərkəzi Park, Zəfər parkı, Antena sahəsində park, Dənizkənarı park - bulvar, Qış parkı, Zabitlər parkı, Nərimanov adına park, Gənclik parkı, Çəmbərəkənd parkı, Atatürk parkı və s. Buraya çoxsaylı bağları da əlavə etmək olar.

 Paytaxtımız həm də dünyada ən çox heykəllərin ucaldıldığı şəhərlərdən biridir. Son illər Bakıda Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev kimi dörd böyük bəstəkarımızın, Bülbül, Rəşid Behbudov və Müslüm Maqomayev kimi üç görkəmli müğənnimizin heykəlləri qoyulub. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakının mərkəzində Dədə Qorqud abidəsi və Koroğlu heykəli ucaldılıb.

Ən əlamətdar hadisələrdən biri də Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Aşıq Ələsgərin heykəlinin qoyulması oldu. Hər üç abidənin açılışında Prezident şəxsən iştirak etdi.

O da əlamətdardır ki, Azərbaycan xalqının başını uca edən bu şəxsiyyətlərin əksəriyyətinin heykəlləri son vaxtlar salınmış park və bağlarda ucaldılmışdır. Sözün həqiqi mənasında, Prezident İlham Əliyev paytaxtımızı parklar şəhərinə çevirir. Son zamanlara qədər neft şəhəri kimi tanınan paytaxtımızda parkların salınmasının nə demək olduğunu təsəvvür etmək çətin deyil.


Dədə Qorqud parkı və abidəsi


Ulu Öndər Heydər Əliyevin 2000-ci ildə imzaladığı fərmana əsasən, paytaxtın ən səfalı yerində Dədə Qorqud parkının salınması və burada Dədə Qorqud abidəsinin ucaldılması qərara alındı. Ümummilli Liderin arzusu ömür vəfa qılmadığından sağlığında yerinə yetmədi. Bu arzusunu özü qədər inandığı Prezident İlham Əliyev yerinə yetirdi. 

Parkın və abidənin açılışı 13 dekabr 2013-cü ildə baş tutdu. Prezident İlham Əliyev yığcam və mənalı çıxışında dedi: "Bu gün çox əlamətdar bir gündür. Biz Bakıda Dədə Qorqud abidəsinin açılışına toplaşmışıq. Mən sizin hamınızı bu münasibətlə təbrik edirəm. "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının milli sərvətidir. Əsərin qəhrəmanlarının adlarını Azərbaycanın çoxsaylı yaşayış məntəqələrində görmək olar. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur. "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalq ədəbiyyatının yazılı abidəsidir. Bu dastan hər bir azərbaycanlı üçün əzizdir. Bu gün bu abidənin ucaldılması Azərbaycan xalqının bir daha öz tarixi keçmişinə, mədəniyyətinə olan münasibətinin təzahürüdür…" 

Sonra söz Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara verildi. Anar xüsusi vurğuladı: "Dədə Qorqudun adı da Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Dədə Qorqud tədbirlərinin dünya səviyyəsində keçirilməsi məhz Ulu Öndərin xidmətidir. Heydər Əliyevin sayəsində dünyada heç bir yerdə keçirilməyəcək səviyyədə Dədə Qorqud yubileyi keçirildi. Dədə Qorqud ensiklopediyası çap olundu. Dədə Qorqudun abidəsi haqqında qərarlar qəbul olundu. Mən çox şadam ki, Heydər Əliyevin başqa arzuları kimi, bu arzularını da hörmətli Prezidentimiz bu gün həyata keçirir. Cənab Prezident, "Dədə Qorqud" Azərbaycan xalqının müqəddəs kitabıdır. Qayğınıza görə təşəkkür edirəm".

Anardan sonra Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla söz aldı. O, "Kitabi-Dədə Qorqud"un tədqiqi tarixindən söz saldı və qeyd etdi ki, alman alimi Fridrix fon Dits 1815-ci ildə "Basatın Təpəgözü öldürdüyü boy"u çap etdirmiş və bununla da qorqudşünaslığın əsasını qoymuşdur. Akademik təklif etdi ki, 2015-ci ildə qorqudşünaslığın elm aləminə məlum olduğunun 200 illiyinin ölkə miqyasında keçirilməsinə dair qərar qəbul edilsin. Təklif məmnunluqla qəbul olundu.

Dədə Qorqud parkı Bakının mərkəzində 6 hektar ərazidə salınmışdır. Parkın sahəsinin 2 hektarını süni göl və şəlalə təşkil edir. Çəkinmədən deyə bilərik ki, Dədə Qorqud parkı paytaxtımızın ən arzuolunan seyrangahlarından biridir.


Çəmbərəkənd parkı


Ərazisi 4 hektar olan Çəmbərəkənd parkı Prezident İlham Əliyevin ideyası və nəzarəti altında salınıb. Səbail rayonunun Həsən Seyidbəyli küçəsi boyu istifadəsiz ərazidə salınmış parkda paytaxt sakinlərinin istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Parkda estakada üzərində 147 metr uzunluğunda körpü salınıb, iki gözoxşayan fəvvarə inşa edilib. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilib.

Parkda eləcə də müasir idman və uşaq-əyləncə qurğuları quraşdırılıb. Ərazinin yaşıllıq sahəsinə çəmən örtük döşənib. Parkda 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib. 


Nizami Gəncəvi adına Mədəniyyət və İstirahət Parkı


1922-ci ildə salınan, 11,2 hektar ərazini əhatə edən bu park paytaxtın estetik görünüşünə uyğun gəlmirdi. Odur ki, parkda əsaslı yenidənqurma zərurəti yaranmışdı. Bu məsələ Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli sərəncamı ilə həllini tapdı.

1922-ci ildə salınmış parkın şəhərin estetik görünüşünə uyğunlaşdırılması məqsədilə onun ərazisində əsaslı təmir və yenidənqurma işləri həyata keçirildi, süni göl yaradıldı, amfiteatr və 1938-ci ildən mövcud olan yay kinoteatrı yenidən quruldu. Parkda müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar, idman qurğuları quraşdırıldı, uşaq əyləncə kompleksi yaradıldı. Parkın ərazisində yaşıllaşdırma işləri görüldü, minlərlə ağac-kol və dekorativ bəzək bitkiləri əkildi. Parkda həmçinin bağlı və açıq futbol meydançaları inşa olundu, qaçış üçün cığırlar, eləcə də velosiped yolları salındı. 


Gənclik parkı


Park Xətai rayonu ərazisində 43 hektar ərazini əhatə edir. Bir zamanlar baxımsız olan bu ərazidə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıya gözəllik verən park salınıb. Bu parkdan paytaxtın əsrarəngiz mənzərəsini seyr etmək olar. Parkda 300 minə yaxın ağac və kol əkilib. Eldar şamı, zeytun, kiparis, çinar, meyvə ağacları, alyandr gülləri, ardıc kolları parka xüsusi gözəllik verir.


"Antena" ərazisində park


Azərbaycan Prezidentinin 18 avqust 2023-cü il və 13 yanvar 2024-cü il tarixli sərəncamlarına əsasən, Nərimanov rayonunda - metronun "Gənclik" stansiyasının yaxınlığında - "Antena" sahəsi adlanan ərazidə salınıb. Parkın ərazisi 19 hektardır.

Yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün gözəl şərait yaradılıb. Burada müasir tələblərə cavab verən iki restoran inşa olunub. Həmçinin fəvvarə quraşdırılıb, amfiteatr tikilib. 

Müasir istirahət kompleksinin ərazisinin 14 hektarında yaşıllıq sahələri salınıb, 20 mindən çox ağac və kol əkilib. Parkda piyada və velosiped yolları çəkilib, uşaq-əyləncə və açıq hava şəraitində müasir məşq qurğuları ilə təchiz edilmiş idman meydançaları yaradılıb. Yeni parkla yaxınlıqdakı Dədə Qorqud parkını əlaqələndirən yeraltı keçid də inşa olunub.


Zərifə Əliyeva adına park


Paytaxtın ən səfalı yerlərindən birində salınan Zərifə Əliyeva adına istirahət parkı 6,2 hektar, ətrafındakı zeytun bağları isə 6 hektar sahəni əhatə edir.

Tikintisi 2000-ci ildə aparılan parkın açılışında Ulu Öndər Heydər Əliyev iştirak etmişdir. 2008-ci ildə parkda yenidənqurma işləri aparılmışdır.

Parkda akademik Zərifə Əliyevanın abidəsi və onun ətrafında fəvvarə, həmçinin idman meydançası var. İstirahət parkında Azərbaycanın müxtəlif iqlim qurşaqlarının florasına aid 2000 ağac və 4000 yaşıl kol əkilib.


Zəfər parkı


Zəfər parkının ümumi sahəsi 9,16, yaşıllıq zolağı 4,24 hektardır. Park Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən yaradılmışdır. Zəfər parkı Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədilə salınmışdır.

Bu parkın əlamətdar xüsusiyyətlərindən biri döyüş vaxtı düşməndən götürülmüş hərbi texnikaların burada qənimət kimi nümayiş olunmasıdır. 

Parkda həmçinin kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası, yaddaş bağçasının ətrafında isə istirahət guşələri salınıbdır. 

Zəfər parkının açılışı 8 noyabr 2024-cü ildə olmuşdur. Parkın açılışında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva iştirak etmişlər. 


Heydər parkı


Xətai rayonu ərazisində 14 hektar ərazini əhatə edən parkın açılışı 4 iyun 2000-ci ildə Ümummilli Liderin iştirakı ilə baş tutmuşdur. Heydər Əliyev parkda ağac əkmişdir. 

2007-ci ildə Prezident İlham Əliyevin göstərişi ilə Heydər parkı əsaslı təmir edilmişdir. Parkda möhtəşəm giriş qapısı tikilmiş, mövcud şəlalə genişləndirilmiş,  Heydər Əliyevin heykəli ucaldılmışdır. 2007-ci il oktyabr ayının 3-də parkın açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir.

Heydər parkını paytaxtın başqa parklarından fərqləndirən bir cəhəti xüsusi vurğulamaq gərəkdir. Bu park, sözün həqiqi mənasında, xalqlar dostluğu məkanına çevrilmişdir. Bununla da sanki Heydər Əliyevin arzularından biri yerinə yetirilmişdir.

Ukrayna dairəsi yaxınlığında yerləşən bu park bir tərəfdən Bakı və Neapol şəhərlərinin qardaşlaşması ilə əlaqədar Neapol küçəsi, digər tərəfdən isə paytaxtımızın Vyetnamın Vunq-Tau şəhərinin qardaşlığının rəmzi olan Vunq-Tau küçəsi ilə əhatə olunub.

Son illər Azərbaycan-Yaponiya dostluq münasibətləri o səviyyəyə çatıb ki, Heydər Əliyev parkında Yapon bağı salmaq qərara alınıb. Yapon bağının inşasında yerli mütəxəssislərlə bərabər, bir neçə yaponiyalı mütəxəssis də iştirak edib. Yapon bağında Xızı dağlarından gətirilən qaya və çay daşlarından inşa olunan şəlalə kompleksi qeyri-adiliyi ilə seçilir.


Mərkəzi park


Paytaxtın ən böyük, əhəmiyyətinə görə misilsiz parklarından biri - Mərkəzi park 20 hektar sahəni əhatə edir. Qeyri-adiliyi ilə seçilən parkın 14 hektarını ağaclar, kollar, güllər bəzəyir. Parkı Avstriya memarı Yans Hoffman layihələndirmişdir. 

Köhnə Sovetski və ya dağlı məhəlləsinin yerində salınan parkda 6 yerüstü piyada keçidi var. Keçidlər avtomobillərin intensiv hərəkət etdiyi Nəriman Nərimanov, Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrinin kəsişməsində inşa edilib. Parkda 7 istirahət və oyun meydançası, şahmat, nərd və idman qurğuları, balacalar üçün yelləncəklər var. Burada istirahət etmək üçün hər cür şərait yaradılıb. 

Mərkəzi parkda 9 fəvvarə inşa olunub. 2100-dən çox 19 növ ağac, 40 minə yaxın kol və gül əkilib.


Qış parkı 


Qış parkı Heydər Əliyev Sarayından başlayaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qədər uzanır. Parkın sahəsi 7 hektardır. 

Qış parkı salınarkən maraqlı hadisə baş verib - Füzuli küçəsi 39 ünvanında yerləşən möhtəşəm tarixi binanı sürüşdürmək zərurəti ortaya çıxıb. Ağırlığı 18 min ton, uzunluğu 52, eni 32, hündürlüyü 20 metr olan binanı 10,6 metr arxaya sürüşdürmək üçün Hollandiyanın "Bresser Eurasia BV" şirkəti dəvət olunub. Hazırlıqdan sonra şirkət 4 gün ərzində sürüşdürməni tamamlayıb.

Bu parkın üstünlükləri çoxdur. Məlumdur ki, paytaxtımız küləklər şəhəridir. Ətrafı uca binalarla əhatələndiyinə görə, Qış parkını isə külək tutmur. Həmçinin parkın altında böyük maşın dayanacağı var. Bu parkın bir üstünlüyü də ondan ibarətdir ki, şəhərin mərkəzindədir. Fəvvarələr meydanından Qış parkına birbaşa yol salınıb. 

Qış parkı 10 may 2013-cü ildə istifadəyə verilib. 


Mərkəzi Nəbatat Bağı


Bakıda Botanika bağının (indiki Mərkəzi Nəbatat Bağı) yaradılması haqqında təkliflər 1930-cu illərdə irəli sürülmüşdü. 1935-1938-ci illər ərzində burada institut binası, oranjereyalar, istixanalar, bağın əməkdaşları üçün yaşayış binası, emalatxanalar və təsərrüfat binalarının tikintisinə başlanıldı. Ardınca yaşıllaşdırma bölməsi təşkil olundu. 

1937-1940-cı illərdə bağ üçün nəzərdə tutulan ərazilərdə neft hasilatı məqsədilə bağın sahəsi azaldılaraq 16 hektara endirildi. 1960-cı ildə isə Ceyranbatan su anbarı tikildi və Botanika bağına kifayət qədər su verildi. Bu, bağda əkin və elmi-tədqiqat işlərinin genişləndirilməsinə şərait yaratdı və 16 hektar sahəyə yaxın olan 25 hektar da Botanika bağına verildi, beləliklə, bağın sahəsi 41 hektar oldu.

1978-1980-ci illərdə Botanika bağının abadlaşdırılması işlərinə yeni təkan verildi. AMEA Rəyasət Heyətinin qərarı ilə Botanika bağının adı da dəyişdirilərək Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı adlandırıldı. Bu gün  Mərkəzi Nəbatat Bağı paytaxtımızın ən səfalı, havası təmiz ərazisi hesab olunur.  Ailəvi gəzinti və istirahət üçün arzuolunan seyrangahdır. 

Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə şəhərimizdə yeni parkların salınması, mövcud park və xiyabanların əsaslı yenidən qurulması Bakının simasını dəyişməklə yanaşı, paytaxtda ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır. Bütün bunlar Prezident İlham Əliyevin gərgin əməyi, xalqına qayğısı və sevgisi sayəsində mümkün olur.


Qəzənfər PAŞAYEV,

Əməkdar elm xadimi, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın ilk ictimai bulud platforması “AZINCLOUD” istifadəyə verilib

19:36
14 May

Hantavirus COVID-19 qədər təhlükəli deyil  

19:33
14 May

Dünyada neft ehtiyatları azalır, qiymətlər isə artır

19:24
14 May

“FINCA Azerbaijan” innovativ məhsula görə mükafat alıb

19:13
14 May

Beyin hüceyrələri qorxulu xatirələrin silinməsinə necə kömək edir?

18:51
14 May

Pekində tarixi görüş

18:13
14 May

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir  

18:11
14 May

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması imkanları nəzərdən keçirilib  

18:11
14 May

Sabahdan WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələri cərimələnəcək  

18:10
14 May

Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb

18:09
14 May

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 

18:08
14 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:07
14 May

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

18:03
14 May

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

17:58
14 May

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

17:57
14 May

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

17:56
14 May

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

17:54
14 May

"EFES - 2026” təlimi davam edir

17:53
14 May

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

17:52
14 May

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:51
14 May

Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

17:46
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!