14 May 2026 18:08
197
SİYASƏT
A- A+
Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 


Mayın 14-də “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən ümumilikdə 114 ölkədən QHT təmsilçiləri qatılıb.

Əvvəlcə təşkilatın birillik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Qlobal Cənub dünya arenasında mühüm rol oynayır. Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir. Biz coğrafi, tarixi, mədəni cəhətdən və həmçinin tale etibarilə Qlobal Cənubun bir hissəsiyik.

O qeyd edib ki, Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi bütün çətinlikləri və problemləri, o cümlədən tarixi mirası tam və əhatəli şəkildə anlayır. Çünki Azərbaycan da müstəqillik illəri və bütün tarixi boyu bu çətinliklərin və problemlərin hamısından keçib.

Hikmət Hacıyev xüsusilə müstəmləkəçilik və neomüstəmləkəçilik elementlərini vurğulayıb. Nəzərə çatdırıb ki, Qlobal Cənub ölkələri tarixin müxtəlif dövrlərində bundan çox əziyyət çəkiblər. Bu, bəşəriyyətin üzündə bir yaradır, lakin təəssüf edirik ki, bu təcrübə qlobal müstəvidə yeni forma və təzahürlər alaraq davam etməkdədir. Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrlik edərkən neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərindən biri kimi müəyyən edib.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib ki, bugünkü görüş təkcə institusional bir mərhələ deyil, həm də Azərbaycanda keçirilən COP29 zamanı yaranan həmrəylik, dialoq və əməkdaşlıq ruhunun, Qlobal Cənubun yaradılmasının davamıdır. Eyni zamanda, Azərbaycanın Cənub-Cənub əməkdaşlığının gücləndirilməsi, dialoq və praktiki fəaliyyət üçün inklüziv beynəlxalq platformalar yaratmaq baxımından davamlı öhdəliyidir.

Onun sözlərinə görə, bu platforma dialoq üçün bir məkan olmaqdan daha çoxdur. Bu, fəaliyyət qüvvəsidir. Bu gün Bakıda Baş Assambleyanın keçirilməsi bu vizyonun reallığa çevrildiyinin açıq göstəricisidir.

Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Qlobal Cənub Platformasının vətəndaş cəmiyyətinin mühüm və qalıcı miraslarından biri kimi qəbul edildiyini deyib. Bildirib ki, Platforma artıq beynəlxalq təşkilatlar və nüfuzlu mərkəzlər tərəfindən tanınır.

Tədbirdə, həmçinin BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç BMT Baş katibinin Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının iştirakçılarına ünvanladığı müraciəti səsləndirib.

Müraciətdə bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın çoxtərəflilik, beynəlxalq əməkdaşlıq və qlobal səviyyədə inklüziv iştirakın təşviqi istiqamətindəki davamlı səylərini yüksək qiymətləndirir.

Qeyd edilib ki, Qlobal Cənub QHT Platforması qlobal həmrəylik, dialoq və tərəfdaşlıq üçün mühüm mexanizm rolunu oynayır. Müraciətdə, həmçinin inklüziv inkişafın təşviqi, dayanıqlılığın gücləndirilməsi, effektiv çoxtərəflilik və əməkdaşlığın möhkəmləndirilməsi, xüsusilə Qlobal Cənuba dəstək baxımından qlobal öhdəliklərin yerinə yetirilməsinin və heç kimin diqqətdən kənarda qalmamasının vacibliyi vurğulanıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva nəzərə çatdırıb ki, bu gün dünya mürəkkəb geosiyasi böhranlar, iqlim dəyişikliyi, humanitar çağırışlar və artan bərabərsizliklərlə üz-üzədir. Belə bir dövrdə Qlobal Cənubun baxış bucağı daha aydın və daha güclü şəkildə eşidilməlidir.

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Khatib tədbirin əhəmiyyətini qeyd edib. O, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin vətəndaş cəmiyyətinin Cənub-Cənub və üçtərəfli əməkdaşlığın inkişafında əvəzolunmaz olduğuna tam inandığını söyləyib.

Birləşmiş Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutunun Məsləhət Şurasının sədri Luis Gallegosun sözlərinə görə, bu gün xalqlarımızın və ölkələrimizin üzləşdiyi çoxsaylı çağırışlarla mübarizə aparmaq üçün əvvəlkindən də daha çox birləşməyimiz tələb olunur.

Dağıdıcı hərəkətlərə, parçalanmaya yox deyən Luis Gallegos dialoq, danışıqlar və konsensusun yaradılmasının vacibliyini qeyd edib.

Somali Federativ Respublikası Prezidentinin müşaviri, “Sadar” İnstitutunun təsisçisi və baş icraçı direktoru Mohamed Osman Mohamoud bildirib ki, Azərbaycan bu gün həm regional, həm də sivilizasiyalar arasında bir körpü kimi çıxış edir, dialoqun, sülhün və dayanıqlı inkişafın təşviqi istiqamətində mühüm addımlar atır.

İsveçrənin Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi Nidal Salim qeyd edib ki, Qlobal Cənubda sürətli şəhər transformasiyası dövründə forumun ilk dəfə Cənubi Qafqazda keçirilməsi xüsusilə əhəmiyyətlidir. Bu tədbir beynəlxalq görüşdən daha artığıdır. Bu gün Qlobal Cənub insanlığın əsasən Afrikada, Asiyada, Latın Amerikasında və digər inkişaf etməkdə olan regionlardakı şəhərlərdə yaşayacağı bir dövrə qədəm qoyub.

Tədbir çərçivəsində Qlobal Cənub QHT Platformasının institusional strukturu və fəaliyyət mexanizmlərinə dair çərçivə sənədi qəbul edilib.

Daha sonra Qlobal Cənub QHT Platformasının (GSNP) Baş katibi və regionlar üzrə onun müavinləri seçilib.

Azərbaycan təmsilçisi Fuad Kərimli GSNP-nin Baş katibi seçilib. Beləliklə, qarşıdakı 5 il müddətində təşkilata sədrliyi Azərbaycanın QHT təmsilçisi edəcək. Keniya təmsilçisi Mithika Mwenda GSNP Baş katibinin Afrika regionu, Özbəkistan təmsilçisi Bobur Bekmurodov Asiya regionu, Ekvador təmsilçisi Luis Gallegos Latın Amerikası regionu, Filippindən olan Cecile Guidote-Alvarez isə Sakit okean regionu üzrə müavini seçiliblər.

GSNP-nin rəhbər strukturuna seçilənlər təqdimatlarla çıxış ediblər.

Sonra Baş Assambleya işini panel iclasları ilə davam etdirib.

"Qlobal Cənub: Mövqelərin tənzimlənməsi və strateji əməkdaşlıq" mövzusunda panel iclasa Qlobal Cənub QHT Platformasının Baş katibi Fuad Kərimli moderatorluq edib.

Birləşmiş Millətlər Universitetinin (UPEACE) Vyana və Cenevrədəki BMT ofisləri yanında səfiri David Fernandez Puyana, BMT-nin Məskunlaşma Proqramının İdarə Heyətlərinin keçmiş katibi və Hökumətlərarası Əlaqələr şöbəsinin rəhbəri Christian Mensah, Meksikanın Azərbaycandakı keçmiş səfiri Rodrigo Labardini və Keniyanın Maasai Mara Universitetinin rektoru Peninah Aloo-Obudho Azərbaycanda keçirilən Baş Assambleyanın Birləşmiş Millətlər Təşkilatının xalqlarının dünyanın ən vacib çoxtərəfli və qlobal təşkilatı olan BMT-nin dəyərlərini, ruhunu və məqsədini necə təmsil etdiyinə dair aydın nümunə olduğunu diqqətə çatdırıblar. Çıxışçılar Azərbaycanın yerli aktorlar ilə qlobal çərçivələr arasında körpü rolunu oynayan platformanın gələcəkdə institusionallaşdırılmasına uzunmüddətli inkişaf baxımından yaxşı mövqedə olduğunu qeyd ediblər. Onlar, həmçinin Qlobal Cənubda sosial-iqtisadi bərabərliyin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbir çərçivəsində keçirilən ikinci panel iclasın mövzusu isə “Bakı Şəhərsalma Həftəsi: İnklüziv inkişaf və davamlı şəhər modelləri - Qlobal Cənub təcrübəsi” olub.

Qlobal Cənub QHT Platformasının nümayəndəsi Nədimə Rəhimlinin moderatorluğu ilə keçirilən panel iclasda iqlim dəyişikliyi üzrə ekspert İsa Əliyev, Əlilliyi olan şəxslərin hüquqları üzrə "I Am Human" Cəmiyyətinin sədri Asiya Abdel Mutaleb Yaği, “Elm və Texnologiya üçün Bir kəmər, bir yol Alyansı” baş katibinin müavini, professor Renying Li, Qlobal Sülh məzunu, hüquqşünas və qlobal sülh səfiri, İctimai Siyasətlər və Diplomatiya İnstitutunun (IPPDR) regional direktoru Blanca Mujica Acuna Judith çıxış ediblər. Çıxışlarda bildirilib ki, bu mövzu artıq bütün bəşəriyyəti narahat edən strateji bir çağırışdır. Müasir dövrümüzdə dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və proqnozlara görə yaxın 20-30 ildə bu rəqəm 70 faizdən çox olacağı gözlənilir. Bu isə artıq şəhərlərin gələcək dünyanın taleyində oynayacağı mühüm roldan xəbər verir. Bu baxımdan şəhərlər yeni-yeni çağırışlar yaradır və davamlı şəhərsalma siyasətinin gələcəkdə vacibliyini aydın şəkildə göstərir. Qeyd edilib ki, inklüziv şəhər tək bir element üzərində deyil, gündəlik həyatı formalaşdıran qarşılıqlı əlaqəli sistemlər üzərində qurulur. Eyni zamanda, inklüziv iqtisadiyyat olmadan inklüziv şəhər mövcud ola bilməz.

Sonda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyada neft ehtiyatları azalır, qiymətlər isə artır

19:24
14 May

“FINCA Azerbaijan” innovativ məhsula görə mükafat alıb

19:13
14 May

Beyin hüceyrələri qorxulu xatirələrin silinməsinə necə kömək edir?

18:51
14 May

Pekində tarixi görüş

18:13
14 May

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir  

18:11
14 May

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması imkanları nəzərdən keçirilib  

18:11
14 May

Sabahdan WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələri cərimələnəcək  

18:10
14 May

Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb

18:09
14 May

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 

18:08
14 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:07
14 May

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

18:03
14 May

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

17:58
14 May

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

17:57
14 May

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

17:56
14 May

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

17:54
14 May

"EFES - 2026” təlimi davam edir

17:53
14 May

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

17:52
14 May

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:51
14 May

Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

17:46
14 May

Almaniyadan xəbərdarlıq: Süni intellekt kibercinayətkarlığı artırır

17:39
14 May

Körfəz ölkələri minlərlə yük maşını ilə quru yoluna keçir

17:31
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!