07 May 2026 09:45
2563
Oxucu məktubları
A- A+
Nümunəvi ailə - sağlam cəmiyyət və möhkəm dövlət deməkdir

Nümunəvi ailə - sağlam cəmiyyət və möhkəm dövlət deməkdir


Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri ailə münaqişələri zamanı yaranan problemlərin həllində yaxından iştirak edirlər. Bu zaman bizi ən çox incidən və rahatsız edən - valideynlərə və uşaqlara olan münasibətdir. Çünki həm yaşlılar, həm də uşaqlar qayğıya, köməyə daha çox ehtiyac duyurlar. 

Bu sahədə dövlətimiz kifayət qədər iş görsə də, əsas məsuliyyət ailələrin üzərinə düşür. Çünki dövlətimizin qanunları ilə bərabər, bizim ən dəyərli sərvətimiz xalqımızın yazılmamış qanunları, dəyərli adət-ənənələridir. O ənənələr ki, indi onlar yaxşı qorunmur.

Bu yaxınlarda rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovla bir ailədə olduq. Ananın üç oğlu, üç gəlini vardı. Boylu-buxunlu, yaraşıqlı oğlanlar və gözəl gəlinlər. Yəqin ki, üç oğul dünyaya gələndə anaya gözaydınlığı verib, onu bəxtəvər qadın adlandırıblar. Amma gördüyümüz mənzərə bizdə heç də bu təəssüratı yaratmadı. Ana oğlanlarından biri ilə yaşayırdı. Biz həyətə daxil olanda qoca qadın yuduğu paltarları güc-bəla ilə ipə sərirdi. Hiss olunurdu ki, o, oğlu, gəlini və nəvələri ilə bir evdə yaşasa da, onlar üçün yad bir insandır. Bir azdan o biri oğullar və gəlinlər də gəldilər. Söz-söhbət başladı. Ananın övladlarıyla mübahisə etdiyini və bu zaman nələr çəkdiyini görmək ağır idi. Mülk üstündə mübahisələr, hər şeyin ən yaxşısını asan əldə etmək arzusu bəzi insanlarda o qədər güclənib ki, müqəddəs qohumluq bağları qırılır, münasibətlər korlanır və bunun acısını valideynlər çəkirlər.

Rayonumuzun başqa bir kəndində isə gənc qadın iki övladını atıb tanımadığı, sosial şəbəkə vasitəsilə tanış olduğu insana qoşulub qaçıb. İndi paytaxtda yüngül həyat tərzi keçirir. Bu qadın həyatında kəndindən başqa heç yeri görməmişdi. Yetimçiliklə böyüyüb ailə qurmuşdu, övlad sahibi olmuşdu. Çətinliklə dolanırdılar. Odur ki, övladlarına yaxşı həyat yaşatmaq istəyirdi, əvəzində telefondakı dələduzların toruna düşdü. İndi sosial şəbəkələrdə insan alveri ilə məşğul olan qadınların ikrah doğuran sifətlərinə baxanda düşünürsən ki, bəlkə o bədbəxt yetimlər də dələduzların əməllərinin qurbanı olublar. Bildiyimiz odur ki, haqqında söhbət apardığımız həmin qadın birdəfəlik həyat yoldaşının da, övladlarının da qəlbindən silinib.

Mən o qadına haqq qazandırmıram, ona ana deməyə də dilim gəlmir. Amma dilim gəlir deyim ki, ailələrin dağılmasına, insanların bədbəxtliyinə səbəb olanlara elə cəza verilməlidir ki, belə çirkin işlə məşğul olmağa heç kim risk etməsin.

Azərbaycan qadınının saf, təmiz adını qorumaq üçün bütün cəmiyyət birgə səy göstərməlidir. Amma nə edəsən ki, gecə-gündüz bəzi efirlərdən düşməyən "müğənni"lərin vulqar geyimləri, dəyərlərimizə uyğun gəlməyən serialların nümayişi buna imkan vermir. Elə bunların nəticəsidir ki, cəmiyyətdə ailə dəyərlərinə münasibət dəyişib. İndi valideynlərin də, elə gənc qızların özlərinin də elçi gələnlərə ilk sualı ailənin maddi durumu ilə bağlı olur. Bəzi analar bəri başdan elçilərə bildirirlər ki, "mənim qızım gedib qayınana-qayınataya qulluq etməyəcək, ev işləri görməyəcək". Onsuz da indi evdə işlərin çoxunu məişət texnikaları görür. Ancaq heç bir texnika ailə ocağındakı istiliyi yaratmağa qadir deyil və bu, qadınlarımızın üzərindədir. Belə olmayanda boşanmaların sayı artır, uşaqlar valideynlərin birindən ayrı yaşamaq məcburiyyətində qalırlar. Bu da körpə yaşlarından onlara ağır zərbə olur.

Boşanmaların bir səbəbi də erkən nikahdır. Hazırda bütün cəmiyyətimiz buna qarşı ciddi mübarizə aparır. Qızların vaxtından əvvəl ailə qayğılarını çiyinlərinə götürmələrinin zərəri barədə yüzlərlə canlı nümunə göstərmək olar. Amma nə xeyri, hələ də bəzi valideynlər bundan nəticə çıxarmırlar. Nədir onları buna məcbur edən? Əksər halda yenə də maddiyyat. Düşünürlər ki, imkanlı adamdır, gedib hazır evdə yaşayacaq, əziyyət çəkməyəcək. Belə valideynlər unudurlar ki, həyatda hər şeydən üstün övladının sağlamlığı, onun mənəvi dünyasının rahat olmasıdır. Nikah yaşından tez ailə qurarkən məhz bunlar itirilir.

Hazırda nikaha daxil olan gənclərdən sağlamlıq haqqında arayışın tələb edilməsi, qohumlar arasında nikahın qadağan  olunması və hətta bu günlərdə müzakirə edildiyi kimi, narkoloji dispanserdən də  arayış istənilməsi ailələrimizin qorunmasına, xəstə uşaqların dünyaya gəlməməsinə xidmət edir. 

Azərbaycanda, o cümlədən rayonumuzda yüzlərlə, minlərlə ailə var ki, onlar hər kəsə nümunə ola bilər. Belə ailələrdə böyük-kiçiyin yeri, ər-arvad arasında qarşılıqlı hörmət, valideynlərlə uşaqlar arasında pərdə var. Bu isə təkcə nümunəvi ailə yox, həm də sağlam cəmiyyət və möhkəm dövlət deməkdir. 


Svetlana BAĞIROVA,

Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik  

17:13
09 Oktyabr

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

17:12
09 Oktyabr

 Gəncədə voleybol festivalı keçirilmişdir

17:09
09 Oktyabr

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir  

16:52
09 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

16:50
09 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB 

16:49
09 Oktyabr

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib  

16:48
09 Oktyabr

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb  

16:47
09 Oktyabr

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər  

16:46
09 Oktyabr

Qlobal bağlantıların mərkəzi   

16:41
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı regional əməkdaşlıq məkanının formalaşmasına xidmət edir  

16:38
09 Oktyabr

Maaşlarımız artır- orta əməkhaqqı 1 173 manata çatıb 

16:34
09 Oktyabr

Məqsəd “Altı iqtisadiyyat – bir “məhsul”dur  

16:22
09 Oktyabr

Azərbaycanlılar nə qədər xərcləyirlər? 

16:18
09 Oktyabr

Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir-birinə bağlayan əsas güc mərkəzi  

16:17
09 Oktyabr

Regional təşkilatların aparıcı gücü   

16:09
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri münasibətlərində yeni mərhələ

15:59
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!