21 Aprel 2026 09:35
1984
Oxucu məktubları
A- A+
Müqəddəs Məryəm Ananın Dua Örpəyi Kilsəsi

Müqəddəs Məryəm Ananın Dua Örpəyi Kilsəsi


Ölkəmizdə bütün dini abidələrə tolerant münasibət var. Belə abidələrdən biri də Qubanın Hacıhüseynli kəndindəki Müqəddəs Məryəm Ananın Dua Örpəyi Kilsəsidir.

Öncə onu qeyd edək ki, kilsənin tikildiyi bu kənd 1892-ci ilə qədər də Hacıhüseynli adlanırdı. Həmin illər Rusiyanın xüsusi nümayəndəsi kəndə gəlir və bir neçə gün ərazini dolanır. Sonra məktubla mərkəzə müraciət edir. Tezliklə cavab məktubu gəlir və bundan sonra - 1891-ci ildə kəndin yerli türk əhalisi köçürülür və onların yerinə əraziyə ruslar yerləşdirilir. Qısa zamanda kənddə rus üslubunda evlər tikilir. Türklərə mənsub olan bütün dini tikililər sökülür. Digər ərazidə yaşayan müsəlman əhalidən alınan vergi təmənnasız olaraq buraya köçürülən ruslara verilir. Yeni köçürülənlərin böyük hissəsi beləcə heç bir iş görmədən gəzir dolanır, onlara ərzaq isə yaxınlıqdakı kəndlərdən gətirilirdi. Bir qədər sonra Hacıhüseynli  kəndinin adı dəyişdirilərək Bakı qubernatoru Vladimir Roggenin həyat yoldaşının şərəfinə Yelenovka adlandırılır. 

Eyni dövrdə ətraf ərazilərdə başqa 3 rus kəndi də salınır. Yeni köçürülən rusların istəyi ilə Yelenovka kəndində kilsənin tikilməsi ilə bağlı qərar qəbul olunur. Tikinti üçün rus imperiyasının daxili işlər nazirliyi vəsait ayırır. Kilsənin memarı mühəndis Pavel Koqnovitski, podratçısı isə Mir İsmayıl Mirzəyev olur. Kilsənin tikintisi 1897-ci ildə yekunlaşır. Kilsədə ibadət edənlər əsasən Yelenovka, Aleksandrovka, Petropavlovka və Borispol kəndlərinin sakinləri olurlar. 

Sovet işğalından sonra kilsədə Müqəddəs Məryəm Ananın ibadəti yasaqlanıb və kilsənin binasından anbar kimi istifadə olunub. Azərbaycan müstəqlilliyini yenidən bərpa etdikdən sonra isə kilsənin binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

İndi Qubaya təşrif buyuran turistlər kilsəni ziyarətə gəlirlər. Tolerantlığın canlı nümunəsi olan kilsə Azərbaycanda  insanların dini dünyagörüşünün azad olduğuna bir nümunədir.


Abutalıb TURABOV,

Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Skandinaviyada qədim evlərdə insan qalıqları və zorakılıq izləri aşkarlanıb  

18:15
09 Oktyabr

Britaniya dənizçilərinin qeyri-adi müdafiə üsulu - nüvə sualtı qayıqlarına qarşı yanğınsöndürmə şlanqları

17:52
09 Oktyabr

Vətən müharibəsi şəhidi Alışanlı Amalın xatirəsi anılıb

17:36
09 Oktyabr

Bakıda qatarların yolu insanlarla doludur

17:21
09 Oktyabr

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik  

17:13
09 Oktyabr

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

17:12
09 Oktyabr

 Gəncədə voleybol festivalı keçirilmişdir

17:09
09 Oktyabr

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir  

16:52
09 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

16:50
09 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB 

16:49
09 Oktyabr

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib  

16:48
09 Oktyabr

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb  

16:47
09 Oktyabr

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər  

16:46
09 Oktyabr

Qlobal bağlantıların mərkəzi   

16:41
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı regional əməkdaşlıq məkanının formalaşmasına xidmət edir  

16:38
09 Oktyabr

Maaşlarımız artır- orta əməkhaqqı 1 173 manata çatıb 

16:34
09 Oktyabr

Məqsəd “Altı iqtisadiyyat – bir “məhsul”dur  

16:22
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!