29 Aprel 2024 11:57
227
İQTİSADİYYAT
A- A+

Qarabağda istifadəyə verilmiş hava limanlarının təhlükəsizliyi yeni texnologiyalarla təmin edilir

 

Azərbaycanda aviasiyanın təhlükəsizliyi yeni texnologiyaların tətbiqi ilə yüksək səviyyədə təmin edilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri TRASECA proqramının Hökumətlərarası Komissiyasının Daimi Katibliyində Azərbaycanın təmsilçisi Rüfət Bayramov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən mövcud hava limanları ilə yanaşı işğaldan azad edilən Qarabağ bölgəsində də 3 hava limanı inşa edilib.

“Onlardan 2-si artıq fəaliyyət göstərir, 1-nin tikintisi isə davam edir. Bu hava limanları Azərbaycanın aviasiya vasitəsilə yük və sərnişindaşıma, eləcə də, tranzit potensialını artırıb ki, bu səbəbdən onların təhlükəsizliyinin təmin olunması aktual xarakter daşıyır. Bununla əlaqədar olaraq yeni radar müşahidə sistemləri və yeni texnologiyaların imkan verdiyi digər vasitələrlə təhlükəsizlik tədbirləri həyata keçirilir”, - deyə R.Bayramov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video