14 Oktyabr 2012 01:10
1193
Nazirlər Kabineti
A- A+
Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydaları

Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydaları

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmişdir                                                                                         

 

1. Ümumi müddəalar

1.1. Bu qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 165.6-cı maddəsinə əsasən hazırlanmışdır və malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Təkrar idxal ixrac olunmuş malların ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni vəziyyətdə, yəni, xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad edilməklə və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə buraxılışıdır.

1.3. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirilib-bildirilməməsindən asılı olmayaraq icazə verilir.

2. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi şərtləri

2.1. Təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi üçün mallar aşağıdakı şərtlərə cavab verməlidir:

2.1.1. Azərbaycan Respublikasının ərazisindən ixrac olunan daxili mallar olmalıdır;

2.1.2. mallar ixrac edildiyi andan 3 (üç) il müddətində gömrük ərazisinə qaytarılmalıdır;

2.1.3. təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc itkiləri, həmçinin bu qaydaların 2.7-ci bəndi ilə müəyyən edilən digər hallar istisna edilməklə, mallar aparıldığı vəziyyətdə olmalıdır.

2.2. İxrac olunmuş malların gətirilmə tarixi gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin qəbul olunduğu gündən hesablanmalıdır.

2.3. Təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc itkiləri standartlarla və həmin kateqoriya mallara aid normativ aktlarla müəyyən edilməlidir.

2.4. Azərbaycan Respublikasının ərazisindən ixrac olunaraq aparılmış mallar təkrar idxal gömrük proseduru altında yerləşdirilərkən malların eyniləşdirilməsi, onların aparılma vaxtı və faktı, eləcə də həmin malların daxili mallar olması gömrük orqanının vəzifəli şəxsinə sübut edilməlidir. Göstərilən halların sübut edilməsi bəyannaməçiyə həvalə olunur.

2.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda mallardan istifadə edilməsi həmin malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə mane ola bilməz.

2.6. Malların təkrar idxalı zamanı gömrük orqanları malların geriyə gətirilməsinin onları aparmış şəxs tərəfindən deyil, malların təkrar idxalına müvafiq səlahiyyətə malik olan və malların eyniləşdirilməsini sübut və dəlillərlə təmin edə bilən başqa şəxs tərəfindən həyata keçirilməsinə icazə verirlər.

2.7. Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda, malların saxlanmasını təmin etmək üçün kiçik təmir və sahmana salma işləri daxil olmaqla, digər əməliyyatlar da aparıla bilər. Belə əməliyyatlar nəticəsində həmin malların dəyəri aparılma anında müəyyən edilmiş dəyərindən artıq olmamalıdır.

2.8. Malların aparılması və gətirilməsi zamanı dəyər münasibətləri milli valyuta əsasında müəyyən edilir. Müqavilədə və ya digər sənədlərdə istənilən başqa valyutada göstərilən dəyərin hesablanması, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həmin günə müəyyən edilmiş rəsmi məzənnəyə uyğun milli valyuta ilə həyata keçirilir.

2.9. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə nəzarətin təmin edilməsi məqsədi ilə gömrük orqanlarının təkrar idxal olunan malların gömrük ərazisindən aparıldığı gömrük orqanına təqdim olunmasını tələb etmək hüququ vardır.

2.10. Sərbəst dövriyyədə olmuş və ya daxildə emal edilmiş mallar da təkrar idxal gömrük proseduru altında yerləşdirilə bilər.

3. Təkrar idxal gömrük proseduru altında yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsi

3.1. Təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi idxalçının və yaxud onun struktur bölməsinin fəaliyyət zonasında yerləşən gömrük orqanlarında həyata keçirilir.

3.2. Mallar təkrar idxal gömrük proseduru altında yerləşdirildikdə, bəyannaməçi gömrük orqanlarına aşağıdakı sənədləri təqdim etməlidir:

3.2.1.  bu qaydaların əlavəsi ilə müəyyən olunmuş formada müraciət ərizəsi və gömrük bəyannaməsi;

3.2.2. təkrar idxal olunan mallara tələb olunduqda qanunvericilikdə nəzərdə tutulmuş dövlət orqanlarının icazəsi;

3.2.3. təkrar idxal olunan malların ixrac zamanı rəsmiləşdirildiyi gömrük bəyannaməsinin nüsxəsi.

3.3. Təsdiqedici məlumatlar və ya sənədlər olmadığı təqdirdə, malların təkrar idxal proseduru altında yerləşdirilməsinə icazə verilmir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!