27 May 2026 04:26
472
Nazirlər Kabineti
A- A+
“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında


№ 161


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230 (Cild I); 2024, № 1, maddə 116, № 2, maddə 208, № 5 (II kitab), maddə 612; 2025, № 4 (II kitab), maddə 406, № 5, maddə 520, № 10, maddə 993, № 2 (II kitab), maddələr 1233, 1257) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş “İxrac nəzarətinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bəndə “yoxlanılmasından” sözündən sonra “, habelə ixrac nəzarətinə düşən malların “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar tərəfindən və ya onların xeyrinə ixracına, idxalına, təkrar ixracına, təkrar idxalına, tranzitinə yol verilməməsinə nəzarət edilməsindən” sözləri əlavə edilsin;

1.2. 4-cü hissəyə “nəzarət” sözündən sonra “, habelə müvafiq malların “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar tərəfindən və ya onların xeyrinə ixracına, idxalına, təkrar ixracına, təkrar idxalına, tranzitinə yol verilməməsinə nəzarət” sözləri əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1.1-ci yarımbəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, hüquqi ünvanı, təsisçilərinin (fiziki şəxs olduqda), benefisiar mülkiyyətçilərinin, qanuni təmsilçisinin soyadı, adı, atasının adı (olduğu təqdirdə), doğum tarixi, fərdi identifikasiya nömrəsi və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, təsisçilərinin (hüquqi şəxs olduqda) adı, olduğu yer, habelə xüsusi icazənin alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü;”;

2.2. aşağıdakı məzmunda 2.4.2-1-ci yarımbənd əlavə edilsin:

“2.4.2-1. sifarişçinin, sifarişçi hüquqi şəxs olduqda onun təsisçilərinin, benefisiar mülkiyyətçilərinin, habelə qanuni təmsilçilərinin “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların siyahısına aid olduğu müəyyən edildiyi hallarda;”;

2.3. 6.3.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.3.8-ci yarımbənd əlavə edilsin:

“6.3.8. sifarişçi, sifarişçi hüquqi şəxs olduqda onun təsisçiləri, benefisiar mülkiyyətçiləri, habelə qanuni təmsilçiləri “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların siyahısına daxil edildikdə.”.

3. Həmin Qərarla təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazənin verilməsindən əvvəl və sonra yoxlamaların aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.2.3-cü yarımbəndə “siyahısında olub-olmamasını” sözlərindən sonra

“, habelə ərizəçinin (sifarişçinin) və müqabil tərəfin, ərizəçi (sifarişçi) və müqabil tərəf hüquqi şəxs olduqda onların təsisçiləri, benefisiar mülkiyyətçiləri, habelə qanuni təmsilçilərinin “Həfədli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların siyahısında olub-olmamasını” sözləri əlavə edilsin;

3.2. 3.1.1.1-ci yarımbəndin birinci abzasına “istifadə edilməsinə” sözlərindən sonra “, malların son istifadəçisinin, malların son istifadəçisi hüquqi şəxs olduqda onun təsisçiləri, benefisiar mülkiyyətçiləri, habelə qanuni təmsilçilərinin “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların siyahısına daxil olub-olmamalarına,” sözləri əlavə edilsin;

3.3. 3.1.1.2-ci yarımbəndə “yetirilməsinə” sözündən sonra “, malların son istifadəçisinin, malların son istifadəçisi hüquqi şəxs olduqda onların təsisçiləri, benefisiar mülkiyyətçiləri, habelə qanuni təmsilçilərinin “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların siyahısına daxil olub-olmamalarına” sözləri əlavə edilsin.

4. Həmin Qərarla təsdiq edilmiş “İkili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.1.3-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.4-cü yarımbənd əlavə edilsin:

“2.1.4. xüsusi icazə sahibinin və ya ikili təyinatlı malların son istifadəçisinin, xüsusi icazə sahibi və ya ikili təyinatlı malların son istifadəçiləri hüquqi şəxs olduqda onların təsisçiləri, benefisiar mülkiyyətçiləri, habelə qanuni təmsilçilərinin “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların siyahısına daxil edilib-edilməməsinin yoxlanılması.”.


 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 26 ” “ may ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

09:31
30 May

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur 

09:24
30 May

Ketrin Votrin: Fikir ayrılıqlarına baxmayaraq, Fransa və ABŞ müttəfiqdir

09:10
30 May

Çinin “Şencou-21” missiyasının astronavtları Yerə qayıdıblar 

23:39
29 May

Müstəqillik Günü San-Pauloda xüsusi işıq proyeksiyası və vizual nümayişlə qeyd olunub

22:36
29 May

Vladimir Putin: Ukraynadakı vəziyyət döyüş meydanında müəyyənləşir

22:19
29 May

Vladimir Putin Ermənistanın Aİİ-dən mümkün çıxışına münasibət bildirib  

21:57
29 May

BMT-nin Baş Qərargahında Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib

21:12
29 May

Xankəndidə çay və qəhvə festivalı 

20:31
29 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!