Olimpiadada futbol və softbol yarışları start götürdü
Tokioda keçirilən Yay Olimpiya Oyunlarında softbol üzrə ABŞ-ın qadınlardan ibarət yığma komandası ardıcıl olaraq iki qələbə qazanıb.
Bu dəfə amerikalılar Kanadaya 1:0 hesabı ilə qalib gəliblər. Yaponiya millisi isə gərgin görüşdə Meksikanı 3:2 hesabı ilə üstələyib. Qeyd edək ki, yaponlar da artıq ikinci qələbəyə seviniblər. Hazırda turnir cədvəlində birinci yeri tutan Yaponiya əlavə göstəricilərə görə, ABŞ-ı geridə qoyur. Qrup turnirinin yekununa görə, birinci və ikinci yerləri tutan kopmandalar qızıl medal uğrunda mübarizə aparacaqlar.
İyulun 22-də Tokio Olimpiadası çərçivəsində kişilər arasında futbol üzrə yarışlara da start verilib. Oyunların rəsmi açılış mərasimi iyulun 23-nə planlaşdırılsa da, ənənəyə görə, bəzi idman növləri üzrə yarışlar artıq başlayıb.
“A” qrupunda Meksika millisi Fransa yığmasını 4:1 hesabı ilə məğlub edib.
“B” qrupunda Yeni Zelandiya millisi Cənubi Koreyadan güclü olub - 1:0.
“C” qrupunda Misir-İspaniya oyununda hesab açılmayıb - 0:0.
“D” qrupunda isə Kot-Divuar millisi Səudiyyə Ərəbistanı yığmasına 2:1 hesabı ilə qalib gəlib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
29 Aprel
Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısına qatılıb
29 Aprel
Bu ölkə Türkiyə ilə sərhəddə hərbi baza yaradır
29 Aprel
BMT iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri haqqında hesabat təqdim edib...
29 Aprel
Qarabağda istifadəyə verilmiş hava limanlarının təhlükəsizliyi yeni texnologiyalarla təmin edilir...
29 Aprel
Prezident İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib YENİLƏNƏCƏK...
29 Aprel
ABŞ Qırmızı dəniz üzərində beş pilotsuz uçuş aparatını vurub
29 Aprel
Azərbaycan taekvondoçuları Prezident Kubokunda 12 medal qazanıblar
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!