24 Sentyabr 2026 09:50
196
İDMAN
A- A+
"Formula-1": Bakıda yubiley həyəcanı

"Formula-1": Bakıda yubiley həyəcanı


Bu gün Bakıda sürət, həyəcan və adrenalin yenidən bir araya gəlir. Paytaxtımız "Formula-1" Qatar Airways Azərbaycan Qran-prisinin onuncu - yubiley yarışına evsahibliyi edir. Sentyabrın 24-dən 26-dək davam edəcək yarış həftəsonu Azərbaycan paytaxtını növbəti dəfə dünyanın əsas avtoidman mərkəzlərindən birinə çevirəcək. Bu gün saat 12:30-da keçiriləcək ilk sərbəst yürüşlə "Formula-1" bolidləri Bakı Şəhər Halqasına çıxacaq. İkinci sərbəst yürüş saat 16:00-da başlayacaq. Sabah pilotları üçüncü sərbəst yürüş və sıralanma turu, sentyabrın 26-da isə əsas mübarizə gözləyir. Ənənədən fərqli olaraq, builki Azərbaycan Qran-prisinin əsas yarışı bazar günü deyil, şənbə günü saat 15:00-da keçiriləcək.

Builki yarış Bakı üçün xüsusi əhəmiyyət daşıyır. Düz on il əvvəl, 2016-cı ildə "Formula-1" bolidləri ilk dəfə paytaxtımızın küçələrində mübarizəyə qoşulmuşdu. Həmin yarış Avropa Qran-prisi adı altında keçirildi. 2017-ci ildən etibarən isə Bakı mərhələsi Azərbaycan Qran-prisi adını aldı və qısa müddətdə "Formula-1" təqviminin özünəməxsus yarışlarından birinə çevrildi. 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən yarış keçirilmədiyindən, 2026-cı il Bakı Şəhər Halqasında "Formula 1"in onuncu yarışı oldu.

Bakı Şəhər Halqasının uzunluğu 6,003 kilometrdir. Pilotlar əsas yarışda 51 dövrə vuraraq 306,049 kilometr məsafə qət edəcəklər. Şəhər trasının özünəməxsusluğu ondadır ki, burada tamamilə fərqli xarakterli hissələr bir-birini əvəz edir. Xəzər sahili boyunca uzanan yüksəksürətli hissələrdən sonra pilotlar İçərişəhərin dar küçələrinə daxil olurlar. Tarixi qala divarlarının ətrafından keçən hissədə baryerlər bolidlərə olduqca yaxın yerləşir və ən kiçik səhv belə yarışın taleyini dəyişə bilər. Məhz bu xüsusiyyətlərinə görə Bakı Şəhər Halqası həm pilotların ustalığını, həm də komandaların texniki hazırlığını ciddi sınağa çəkir.

Bakı komandaların bolid sazlaması baxımından da mürəkkəb seçim qarşısında qaldığı traslardan biridir. Uzun düzlüklərdə maksimal sürət əldə etmək üçün aerodinamik müqaviməti azaltmaq lazımdır. İçərişəhərin dar və texniki döngələrində isə əksinə, bolidin asfaltla təmasını gücləndirən daha yüksək aerodinamik yüklənməyə ehtiyac yaranır. Bu iki tələbin optimal balansını tapmaq mühəndislərin əsas vəzifələrindən biridir. Üstəlik, şəhər traslarında təhlükəsizlik zonalarının məhdud olması və baryerlərin yaxınlığı sürücülərin səhv etmək imkanını minimuma endirir.

Bakı Şəhər Halqasının qısa tarixində kifayət qədər dramatik yarışlar da yaşanıb. Xüsusilə 2017-ci il Azərbaycan Qran-prisi "Formula-1" tarixinin yaddaqalan yarışlarından biri olub. Həmin gün yarış ərzində 42 ötmə qeydə alınmışdı. Təhlükəsizlik avtomobilinin arxasında Lyuis Hemiltonla Sebastyan Fettel arasında baş verən insident də uzun müddət müzakirə olunmuşdu. Onuncu yerdən start götürən Daniel Rikkardo isə yarışın sonunda qələbə qazanmışdı. Sonrakı illərdə də dəfələrlə göstərildi ki, start mövqeyi yekun nəticəyə təminat vermir. Təhlükəsizlik avtomobili, təkər strategiyası, qəza və texniki nasazlıq bir neçə dəqiqə ərzində bütün qüvvələr nisbətini dəyişə bilir.

Ötən il də Bakı gözlənilməz hadisələrdən kənarda qalmadı. Maks Ferstappen 2025-ci il Azərbaycan Qran-prisində poul mövqeyindən start götürərək bütün 51 dövrəni lider tamamladı və qələbə qazandı. Corc Rassell ikinci, Karlos Sayns isə üçüncü oldu. Kimi Antonelli isə sıralanma turunu dördüncü pillədə başa vurduğu kimi, yarışı da dördüncü yerdə tamamladı. İndi italiyalı pilot Bakıya tamam başqa statusda - dünya çempionatının lideri kimi qayıdıb.

2026-cı il mövsümünün ilk 14 Qran-prisindən səkkizində qalib gələn Antonelli hazırda çempionluq mübarizəsinin əsas fiqurudur. Mercedes pilotu sonuncu - Madrid mərhələsində də finiş xəttini birinci keçib. Bununla da o, komanda yoldaşı Corc Rassellə xal fərqini 81-ə çatdırıb. Bakıda Antonellinin çıxışı buna görə xüsusilə izlənəcək. Diqqət mərkəzində olacaq pilotlardan biri də Maks Ferstappendir. Niderlandlı sürücü 2022 və 2025-ci illərdə Bakıda qələbə qazanıb. Azərbaycan Qran-prisində iki qələbəsi olan digər pilot Serxio Peresdir. Ferstappen bu il yenidən qalib gəlsə, Bakı yarışında üç qələbəyə çatan ilk pilot olacaq. Ferrari pilotu Şarl Lekler də Bakı Şəhər Halqasında sürətli bir dövrə vurmaq bacarığını dəfələrlə nümayiş etdirib. Bu səbəbdən sıralanma turu da yarış həftəsonunun ən maraqlı hissələrindən biri olmağa namizəddir.

Yubiley Qran-prisinin əhəmiyyəti yalnız tras üzərindəki mübarizə ilə məhdudlaşmır. On il ərzində Bakıda "Formula-1" yarışlarının təşkili böyük təcrübə məktəbinə çevrilib. Yarış həftəsində təxminən 2 min könüllünün təşkilati proseslərə qoşulması nəzərdə tutulur. Bakı Şəhər Halqasının məlumatına görə, 2016-cı ildə könüllü proqramına təxminən 7 min namizəd qeydiyyatdan keçmişdisə, 2026-cı ildə müraciətlərin sayı rekord həddə - 49 minə çatıb. Ötən on ildə isə ümumilikdə 20 mindən çox könüllü Bakı yarışlarının təşkilində iştirak edib.

Marşal proqramının inkişafı da Azərbaycan Qran-prisinin onillik tarixinin mühüm nəticələrindən biridir. Son on ildə marşal olmaq üçün 35 mindən çox müraciət daxil olub. 2017-ci ildə müraciət edənlərin sayı 2379 nəfər olduğu halda, 2026-cı ildə bu rəqəm 4201 nəfərə yüksəlib. Yubiley yarışında 40 post üzrə təxminən 1100 marşalın çalışması nəzərdə tutulur. Bundan başqa, 40 ölkədən 110 beynəlxalq marşal yarışın təşkilinə cəlb ediləcək. Əgər ilk Bakı yarışında marşal heyətinin əhəmiyyətli hissəsi xaricdən gəlirdisə, sonrakı illərdə yerli mütəxəssislərin sayı sürətlə artıb. Bu gün azərbaycanlı marşallar artıq başqa ölkələrdə keçirilən beynəlxalq yarışlarda da təcrübələrini bölüşürlər. 2022-ci ildə isə Bakı yarışındakı postlardan birinin tamamilə qadın marşallardan təşkil edilməsi "Formula-1" tarixində ilk belə nümunə kimi qeydə alınıb.

Azarkeş marağının artması Bakı Şəhər Halqasının infrastrukturunda da özünü göstərir. Son üç ildə dörd yeni tribunanın quraşdırılması nəticəsində tamaşaçı yerlərinin sayı 6 mindən çox artırılıb. Bu il yeni "City" tribunasının istifadəyə verilməsi ilə tribunaların ümumi tutumu 21 min nəfəri keçib. Ötən il yarış həftəsonu ərzində Bakı Şəhər Halqasına 90 mindən çox tamaşaçı gəlmişdi. Yubiley yarışı ərəfəsində müşahidə edilən maraq "Formula-1"in artıq Bakının beynəlxalq tədbirlər təqvimində sabit yer tutduğunu göstərir.

"Formula-1" həftəsi həmçinin Bakıya xarici azarkeşlərin, media nümayəndələrinin və avtoidman mütəxəssislərinin axınını artırır, mehmanxana, ictimai iaşə, nəqliyyat, ticarət və digər xidmət sahələrində əlavə fəallıq yaradır. Televiziya yayımları və rəqəmsal platformalar vasitəsilə İçərişəhər, Xəzər sahili və Bakının müasir memarlığı yarış görüntüləri ilə birlikdə dünyanın müxtəlif ölkələrində milyonlarla tamaşaçıya təqdim olunur. Beləliklə, Qran-pri idman hadisəsi olmaqla yanaşı, Bakının beynəlxalq tanıtımı üçün də geniş platformaya çevrilib.

2026-cı ildə yubiley Qran-prisinin keçirilməsi Bakının Dünya İdman Paytaxtı olduğu ilə təsadüf edir. On il əvvəl Azərbaycan üçün tamamilə yeni olan böyükmiqyaslı avtoidman layihəsi bu müddətdə həm təşkilati təcrübənin, həm yerli mütəxəssis bazasının, həm də könüllü və marşal hərəkatının inkişafına imkan yaradıb. Bu gün isə bütün diqqətlər yenidən Bakı Şəhər Halqasına yönələcək və "Formula-1" tarixinin paytaxtımızdakı onuncu səhifəsi yazılmağa başlayacaq.

      

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir  

10:46
24 Sentyabr

İşğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların istismarı yeni iqtisadi imkanlar açır

10:12
24 Sentyabr

"Dördlük qrupu" BMT TŞ-də təcili islahatların aparılmasına çağırıb

10:10
24 Sentyabr

ABŞ-də Süni İntellekt Nazirliyi yaradılır

10:00
24 Sentyabr

"Formula-1": Bakıda yubiley həyəcanı

09:50
24 Sentyabr

Qazaxda şəhidlərin xatirəsi ehtiramla anılıb

09:40
24 Sentyabr

Alban və Ərdəbil irsi Azərbaycana qaytarılmalıdır: Matenadaran və Moskva arxivlərində əsir qalan tariximiz

09:30
24 Sentyabr

Naftalanda Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir

09:20
24 Sentyabr

Heç kim unudulmur

09:10
24 Sentyabr

Alban irsinin dəyişdirilməsi cəhdləri məkrli erməni siyasətinin tərkib hissəsidir

09:00
24 Sentyabr

Yeni dövlət proqramı yerinə yetirilir

08:50
24 Sentyabr

Milli Prioritetlərə söykənən strategiya uğurla gerçəkləşir

08:40
24 Sentyabr

Goranboyun kənd təsərrüfatı müəssisələrində monitorinq keçirilmişdir

08:30
24 Sentyabr

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub 

08:20
24 Sentyabr

Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunda yeni artım mənbələri yaradacaq

08:10
24 Sentyabr

6 il əvvəlki xəbərdarlıq və "dəmir yumruğ"un təntənəsi

08:00
24 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında

03:23
24 Sentyabr

"Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

03:21
24 Sentyabr

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı

03:21
24 Sentyabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

03:20
24 Sentyabr

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi yolu ilə yenidən təşkili haqqında

03:19
24 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!