19 Oktyabr 2026 15:46
246
SİYASƏT
A- A+
Parlament sədrləri beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar  

Parlament sədrləri beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar  


Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfəri çərçivəsində bu ölkənin Joqorku Keneşinin sədri Marlen Mamatalıyev ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə xalqlarımız arasında tarixi-mədəni, milli-mənəvi bağların əhəmiyyəti vurğulanaraq, bu gün dövlətlərimiz arasında mövcud olan yüksəksəviyyəli münasibətlərdən, həyata keçirilən qarşılıqlı səfərlərdən, görüşlərdən və təmaslardan məmnunluq ifadə olunub. Tərəflər Azərbaycan-Qırğızıstan qardaşlıq münasibətlərinin inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini təsdiqləyiblər.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına son dövlət səfərinin mühüm hadisə olduğu və münasibətlərimizin müttəfiqlik səviyyəsinə yüksəlməsinə töhfə verdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan və Qırğızıstanın dövlət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edərək bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsini təmin edib.

Görüşdə humanitar əlaqələrin inkişafı, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran addımların əhəmiyyəti ilə bağlı da fikirlər səsləndirilib. Marlen Mamatalıyev Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstan xalqının hədiyyəsi olan orta məktəbin, eləcə də Bişkekdə Heydər Əliyev adına məktəb-gimnaziya kompleksinin və Nizami Gəncəvi adına məktəbin xalqlarımız arasında səmimi dostluğun və qardaşlıq münasibətlərinin rəmzi olduğunu qeyd edib. O, Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldıldığını və bunu böyük Qırğız yazıçısının xatirəsinə diqqət və ehtiram kimi yüksək qiymətləndirdiklərini deyib.

Sahibə Qafarova da xalqlarımızı birləşdirən tarixi, mədəni və mənəvi köklərin münasibətlərimizin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, parlamentlər arasında münasibətlərin bu istiqamətdə əhəmiyyətini qeyd edib.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin münasibətlərimizin yüksək səviyyəsinə uyğun olaraq daha da inkişaf etdiyi vurğulanıb, parlament komitələrinin və dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Söhbət zamanı parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsində Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) çərçivəsində əməkdaşlığın mühüm rol oynadığı vurğulanıb. Həmçinin türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini də vurğulayıblar. Bu platformalarda hər zaman qarşılıqlı dəstəyin hiss olunduğu qeyd edilib və ölkələrimizin gələcəkdə də bir-birini dəstəkləməyə davam edəcəklərinə əminlik ifadə olunub.

Görüşdə parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və bir sıra məsələlərə dair razılıq əldə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İdarə Heyətinin sədri: 308 min 945 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib  

17:02
19 Oktyabr

Zəngilan “Böyük Qayıdış” strategiyasının və yeni inkişaf modelinin ən parlaq nümunəsidir  

16:59
19 Oktyabr

Azərbaycan energetiklərinin təltif edilməsi haqqında

16:42
19 Oktyabr

Xəzər dənizinin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub  

16:13
19 Oktyabr

Beynəlxalq Sumo Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib  

16:12
19 Oktyabr

Mərkəzi Asiya ölkələri və ABŞ Səmərqənd görüşünün yekunlarına dair Birgə Bəyanat qəbul edib  

15:56
19 Oktyabr

Parlament sədrləri beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar  

15:46
19 Oktyabr

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

15:33
19 Oktyabr

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub  

15:32
19 Oktyabr

Azərbaycana avtomobil axını səngiyib  

15:20
19 Oktyabr

Kino Agentliyi: “44” bədii filmini kinoteatrda icazəsiz lentə alanlar məsuliyyətə cəlb olunacaqlar  

15:07
19 Oktyabr

Makronun idarəçiliyi iflasa uğrayıb   

15:07
19 Oktyabr

Parisdə aksiyalarla əlaqədar 557 nəfər saxlanılıb

15:01
19 Oktyabr

Fransanın növbəti qərəzi: Paris uğursuzluğuna bəhanə axtarır

14:39
19 Oktyabr

Zelenski bir gecədə 10-dan çox energetika infrastrukturu obyektinin zədələndiyini bildirib  

14:17
19 Oktyabr

Paşinyanı sülhə məcbur edən “Dəmir yumruq” olub  

14:04
19 Oktyabr

Təl-Əviv-Vyana reysi bomba təhlükəsi səbəbindən Sofiyada təcili eniş edib  

13:31
19 Oktyabr

Şirvanda Müstəqilliyin Bərpası Günü qeyd olunub  

13:30
19 Oktyabr

Azərbaycan səfiri etimadnaməsini Malayziya Kralına təqdim edib  

13:26
19 Oktyabr

Sabah hava necə olacaq? Proqnoz

13:25
19 Oktyabr

Azərbaycan Ümumdünya Qadın Parlamentarilər Forumunda təmsil olunub  

13:24
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!