24 Sentyabr 2026 08:10
166
İQTİSADİYYAT
A- A+
Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunda yeni artım mənbələri yaradacaq

Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunda yeni artım mənbələri yaradacaq


Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə bu sahənin Azərbaycanın iqtisadi inkişafında qarşıdakı dövrdə prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirildiyini göstərir. Müşavirədə ölkənin qeyri-neft sektorunun genişləndirilməsi, regionların iqtisadi potensialından səmərəli istifadə, yeni sənaye müəssisələrinin yaradılması və faydalı qazıntıların hasilatından emalına qədər tam istehsal zəncirinin formalaşdırılması ilə bağlı mühüm məsələlər diqqətə çatdırılıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.

O bildirib ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi, regionların iqtisadi potensialının artırılması və yeni sənaye imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Proqramın cəmi dörd il ərzində icrası nəzərdə tutulur. Bu müddətdə 5 mindən çox daimi iş yerinin yaradılması, dövlət büdcəsinə əlavə vergi daxilolmalarının təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi və illik maliyyə təsirinin 1 milyard manatdan çox olması gözlənilir. Bu proses xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üçün böyük əhəmiyyət kəsb edir. Kəlbəcər, Ağdərə və Zəngilan kimi ərazilərdə qızıl, mis və molibden yataqlarının müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi və istismara hazırlanması həmin ərazilərdə yeni iqtisadi fəaliyyət sahələrinin formalaşmasına, məşğulluğun artmasına və investisiya imkanlarının genişlənməsinə şərait yarada bilər. Burada əsas məqsəd yalnız faydalı qazıntıların hasilatı deyil. Yataqlardan çıxarılan filizin zənginləşdirilməsi və emalının da ölkə daxilində təşkil edilməsi xüsusi əhəmiyyət daşıyır. Beləliklə, xammalın, sadəcə, ixracı əvəzinə daha yüksək əlavə dəyər yaradan istehsal zənciri formalaşdırmaq mümkündür.

"Dağ-mədən sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafı istiqamətində son iyirmi ildə həyata keçirilən dövlət proqramlarının məntiqi davamı kimi də qiymətləndirilə bilər. 2004-cü ildən başlayaraq regionlarda yolların, məktəblərin, xəstəxanaların, dəmir yollarının və hava limanlarının tikintisi, qazlaşdırma və enerji infrastrukturunun genişləndirilməsi iqtisadi fəaliyyət üçün mühüm baza yaradıb. Bu infrastruktur imkanlarının yeni sənaye layihələri ilə tamamlanması regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına imkan verə bilər. Müşavirədə iqtisadi artımın mövcud göstəricilərinə də diqqət yetirilib. ÜDM artım tempinin aşağı düşməsində təbii neft hasilatının azalmasının əsas amillərdən biri olduğu qeyd edilir. Bununla yanaşı, qeyri-neft sektorunda artımın davam etməsi iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm göstəricidir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da qeyri-neft sektorunda yeni artım mənbələri yaradacaq", - deyə N.Aslanov vurğulayıb.

Deputat əlavə edib ki, "Filizçay" polimetal yatağı, "Daşkəsən" filiz yatağı və Qərb Sənaye Parkı ilə bağlı layihələr xüsusi əhəmiyyət daşıyır. Qərb Sənaye Parkında filiz hasilatı ilə yanaşı, zənginləşdirmə, pelet və briketləşdirilmiş dəmir istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Eyni zamanda alüminium istehsalının 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılması qarşıya qoyulan hədəflər sırasında yer alır. "Filizçay" yatağının istismara hazırlanması da mühüm layihələrdən biridir. Bu yataq üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və investisiya qərarının qəbul edilməsi qarşıdakı mərhələdə əsas məsələlərdən olacaq. Dövlət və özəl sektorun, o cümlədən xarici investorların prosesə cəlb edilməsi iri layihələrin maliyyələşdirilməsi və müasir texnologiyaların tətbiqi üçün əlavə imkanlar yarada bilər.

Müşavirədə ekoloji məsələlərin də xüsusi diqqətdə saxlanılması vurğulanıb. Belə ki, dağ-mədən sənayesinin inkişafı ilə yanaşı, meşələrin, su ehtiyatlarının və digər təbii sərvətlərin qorunması əsas prioritetlərdən biri olmalıdır. İstehsal proseslərinin müasir ekoloji standartlara uyğun qurulması, ciddi ekspertizanın aparılması və təbiətə təsirin minimuma endirilməsi sənayeləşmənin dayanıqlı xarakter daşıması baxımından vacibdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heç kim unudulmur

09:10
24 Sentyabr

Alban irsinin dəyişdirilməsi cəhdləri məkrli erməni siyasətinin tərkib hissəsidir

09:00
24 Sentyabr

Yeni dövlət proqramı yerinə yetirilir

08:50
24 Sentyabr

Milli Prioritetlərə söykənən strategiya uğurla gerçəkləşir

08:40
24 Sentyabr

Goranboyun kənd təsərrüfatı müəssisələrində monitorinq keçirilmişdir

08:30
24 Sentyabr

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub 

08:20
24 Sentyabr

Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunda yeni artım mənbələri yaradacaq

08:10
24 Sentyabr

6 il əvvəlki xəbərdarlıq və "dəmir yumruğ"un təntənəsi

08:00
24 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında

03:23
24 Sentyabr

"Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

03:21
24 Sentyabr

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı

03:21
24 Sentyabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

03:20
24 Sentyabr

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi yolu ilə yenidən təşkili haqqında

03:19
24 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

03:18
24 Sentyabr

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib  

23:49
23 Sentyabr

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir  

23:48
23 Sentyabr

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub  

23:44
23 Sentyabr

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir  

23:35
23 Sentyabr

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

23:32
23 Sentyabr

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar  

23:09
23 Sentyabr

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub  

22:58
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!