Mariya Stadnik 1,5 illik fasilədən sonra güləş xalçasına inamlı qələbə ilə qayıdıb
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın üçüncü günündə 50 kiloqram çəki dərəcəsində çıxış edən qadın güləşçimiz Mariya Stadnik yarışa qələbə ilə başlayıb. Millimizin lideri 1,5 illik fasilədən sonra güləş xalçasına inamlı qələbə ilə qayıdıb. Təcrübəli güləşçimiz Rusiya idmançısına heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb. Finala gedən yolda güləşçimizin rəqibi ukraynalı Oksana Livaç olacaq.
Bu gün iki sərbəst güləşçimiz bürünc medal uğrunda xalça üzərinə çıxacaq. Belə ki, Əhmədnəbi Qvarzatilov (61 kq) Gürcüstan idmançısı Beka Lomtadze, Osman Nurməhəmmədov (92 kq) isə ukraynalı Andril Vlasov ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medala sahib olublar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
29 Aprel
Baş prokuror TİHEK-in rəhbəri ilə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb...
29 Aprel
Əlyazmalar İnstitutunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə kon...
29 Aprel
Laçındakı xalçaçılıq mərkəzində ilk xalça - “Qasımuşağı” çeşnisi toxunub
29 Aprel
NATO-nun Baş katibi: Ukraynaya “Patriot” batareyaları verilməsi prioritet məsələdir
29 Aprel
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərəcək
29 Aprel
Dondurulmuş çörək faydalıdırmı?
29 Aprel
Vitse-spiker Adil Əliyev: “Azərbaycanın qüdrətinə heç kəs kölgə sala bilməz ”
29 Aprel
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
29 Aprel
Türkiyə bu namizədi dəstəkləyir - KİV
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!