Misirin “Əl Əhram” qəzeti Prezident İlham Əliyevin Vətən müharibəsinin yekunları ilə bağlı fikirlərini yayımlayıb
Misirin nüfuzlu “Əl Əhram” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbulu zamanı 44 günlük Vətən müharibəsinin yekunları ilə bağlı söylədiyi fikirləri yayıb.
AZƏRTAC xəbər verir ki, qəzet “Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini özünün yerinə yetirdiyini bəyan edib” sərlövhəli məqalədə dövlətimizin başçısının münaqişənin nizama salınması istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun son illər bir çox imkanları əldən verdiyi, Azərbaycanın problemi sülh yolu ilə həll etmək istədiyi haqqında fikirləri vurğulanıb. Yazıda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti bir çox hallarda Ermənistana sanksiyalar tətbiq edilməsi məsələsini qaldırdığını, bu addımın müharibənin qarşısını almaq üçün bir yol ola biləcəyini söyləyib. Lakin təəssüflə vurğulayıb ki, Minsk qrupu bu məsələdə öz missiyasını yerinə yetirə bilməyib və müharibəyə görə məsuliyyət yalnız Ermənistanın deyil, həmçinin onu beynəlxalq hüquqa əməl etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür.
Məqalədə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdiyini və 51-ci maddənin hər bir ölkənin özünümüdafiə hüququnu tanıdığını bəyan edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Blinken yenə İsrailə gedir
27 Aprel
"Hizbullah"ın vacib simalarından biri öldürülüb
27 Aprel
Helikopter qəzası: Ölənlər var
27 Aprel
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!