13 May 2026 18:20
46
Mədəniyyət
A- A+
Anadan olmasının 83-cü ildönümü münasibətilə Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub

Anadan olmasının 83-cü ildönümü münasibətilə Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub


Anadan olmasının 83-cü ildönümü münasibətilə Azərbaycanın Xalq yazıçısı, dövlət və siyasi xadimi Elçin Əfəndiyevin I Fəxri xiyabanda məzarı ziyarət olunub.

Yazıçının ailə üzvləri, sənət yoldaşları, dostları onun xatirəsini anaraq məzarı üzərinə güllər düzüblər.

Tədbirdə Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Xalq yazıçısı Anar, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Özbəkistan  Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Milli Kitabxananın direktoru, professor  Kərim Tahirov, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Hacı İsmayılov, teatrşünas-tənqidçi, əməkdar incəsənət xadimi İlham Rəhimli, Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu çıxış edərək, Elçinin Azərbaycan ədəbiyyatına və ictimai-siyasi həyatına verdiyi töhfələrdən danışıblar.

Çıxışlarda Elçin Əfəndiyevin şəxsiyyəti, yaradıcılığı, zəngin irsi, milli-mənəvi dəyərlərə bağlılığı, dövlətçilik fəaliyyəti xüsusi vurğulanıb.

Yazıçının qızı, Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva ailə üzvləri adından tədbir iştirakçılarına minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Elçin Əfəndiyev 1993-cü ildən 2018-ci ilə qədər Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb. “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenlərinə, eləcə də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

O, ötən ilin 3 avqust tarixində 82 yaşında vəfat edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cənubi Afrikada fövqəladə vəziyyət elan edilib

18:28
13 May

Yaxın Şərqdəki gərginlik amerikalılara 37 milyard ABŞ dollarına başa gəlib

18:22
13 May

Anadan olmasının 83-cü ildönümü münasibətilə Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub

18:20
13 May

İqtisadi bərabərsizlik dünyanın ən varlı ölkələrində uşaqların rifahına xələl gətirir

18:18
13 May

Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib? Açıqlama

18:16
13 May

Ürək xəstələri ilə bağlı ümidverici araşdırma

18:16
13 May

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb  

18:14
13 May

Azərbaycan və Slovakiya parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

18:13
13 May

Ötən ay OPEC-in gündəlik neft hasilatı 19 milyon bareldən aşağı enib

18:11
13 May

Ekspert: Süni intellekt şirkətləri dezinformasiyanı tanıyan neytrallıq filtrləri və rəqəmsal su nişanları tətbiq etməlidirlər  

18:10
13 May

Qlobal siyasətdə yeni nizamsızlıq

18:07
13 May

PAŞA Bank kiçik və orta biznes üçün yeni kampaniyaya start verib

17:59
13 May

Naxçıvanda sənaye istehsalı 13,9 faiz artıb

17:53
13 May

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

17:43
13 May

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!