01 Noyabr 2024 21:33
2166
PARLAMENT
A- A+
Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub YENİLƏNİB

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub YENİLƏNİB

Noyabrın 1-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərin müzakirəsinə başlanılıb. Müzakirələrdə Milli Məclis sədrinin müavini Rafael Hüseynov, parlamentin komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, Siyavuş Novruzov, deputatlar Naqif Həmzəyev, Müşfiq Məmmədli, Əziz Ələkbərov, Əli Məsimli, Ceyhun Məmmədov, Razi Nurullayev, Hikmət Məmmədov çıxış ediblər.

Deputatlar Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi ilə məqsədyönlü siyasət sayəsində dövlətimizin daha da qüdrətləndiyini, iqtisadi inkişafla bağlı proqramların uğurla həyata keçirildiyini, vətəndaşların sosial rifah halının yüksəlməsi istiqamətində təqdirəlayiq addımların atıldığını, əhəmiyyətli infrastruktur layihələrinin icra olunduğunu, torpaqlarımızın 30 illik işğaldan azad edildiyini, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa edildiyini vurğulayıblar. Müzakirələrdə, həmçinin ölkə və dünya mətbuatında cərəyan edən proseslərə nəzər salınıb. Eyni zamanda, anti-Azərbaycan qüvvələrin COP29-la bağlı ölkəmizə qarşı təzyiqləri pislənilib, Qərbi Azərbaycan ərazisi ilə bağlı aparılan araşdırmaların nəticəsi barədə bir sıra faktlar diqqətə çatdırılıb.

Sonra gündəlikdə yer alan 9 məsələnin (ikinci oxunuş) müzakirəsi keçirilib.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, layihənin əhalinin dərman vasitələrinə olan ehtiyaclarının qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəminin yaradılması məqsədilə hazırlandığını deyib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, layihə bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin, o cümlədən dövlət tərəfindən qrant verilməsinin hüquqi əsaslarının yaradılması və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

Komitə sədri, həmçinin “Daşınar əmlakın yüklülüyü haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib. Bildirilib ki, adıçəkilən qanunun 21-ci maddəsi ilə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların dairəsi təsbit edilir. Təklif edilən qanun layihəsi həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsinin də əlavə edilməsinin hüquqi əsaslarını yaradır.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Diqqətə çatdırılıb ki, layihədə ümumilikdə 5 məcəllədə və 6 qanunda dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətini açıqlayıb. Bildirilib ki, dəyişikliyin əsas məqsədi ölkədə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil müəssisələrinin sayının artırılması və həmin təhsil pilləsinin təkmilləşdirilməsidir.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O bildirib ki, bu sənəd uşaqların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə danışıb. O, layihə ilə bağlı birinci oxunuş zamanı ətraflı məlumat verildiyini, ikinci oxunuşda komitəyə əlavə təklifin daxil olmadığını, mətndə heç bir dəyişikliyin edilmədiyini deyib və sənədin dəstəklənməsini xahiş edib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. O, birinci oxunuş zamanı məsələ barədə geniş məlumat verildiyini, hər hansı dəyişikliyin olmadığı deyib və layihənin səsə qoyulmasını xahiş edib.

Gündəliyin sonuncu məsələsini – “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Arzu Nağıyev diqqətə çatdırıb.

Bildirilib ki, qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb. Təklif edilən dəyişikliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə ölkəmizin kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Müzakirələrdən sonra bütün qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyəli mütəxəssislər təyyarə qəzası ilə bağlı işləri davam etdirirlər  

23:40
14 Noyabr

SOCAR və “DeGolyer and MacNaughton” şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib  

22:28
14 Noyabr

Rusiyalı professor: Azərbaycan regionda təhlükəsizliyin qarantına çevrilir

22:25
14 Noyabr

DİN: “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı iddialar araşdırılır  

22:20
14 Noyabr

YAP-ın müasir dövlətçilik tariximizdə yeri və rolu barədə tədbir təşkil olunub  

22:19
14 Noyabr

Mariyana Kuyundziç: Azərbaycanlı gənclər yaradıcı və təşəbbüskardırlar  

22:15
14 Noyabr

Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb  

22:11
14 Noyabr

Sənayedə qeyri-dövlət sektorunun payı 79,3 faiz olub  

22:09
14 Noyabr

Doqquz ayda Azərbaycanın hüquqi və fiziki şəxsləri 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib  

20:23
14 Noyabr

“Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı işıq üzü gördü  

20:21
14 Noyabr

Rusiyalı politoloq: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri daha da güclənib

19:16
14 Noyabr

Amerikalı ekspert: Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında mərkəzi rol oynayır  

18:43
14 Noyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında çoxsəviyyəli əməkdaşlıq: yeni imkan və perspektivlər  

18:20
14 Noyabr

Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb  

18:07
14 Noyabr

“Konstitusiya və Suverenlik İli” dövlət müstəqilliyimizin hüquqi dayaqlarına verilən böyük önəmin göstəricisidir  

17:55
14 Noyabr

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə həlak olanların dəfn mərasimində rəsmi şəxslər iştirak ediblər  

17:52
14 Noyabr

İqtisadi fəal əhalinin sayı açıqlanıb  

17:50
14 Noyabr

Azərbaycanda bu ilin 9 ayında 36 mindən çox nikah bağlanıb

17:50
14 Noyabr

Bu ilin doqquz ayında Azərbaycanda 72 min 210 körpə doğulub

17:49
14 Noyabr

Doqquz ada ölkədə 77,7 min yeni iş yerləri açılıb  

17:49
14 Noyabr

  İran ABŞ və İsraildən təzminat tələb edib

17:40
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!