29 Aprel 2024 18:54
276
CƏMİYYƏT
A- A+

Laçındakı xalçaçılıq mərkəzində ilk xalça - “Qasımuşağı” çeşnisi toxunub

 

Laçın şəhərində yerləşən “İslimi” Xalçaçılıq Mərkəzində çalışan xanımlar burada birinci əl işlərini tamamlayıblar. Mərkəzdə ilk toxunan xalçada Laçının “Qasımuşağı” çeşniləri öz əksini tapıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçındakı Xalçaçılıq Mərkəzində elə rayon sakinləri olan xanımlar çalışırlar. Burada müxtəlif ölçülərdə xalçalar toxunulması üçün dəzgahlar və digər avadanlıqlar mövcuddur.

“İslimi” Xalçaçılıq Mərkəzinin rəhbəri Bəhmən Hacıyev deyir ki, Laçında xalçaçılıq qədimdən məşhur olub. Elə ona görə də burada belə mərkəz yaradılıb. Burada həm Laçın çeşniləri toxunur, həm də yerli sakinlər işlə təmin olunurlar.

“İlk əl işimiz elə Laçının “Qasımuşağı” çeşniləri ilə toxunan xalça oldu. Suvenir kimi toxunan bu xalçanın ölçüləri kiçikdir. Bu, Laçın xalçalarının yenidən öz şöhrətini geri qaytarmasına bir işarədir”, - deyən Bəhmən Hacıyevin sözlərinə görə, mərkəzdə həm kiçik, həm də böyük ölçülərdə xalçalar toxumaq mümkündür: “Burada klassik toxunuşlu xalçalar, əsasən də Laçının “Qasımuşağı” çeşniləri olan xalçalar toxunacaq. “Qasımuşağı” çeşnilərindən başlamaqda əsas məqsədimiz odur ki, bir vaxtlar Laçında bu çeşnilər məşhur idi. İşğal dövründə ermənilər digər sənət nümunələrimizlə yanaşı, “Qasımuşağı” çeşniləri olan xalçaçılıq əl işlərini də mənimsəməyə çalışıblar. Bu çeşnilər Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aiddir və Laçın inzibati ərazi vahidində yerləşən Qasımobasının, eləcə də ətraf kəndlərin adı ilə bağlıdır. Bizim də məqsədimiz bu çeşnidə olan xalçaları yenidən dünyaya tanıtmaqdır”.

“Qasımuşağı” çeşnilərinin tarixindən danışan həmsöhbətimiz bildirib ki, bəzi sənətşünaslar, xalçaçılar, həmçinin yerli əhali bu xalçaya “Ağqol gəbə”, “Ağqol xalça” da deyirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video