10 Aprel 2026 09:17
1870
Oxucu məktubları
A- A+
Müraciətlərimizə diqqətlə yanaşılır

Müraciətlərimizə diqqətlə yanaşılır


Ağstafanın Saloğlu qəsəbəsi son illər nəzərəçarpacaq dərəcədə abadlaşıb, inkişaf edib. Rayon icra hakimiyyəti başçısının qəsəbədə keçirdiyi görüşlərdə qaldırılan bütün məsələlər demək olar ki, öz həllini tapır.

Son illər qəsəbəmizdə "Şəhidlər bulağı" inşa edilmiş, yararsız elektrik dayaqları yenisi ilə əvəz olunmuş, subartezian quyusu təmir edilmişdir. Bundan başqa, qəsəbənin əkin sahələrini suvarmaq üçün metal boru dəyişdirilmiş, qəsəbə daxilində suvarma arxlarında təmizləmə işləri aparılmış, pay torpaqlarına gedən yolda su keçidi quraşdırılmış, "Orta məhəllə" adlandırılan əraziyə içməli su xətti çəkilmişdir. Bu yaxınlarda isə qəsəbə qəbiristanlığı abadlaşdırılmışdır. Rayon rəhbərliyi ilə keçirilən növbəti görüşdə sakinlər tərəfindən qaldırılan vacib bir məsələ də həllini tapmışdır - qəsəbəyə gedən yolun təmirinə başlanılmışdır. 

Hörmətli redaksiya! Görülən bütün bu işlər sakinlərimizdə yüksək ovqat yaratmışdır. Onlar bu işləri yüksək dəyərləndirir və görülən işlərdə əməyi olan hər kəsə minnətdarlıq edirlər.


Faiq MƏMMƏDOV,

Ağstafa rayonunun Saloğlu qəsəbə sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yenidən doğulan Qarabağ və Şərqi Zəngəzur  

13:21
08 Oktyabr

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub  

11:03
08 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir  

10:59
08 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib  

10:52
08 Oktyabr

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib  

10:43
08 Oktyabr

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

10:41
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

10:39
08 Oktyabr

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

10:25
08 Oktyabr

Türkiyənin azərbaycanlı astronavtı: "Bir millət, iki dövlət" şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

10:25
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK  

10:24
08 Oktyabr

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi  

10:24
08 Oktyabr

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

10:23
08 Oktyabr

Azərbaycan nefti 4 faizədək bahalaşıb 

10:22
08 Oktyabr

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

10:20
08 Oktyabr

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

10:20
08 Oktyabr

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb  

10:19
08 Oktyabr

Sevimli aktyor, rejissor və pedaqoq

10:15
08 Oktyabr

Opera səhnəsinin unudulmaz sənətkarı

10:10
08 Oktyabr

Azərbaycan kinosunun ikiseriyalı monumental epopeyası - "Dədə Qorqud"

10:05
08 Oktyabr

Neftdən dərmana - Azərbaycanın yeni sənaye hekayəsi

10:00
08 Oktyabr

Azərbaycanın ən böyük investoru - Birləşmiş Krallıq 

09:50
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!